Sən - olmayan
şairin
yazılmayan
şeirisən,
Sən qədər uca tutdu
Tanrı
verdiyi vədi.
Ümidsizə sən elə
sonsuz
ümid yerisən
Ən əlçatan yerdəsən
əlçatmazsan
əbədi.
Gecə işıqlarında
kəhkəşan
su sayrışır,
Gölməçələr yağışla
sevişir
damla-damla.
Heç xəyalıma gəlmir
nəinki
yaxın düşüm,
Axan bir ulduz kimi
atan dırnağın olmaq.
Dünyaca sevənlərə
dünyada iki
yaş var,
"Yalnız ikicə yaş var,
yalnız: həyat
və ölüm".
Sən elə, elə varsan
səninçün
ölən yaşar,
Mən həyat yaşındayam,
səndə
neçədi, gülüm?
QARDAŞXAN
525-ci qəzet . 2024.- 7 mart,¹44.-S.15.