“Tale şairi: Məmməd
İsmayıl” kitabının təqdimat mərasimi
keçirilib
Azərbaycan Milli Kitabxanasında Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Milli
Kitabxananın birgə təşkilatçılığı
ilə görkəmli Azərbaycan şairi Məmməd
İsmayılın yaradıcılığı haqqında
yazıçı publisist Turan Uğurun qələmə
aldığı “Tale şairi: Məmməd İsmayıl”
adlı kitabın təqdimat mərasimi keçirilib.
525.az xəbər verir ki, təqdimat mərasimində
tanınmış elm, mədəniyyət xadimləri və Məmməd
İsmayılın qızı İntizar xanım iştirak
edib.
Qonaqları salamlayaraq tədbiri açan Milli
Kitabxananın direktoru, prof. Kərim Tahirov Azərbaycan
poeziyasında xüsusi yeri olan istedadlı şair Məmməd
İsmayıl haqqında öz təəssüratlarını
bölüşüb. Əlavə edib ki, Məmməd
İsmayılın 85 illik yubileyinin Azərbaycan Milli
Kitabxanasında keçirilməsi planlaşdırılır.
Giriş sözü ilə çıxış edən
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab
Sənayesi şöbəsinin müdiri, tarix üzrə fəl.doktoru
Akif Marifli Məmməd İsmayılı Azərbaycan ədəbiyyatında
öz dəsti-xətti olan bir şair- yazıçı
olduğunu vurğulayıb.
Tədbirdə Xalq şairi, Milli Məclisin deputatı
Sabir Rüstəmxanlı, Nizami adına Ədəbiyyat institutunun
şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər
Paşayev, Azərbaycan Milli Ensiklopediyası birliyinin direktor
müavini, Əməkdar mədəniyyət işçisi
Vaqif Bəhmənli, Milli İrsi Mədəni Tarixi
Araşdırılmaları Fondunun icraçı direktoru
Əsəd Aslanoğlu, Məmməd İsmayılın
qızı İntizar xanım, kitabın müəllifi Turan
Uğur xatirə-roman janrında yazılan kitabın əhəmiyyətindən,
Məmməd İsmayılın ədəbi-bədii
yaradıcılığından, elmi fəaliyyətində bəhs
edib, şairlə bağlı xatirələrini
bölüşüblər.
Tədbir əsnasında Məmməd
İsmayılın şeirləri səsləndirilib, yazıçı şair
haqqında video-roliklər göstərilib.
525-ci qəzet . 2024.- 20 mart,¹52.-S.9.