Ön sıraya
çıxdıq, Ustad!
"Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında".
Xalq şairi Rəsul Rza
Xəbər çatdırım Sizə,
Sizin ardınızca ön sıraya
çıxdıq, ustad!
Qondarma sərhədləri,
Səngərləri həmlə-həmlə
yıxdıq, ustad!..
Doğma yurdun havasında
Babaların nəfəsini duya-duya
Elə o nəfəslə, o sevgiylə
Qalxdıq sıldırımları,
Qovuşduq ucalığa - Şuşaya!..
Çıxdıq Zəngiyə, Laçına, Kəlbəcərə,
Sonra da Xankəndiyə...
İmkan vermədik
yurdumuza köçürülən haylar
Xaçlarını yamaya
Qədim Alban xaçına...
Yol açılmalıdı Naxçıvana!..
Neçə doğma məkana yol
açılmalıdı:
İradə var, məram var!..
O yurdlarda yollara baxan,
əlləri qoynunda neçə-neçə anam
var!..
Aydınlıq gətirdik, ustad,
Tarixin qarışıq yoluna, izinə.
Vüqarla, açıq alınla baxdıq
Üfüqlərin, səhərlərin üzünə!..
Uğurlar aldıq Qaf dağından.
Qorxmadıq mühitin, zamanın
Qaralığından, qaranlığından...
Şəhidsiz, qazisiz
olmaz ki zəfər, bildik!
Birliyimiz olsun,
şərin yolunu kəsər, bildik!..
Ön sıradayıq, ustad,
Mübarizə meydanında!..
Bəlli, görüləcək çox iş var
Məqamında, zamanında...
Durulacaq axarlarımız -
Yaranacaq yaşıl həyat...
Mübarizənin ön sırası
Bəzən öz yanınızdan keçir, ustad...
Biz də çalışdıq ata kimi,
yazar kimi,
Ön sıraya çıxdı
Yetirməmiz - neçə-neçə igid oğul...
Eldost, Sahib, Mənsur, Toğrul!..
Bu gün də ön sırada
Vətənin xeyir-duası ılə
Alnı xınalı Vətən oğulları var!..
Vətənin yolunda
Yanan işıqlardı
Vətən uğrunda döyüşə atılan
oğullar!..
Hələ neçə-neçə ön
sıraya...
Neçə-neçə qələbəyə
acıq...
O işıqların altından keçirik, keçəcəyik
Üzüağ, alnıaçıq!..
lll
Ustad, o ön sıraya
Bütöv bir xalq yürüdü.
Dedik, əzilmişik, qalxaq,
Kükrədi haqq, yürüdü!..
Bizi haqlı bilənlər,
Yaxın, uzaq yürüdü...
Hamı döndü özünə -
Azərbaycan sözünə!..
Uğur güldü üzünə,
Bir şanlı çağ, yürüdü...
Nida-bayraq bir Ərdə,
O Ər - Ulu sərkərdə!..
Sərkərdə neçə yerdə
Asdı bayraq, yürüdü...
Ərlər tarixdən yenə,
Keçib gəldi bu günə!..
Neçə ulu ərənə,
Çatdı soraq, yürüdü...
Bəy oğullar özləndi,
Ad-san ilə süsləndi!..
Zəfər kənd-kənd səsləndi,
Ocaq-ocaq yürüdu...
Şəhid, qazi - şan bizə,
Yolumuz - mübarizə!..
Bir tarix üstümüzə,
Açdı qucaq, yürüdü!..
Musa ASLANXANLI
525-ci qəzet.- 2024.- 9 may,№81.- S.14.