Milli Kitabxanada
növbəti treninq
Mayın 20-də Mədəniyyət Nazirliyinin
Abşeron-Xızı və Şərqi Zəngəzur Regional
Mədəniyyət idarələrinin tabeliyində olan Mərkəzləşdirilmiş
Kitabxana sistemlərinin mütəxəssisləri
üçün KOHA Avtomatlaşdırılmış
Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar
Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində
növbəti treninqin keçirilməsinə başlanıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, treninqin
keçirilməsində məqsəd aktiv, sürətlə
inkişaf edən və yaxşı
strukturlaşdırılmış kod bazasına malik, istifadəçi
interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla
bilən, açıq mənbəli, inteqrasiya edilmiş
kitabxana sistemi olan KOHA-nın Mədəniyyət Nazirliyinin
tabeliyində olan kütləvi kitabxanalarda tətbiqinə dəstək
olmaqdır.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov KOHA
Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə
Sisteminin üstün cəhətlərindən
danışıb. Bildirib ki, proqramın kitabxanalarda tətbiqi
Azərbaycan Milli Kitabxanasının 850 mindən artıq
biblioqrafik yazını əhatə edən elektron resurs
fondundan istifadəsinə imkan yaradacaq.
Treninqdə Mədəniyyət Nazirliyinin
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin
tabeliyində olan Sumqayıt şəhər, Abşeron və
Xızı rayon Mərkəzləşdirilmiş Kitabxana
sistemləri, həmçinin Şərqi Zəngəzur
Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Cəbrayıl,
Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan
Mərkəzləşdirilmiş Kitabxana sistemlərindən
mütəxəssislər iştirak edir.
Treninq mayın 23-dək davam edəcək.