Nigar xanım Rəfibəylinin xatirəsinə
Xalq şairi Nəriman Həsənzadənin bu günlərdə
redaksiyamiza təqdim etdiyi "Rəfibəylilər"
şeiri xeyli müddət əvvəl yazılsa da, indiyəcən
dövrü mətbuatda nəşr edilməyib. Şeiri nəhayət,
çap üçün redaksiyamıza təqdim etməsi səbəbindən
danışan Nəriman müəllim dostu, Əməkdar incəsənət
xadimi Yasif Nəsirlidən aldığı bir məktubun buna
vəsilə olduğunu deyib. Oxuyub fikrini bildirmək
üçün "Rəfibəylilər" şeirini
dostuna göndərən Xalq şairi çox keçmir ondan
bu məzmunda bir məktub alır və beləcə şeiri
çap etdirmək qərarına gəlir:
"Əziz qardaşım! "Rəfibəylilər"
şeirini bir neçə dəfə oxudum. Böyük bir
poemadır. Gözəldir. Mənim də Rəfibəylilərə
böyük hörmət və məhəbbətim var.
General Akif Rəfizadə yaxın dostumdur. Ləyaqətli
insandır!
XXI əsrin əsl Rəfibəyliləri - Anar Rzayevdir.
Xalqımızın böyük
yazıçısı, dramaturqu...
Anar canlı bir epoxadır.
Allah Səni saxlasın! Allah Səni qorusun.
Sən şeirimizin tarixdə qalan Nəriman Həsənzadəsisən.
Qələmin var olsun!"
Hörmətli Akif Rəfizadəyə müəllifdən
bir könül nişanəsi
Ana-bacı əvəziydi,
Şah nəslinin töhfəsiydi.
El-obanın nəfəsiydi,
şerinin sözü, misrası,
şair qızların həssası.
Gəncədə dünyaya gəldi,
dünyaya bir həya gəldi.
Bilirsənmi, niyə gəldi? -
qopan tufanlara yəqin,
layiq olsun, tək dözməsin.
Arzu böyük, həyat qısa,
Zəmanə qıydı o qıza.
Sevdi şair Rəsul Rza
dedilər arxa-dayaqdı,
şairlər yatmır, oyaqdı.
Anar da bir oğul kimi,
Şah nəslinin öz sahibi.
Anar - ali söz sahibi,
dünyadan gəldi sorağı,
dilində Vətən torpağı!
...Sürüldülər şəhər-şəhər,
axşam-axşam, səhər-səhər.
Məzar-məzar səpildilər,
qürbətdə qaldı adları,
"Rəfibəyli" soyadları.
Orta məktəbdə bir səhər,
qızıl qalstuk verdilər.
Ondan Akifə çatmadı,
Akif o gecə yatmadı.
Direktor şagirdə dedi:
soyadın "Rəfibəyli"di!
Burda, şanlı generaldan
-
Cənab Əli müəllimdən,
bir ricam var.
Millətdən ki, söz düşübdü,
necə olsa, ərkim çatar.
Sinəm də doludur, dolu.
Orda - Nargin adasına
turist yolu!
Elə bu gün, elə sabah, -
yer də dəftər-kitab kimi
qoy oxusun varaq-varaq.
Millət nə vaxt tanıyacaq
qətlə məhkum olanları -
Müşfiqləri?
Şüşətək əvvəl ürəyi,
sonra istedad göynəyi, -
ruhu sındırılanları.
- Xudadat bəyi, sən qoru,
Tanrım, sən qoru, sən qoru!
Apardı ulu Yaradan,
Gəncənin bağrından qopan
gəncəli qubernatoru.
O yüzləri, o minləri,
o qanadı sındırılan,
şahinləri!
Bu da "Ellər atasının"
növbəti bir "şah əsəri!"
Yer nə qədər dözəsidi?!
Yer özü də - taleyin bir
töhfəsidi!
Vaxt İlham zəmanəsidi,
İlhama səs verdi Zaman, -
QALİB!
SƏRKƏRDƏ!
QƏHRƏMAN!
Nəriman HƏSƏNZADƏ
525-ci qəzet.- 2024.- 28 may,¹93.-S.14.