Bütün tərəflərin
özünü rahat hiss edəcəyi mühit
COP29 zamanı Azərbaycanda bütün tərəflərin
özlərini rahat hiss edəcəyi bir mühit yaradılacaq
Azərbaycan beynəlxalq aləmdə böyük
nüfuz sahibidir. Eyni zamanda, ölkəmizin beynəlxalq
münasibətlər sistemində rolu və nüfuzu durmadan
artmaqdadır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin
uzaqgörən siyasəti nəticəsində Azərbaycan
siyasi və iqtisadi sahədə dayanıqlı inkişafa nail
olmuş, regionda böyük potensiala sahib bir dövlətdir.
Qarabağ problemini kökündən həll edən
Azərbaycan hazırda dünyanın ən sabit ölkələrindən
biridir. Bunun nəticəsidir ki, Azərbaycana intensiv şəkildə
xarici dövlət rəhbərlərinin, şirkət
nümayəndələrinin səfərləri olur, birgə
müqavilələr imzalanır, gələcəyə
hesablanan layihələrin əsası qoyulur. Eyni zamanda Azərbaycan
daha böyük tədbirlərə ev sahibliyi etməyə
hazırlaşır. Onlardan biri də yaxın gələcəkdə
baş tutacaq olan COP29-dur.
Prezident İlham Əliyev bu il aprelin 26-da Almaniyanın
paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim
Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində
iştirakı zamanı “Euronews” telekanalına verdiyi
müsahibədə bir sıra önəmli məqamlar diqqət
çəkib. Cənab Prezident müsahibədə
qarşıda bizi gözləyən tədbir barədə
sualları cavablandırıb, təminatlı təhlükəsizlik
barəsində danışıb və COP29 zamanı Azərbaycanda
bütün tərəflərin özlərini rahat hiss etdiyi
bir mühit yaradılacağını elan edib. Cənab
Prezident həmçinin bildirib ki, ölkəmizin Qoşulmama
Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi
vardır. Azərbaycan Hərəkata dörd il sədrlik etdi,
120 üzv ölkə ilə həqiqətən də
böyük tərəqqiyə nail olduq. Azərbaycanın
BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan
Qoşulmama Hərəkatına hazırkı sədrliyi
dövründə irəli sürdüyü təşəbbüslər
və atdığı praktiki addımlar bunu təsdiq edir.
Prezident cənab İlham Əliyev müsahibəsində
Avropa İttifaqı ilə bağlı münasibətlərdən
də danışıb, bildirib ki, Azərbaycan Avropa
İttifaqına üzv olan ölkələrlə fəal əlaqələrə
malikdir - üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq
haqqında Bəyannamə imzalanıb və qəbul edilib.
Prezident cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanda
tədbir zamanı qlobal əhəmiyyətli məsələlər
müzakirə olunacaq: “Qlobal Cənub, Qərb və iqlim dəyişikliyi
məsələlərinin öhdəsindən gəlmək
üçün birlikdə bu prosesdə necə iştirak etməliyik,
həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik
və iqlim dəyişikliyi məsələləri ilə
bağlı müəyyən inamsızlığı necə
azaltmalıyıq” kimi məsələlər fərqli
yanaşmalar kontekstində aktiv şəkildə müzakirə
olunacaqlar”.
Ölkəmizin başçısı
açıqlamasında onu da bildirib ki, ölkələr malik
olduqları təbii sərvətlərə görə
mühakimə olunmamalıdırlar: “Ölkələr onlardan
necə istifadə etdiklərinə görə mühakimə
olunmalıdırlar. COP-dan əvvəl daha çox maliyyələşməni
təmin etmək üçün Azərbaycan və neft hasil
edən digər ölkələrin hansı əlavə
töhfələrinin olması kimi həmrəylik paketini
yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə
işləyirik, Azərbaycan həm də OPEC+ üzv ölkəsidir.
Neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti
yüksək olanda problemin öhdəsindən gəlmək
üçün daha çox ödəniş etməli və
daha çox töhfə verməlidir. Həmrəylik maliyyələşmənin
və necə uğur qazanacağımızın ayrılmaz
hissəsidir. Əgər yaşıl dünyaya doğru əlavə
və davamlı olan konkret addımlar ata bilsək, bu, ən
vacib miras olacaq”.
Akif RƏFİYEV
Qarabağ müharibəsi veteranı, Ədliyyə
general-mayoru, Binəqədi rayon Ağsaqqallar
Şurasının sədri
525-ci qəzet.- 2024.- 28 may,¹93.-S.6.