Rəşad Məcidin 60
yaşına daha bir töhfə
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan
Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in
baş redaktoru, yazıçı-publisist Rəşad Məcid
haqqında növbəti kitab işıq üzü
görüb.
AZƏRTAC xəbər verir ki, Rəşad Məcidin
60 illik yubileyi münasibətilə hazırlanan kitabda onun həyat
və yaradıcılığından bəhs olunur.
Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar
Birliyinin (DGTYB) sədr müavini, AYB-nin Gənclər
Şurasının katibi Prezident təqaüdçüsü,
yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin
idarə heyətinin üzvü, AYB Gənclər
Şurasının üzvü Prezident təqaüdçüsü,
yazıçı Şəfa Vəlidir. DGTYB-nin
başqanı Prezident təqaüdçüsü İntiqam
Yaşar kitaba “Ön söz” yazıb.
Kitab vasitəsilə oxucular Rəşad Məcidin
yaradıcılığı və şəxsiyyəti haqda
onun doğmaları - ailəsi, dostları, müəllimləri,
iş yoldaşlarının ürək sözləri, eləcə
də müəlliflərin məqalələri vasitəsilə
dolğun məlumatlar alacaq, qəhrəmanımızı
şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə,
ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının
ömürlərə işıq salacağı həqiqətinin
anladılması da nəşrin əsas qayələrindəndir.
525-ci qəzet .- 2024.- 1 noyabr (¹201).-S.14.