Milli Kitabxanada “Məmməd
İsmayıl-85” adlı ənənəvi kitab sərgisi
hazırlanıb
Ədəbiyyatımıza, poeziyamıza böyük
töhfələr verən Məmməd İsmayılın bu
gün 85 yaşı tamam olur. Bu münasibətlə Milli
Kitabxanada “Məmməd İsmayıl-85” adlı ənənəvi
kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə
şairin əsərləri, tərcümələri, tərtib
və redaktə etdiyi, “Ön söz” yazdığı, həyatı
və yaradıcılığından bəhs edən Azərbaycan
və xarici dillərdə kitablar, dövri mətbuatda
çap olunan şeirləri və məqalələri yer
alıb.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Məmməd İsmayılın
şeirsevərlərin görüşünə ilk dəfə
1957-ci ildə rayon qəzetində dərc edilmiş
"Dağlar" qoşması ilə gəlib. Müxtəlif
illərdə “Aman təklik əlindən”, “Ümiddən
asılan qılınclar”, “Yaş altmışa dayandı”,
“Yoxun varlığı”, “Poemalar”, “Yetmişdən sonra”, “Gəlməyə
vaxtmı tapdın, səksən yaşım”, “Arzuların
yolu” və s. kitabları nəşr edilib. 20-yə yaxın
şeir kitabının müəllifidir. 50-dən çox
şeirinə mahnı bəstələnib.
Ömrünün 30 ilini qardaş Türkiyə¬də
yaşayıb-yaratmış görkəmli şairimi¬zin
özünəməxsus ədəbi və publisistik nümunələri
ünlü nəşriyyatların burax¬dığı 15
kitabda türk dilində işıq üzü görüb.
“Bu qan yerdə qalan deyil”, “Türkün sevgisi”, “Dillən,
telli sazım”, “Unutduğun yerdəyəm”, “Yelə bir şey
söyləmişdim”, “İz” və digər kitablar bu
sıradandır.
Şair-publisist Məmməd İsmayıl bir sıra
xalqların dillərinə - rus, alman, fransız, yapon, macar,
qazax və s. tərcümə olunaraq ölkəmizin
hüdudlarından kənarda yayılan əsərləri ilə
poeziyamızı layiqincə təmsil edib.
525-ci qəzet .- 2024.- 2 noyabr(¹202).-S.14.