“Şuşa Qarabağın incisi”
elektron məlumat bazasının təqdimatı olub
Noyabrın 20-də Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində
“Şuşa - Qarabağın incisi” elektron məlumat
bazasının və ənənəvi kitab sərgisinin təqdimatı
keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müxtəlif
bölmələrdən ibarət olan elektron məlumat
bazasında təqdim edilən sənədlər tam mətnləri
ilə verilib.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər
https://anl.az/el/emb/Qarabagin_incisi.en/index.html linkindən istifadə
edə bilərlər.
Ənənəvi kitab sərgisində isə
Şuşanın qədim tarixi, mədəniyyəti, görkəmli
şəxsiyyətləri, ənənələri və qədim
mədəni abidələrinin bərpası, Vətən
oğullarının şərəfli döyüş
yolları, göstərdikləri şücaətlər və
digər mövzulardan bəhs edən Azərbaycan və
müxtəlif dillərdə ədəbiyyatlar nümayiş
olunur.
525-ci qəzet .- 2024.- 21 noyabr(¹212).-S.9.