Şəhidə müjdə var Böyük Zəfərdən!

 

 

Ucalsın göylərə haqqın duası,

Şəhid məzarından şəhid nidası.

Torpağı səsləsin, vətən söyləsin

Bürüsün aləmi eşqin sədası.

 

Bizi zaman deyil, iman qorusun.

Bizi güman deyil, inam qorusun.

İndi çiçək açan bu bağçalarda,

Gərəkdir duyaq biz şəhid qoxusun.

 

Yazılmış taleyin hökmü əzəldən,

Əvvəli-axırı çıxmış nəzərdən.

Yolu müqəddəsdir, amalı uca,

Şəhidə müjdə var Böyük Zəfərdən.

 

Ədalət qılınc tək kəsir bağrımı,

Bu həsrət duzlayır, hər gün ağrımı.

İllərdir sağalmaz qanlı yaramı,

Şəhid dəyişdirdi, kədər sarğımı.

 

Ayxan HÜSEYNLİ

525-ci qəzet .- 2024.- 22 noyabr(№213).-S.15.