Məlik Şahnəzər
"Qarabağın
dostları və düşmənləri" silsiləsindən
Bir qədər erməni tayfası haqqında
Yeri, yurdu, vətəni, milləti bəlli olmayan erməni
tayfası tarix boyu bu diyardan o diyara, bu məmləkətdən
o məmləkətə axışmış, özlərinə
münasib yaşayış yerləri taparaq, xüsusilə,
dağlıq ərazilərdə məskunlaşmışlar.
Hələ orta əsrlərdə - Əmir Teymurun vaxtında
onların bir qismi də Azərbaycana gəlmiş, öz
lövbərini həmişəlik olaraq Araz
çayının hər iki sahilində salmışdı. Səxavətli
Azərbaycan xalqı da öz isti qoynunu onlara geniş
açaraq vətənsiz, qərib, yazıq, eyni zamanda
çörəyi dizinin üstündə olan bu tayfaya ürəyinin
başında, əsasən də, Qarabağda yer vermişdir.
Daha doğrusu, onların özləri-özlərini bu
torpağa pərçim etmişdilər. Tarixə kiçik
bir nəzər yetirsək, erməni tayfasının toxumunun
Qarabağ torpağına necə düşdüyünün
və necə inkişaf edib cücərdiyinin şahidi
olarıq.
On altıncı əsrin sonları və on yeddinci
yüzilliyin əvvəllərində Zaqafqaziyada ümumi
siyasi vəziyyət daha da kəskinləşmiş, İranla
Türkiyə arasında mübarizə
qızışmışdı. İran hökmdarı I
Şah Abbas osmanlılar üzərində qələbə
çalmaq üçün daxili və xarici siyasətdə
bir çox dəyişikliklər eləməyə
başladı. O, qələbəsini təmin etmək məqsədi
ilə vaxtilə Araz çayının sağ və sol sahillərinə
səpələnərək mühacir həyatı yaşayan
erməniləri - "Əmir Teymurun yadigarları"nı
tamamilə öz tərəfinə çəkmək yolu ilə
İran üçün həm sosial, həm də hərbi
dayaq yaratmaq istəyirdi. Ona görə də Şah Abbas erməniləri
şirnikləndirərək bir yerə toplayıb, onların
yığcam şəkildə yaşamaları
üçün Qarabağın cənub-şərq və
şimal-şərq rayonlarını beş inzibati siyasi əraziyə
böldü. Burda məlikliklər yaratdı və ilk dəfə
olaraq "məlik"1 titulunu təsdiq elədi (1. "Məlik"
ərəb sözüdür, "hakim, hökmdar, knyaz" mənasını
verir). Osmanlılarla mübarizədə ona göstərdikləri
köməyə görə Şah Abbas xüsusi fərmanlarla
bu titulu mükafat olaraq ermənilərə
bağışladı. Əraziləri bir-biri ilə həmsərhəd
olan və bir-birindən təbii dağ silsilələri ilə
ayrılan məlikliklərin sayı beş olduğundan onlara
birlikdə "Xəmsə"("Xəmsə" ərəbcə
"beş" deməkdir) məlikləri də deyirdilər.
Bəs bu məlikliklər Qarabağa hardan gəlmişdilər
və hansılar idilər? Bu sualın cavabını o
dövrün görkəmli tarixçilərinin əsərlərində
tapmaq olar. XIX əsrin məşhur Qarabağ tarixçisi Mirzə
Adıgözəl bəy özünün "Qarabağnamə"("Qarabağnamə",
I cild, "Yazıçı" nəşriyyatı, 1989-cu
il, səhifə 36-37) əsərində onlar haqqında belə məlumat verir:
"Bu məlikliklərin biri Dizaqdır. Məlikləri
Məlik Yeqan adlanır. O, Loridən qaçıb-gəlmiş,
Nadir şahın səltənəti dövründə və
onun əmri ilə məliklik taxtında oturub, hörmət
qazanmışdır.
İkincisi Vərəndədir. Məlikləri Məlik
Şahnəzərlilər olmuşdur. Onlardan daha qədim bir nəslə
mənsub və daha çox etibar sahibidirlər. Əsilləri
də Göyçə əsilzadələrindəndir. Sonra
ordan qaçaraq gəlib, Qarabağda Vərəndə
mahalının məliklik camından sərxoş olmuşlar.
Üçüncüsü Xaçındır. Məlikləri
Həsən Cəlalyan övladlarıdır. Onlar riyasət gəlininə
gözəllik verib (hökmran olmuşlar). Bu ailə məliklik
mənsəbindən məhrum olduqdan sonra bu mahalın müstəqil
bir məliyi olmamışdır. Buna görə məliklik pərisi
hər an bir şəxsin məclisinin saqisi olmuş və hər
vaxt bir hərifi sərxoş etmişdir. Axırda mərhum Pənahəli
xan Cavanşiri dövlət günəşi və
şövkət bayrağı riyasət üfüqündən
baş vurub, Qarabağ vilayətinin bütün sahəsini
calal və dəbdəbə ilə işıqlandırdı.
Bu zaman xınzırıstanlı Məlik Mirzəxan
özünün gözəl iradə və sədaqətli əqidəsinə
görə, bu əbədi dövlət məmurlarının
əmri ilə məliklik sikkəsini gümüş kimi saf
olan adına kəsdirdi. Ondan sonra da oğlu Məlik Allahverdi və
nəvəsi Məlik Qəhrəman "hər kəsin
növbəti beş gündür" misrasının məzmununca "məliklik
bayrağı"nı göylərə qaldırdılar.
Dördüncüsü Çiləbörd
mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri
Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə
məlik olmuş, Tərtər çayının ortasında
vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər.
Çox çətin bir yolu olan Cermux (Çiləbördün
müxtəsər adıdır) qalasını özlərinə
məskən, sığnaq və mənzil etmişlər.
Çiləbördə müstəqil olaraq yiyələnmiş
və böyük bir şöhrət qazanmışlar. Nadir
şahla Osmanlı sərəsgəri Köprülü
oğlu Abdullah paşa arasında olan müharibədə Məlik
Allahqulu çox şücaət və igidlik göstərdi.
Nadir şah məliklik xələtini
onun qabiliyyətli vücuduna layiq görmədi, ona
sultanlıq rütbəsi və xələti verdi. O (Nadir
şah), əmr etdi ki, bundan sonra xas və avam camaata ona
mülki deyil, sultan desin. Doğrudan da, onlar dəbdəbəli
qədim bir ocağa (ailəyə) mənsub imişlər.
Beşincisi Talış (Gülüstan)
mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri
Şirvandan gəlmədir. Bir müddət Talış kəndində
sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik
etmişdi. Sonralar Məlik Usub Gülüstan qalasını zəbt
edərək orda sakin olmuşlar".
Topoqrafik və iqlim şəraitinin son dərəcə
müxtəlifliyindən, yerin dəniz səviyyəsindən
hündürlüyündən, dağ zirvələrinin
yaxınlığından, dağların istiqamətindən,
yağıntının miqdarından və sairdən
asılı olaraq Qarabağ məliklikləri bir-birindən fərqlənirdi.
Vərəndə məlikliyi. Aran rayonu hesab olunurdu və
çox da hündür olmayan təpəşəkilli yaylada
yerləşmişdi. Onun kəndlərinin yalnız cüzi
hissəsi dağlıq zolaqda idi. Cənub tərəfə
yönələn və şimaldan soyuq küləklərdən
qorunan məlikliyin isti, yumşaq iqlimi vardı və bunun sayəsində
də burda nəinki üzüm və tut, hətta pambıq da
yetişdirilirdi.
Dizaq məlikliyi. Cənub-şərq tərəfə
enişliyi vardı. Onun böyük hissəsi Hadrut dərəsində
- çökəkdə idi. Öz başlanğıcını
burdan götürən çaylar axıb, Araza
tökülürdülər. Burda yay isti, qış isə
mülayim keçirdi.
Xaçın məlikliyi. Meşələri zəngin
idi. Yalnız Xaçın dərəsi ilə ayrılan
başdan-başa dağ massividir. Xaçın çayı dərənin
dibi ilə axır. Xaçın məlikliyi Qarabağın
dağlıq rayonlarına aid idi. Məlikliyin əksər kəndləri
dağlıq, az hissəsi isə dağətəyi
zonadır. İqlimi mülayim-soyuqdur. Üzüm və tut
kimi mədəni bitkilər burda çox az
yayılmışdır və hər yerdə bitmir.
Craberd məlikliyi. Məliklikdə müxtəlif tərəflərə
uzanan dərələr əkinçilik üçün əlverişli
olan böyük hövzə Tərtər çayı vadisini
yaratmışdır. Şərq hissəsi arana keçərək
pambıqçılıq, çəltik və başqa bitkilərin
becərilməsi üçün geniş sahə
yaradırdı. Məlikliyin qərb hissəsi isə qalın
meşələr və yaylalarla örtülmüş,
hündür dağ silsilələri ilə əhatə
olunmuşdu. Yaşayış məntəqələrinin əksəriyyəti
dağlıq zonada, qalan hissəsi isə dağətəyi və
aran sahələrdə yerləşmişdi. Aran yerlərdə
iqlim quru və mülayim, dağlıq yerlərdə isə
mülayim-soyuqdur. Dağlıq zonada çoxlu
yağıntı olur.
Talış (Gülüstan) məkliyi. Bu məliklik də
Qarabağın dağlıq rayonlarına aiddir. Onun nisbətən
quru iqlimi var və heyvandarlıq üçün əlverişli
yerdir (M.Mustafayev. "Qarabağ xanlığının
iqtisadiyyatı". "Əlyazmalar hüququnda", Berlin,
1949-cu il, səhifə 4-5).
...Şah Abbas məliklərə böyük imtiyaz
vermişdi. Ali hakimiyyət başında şahın fərmanı
ilə təyin edilmiş feodal-məliklər dururdu və
onlar qeyri-məhdud hakimiyyətlə idarə edir, hökm
verirdilər. Özlərinin məhkəməsi və
divanları, öz təbəələrini itaətdə saxlamaq,
istismar etmək, hətta mühakimə və edam etmək
hüquqları da vardı. Ermənilərin
"Ağvan" əlavə titulu daşıyan
katolikosları dini işləri idarə edirdi. Məliklərin
eyni zamanda möhkəmləndirilmiş qalaları və qəsrləri
vardı. Onların ailələri, əyanları, xidmətçiləri
burda yaşayırdılar. Məliklər həm də min nəfərlik
xüsusi qoşun dəstələrinə malik idilər. Bu
silahlı dəstə ilə özləri yeri gələndə
qonşu ərazilərə hücumlar edir, həmçinin
xarici basqınlardan müdafiə olunurdular. Məliklər
şahdan asılı idilər və ona vergi verirdilər.
Şah Abbas dövründə Qarabağ məliklərinin
ictimai quruluş forması belə idi.
Ticarəti böyük var-dövlət və sərvət
mənbəyi kimi görən Şah Abbas ölkədə
onun inkişafına hər cür səy göstərirdi və
bu sahədə erməni tacirlərinin bacarığına və
fərasətinə yaxşı bələddi. Ona görə
də ipək ticarətini demək olar ki, tamamilə ermənilərin
ixtiyarına vermiş, onları bu işə daha geniş
şəkildə cəlb eləmişdi. Şah Abbas bu məqsədlə
Culfada köçkünlərdən ibarət xüsusi erməni
koloniyası yaratmış, kilsələr tikdirmiş, əhalisinin
sayını artırmağa başlamışdı. Təsadüfi
deyildi ki, XVII əsrin əvvəllərində Culfada artıq
otuz minə qədər əhali vardı. Çox çəkmədən
bu şəhər İngiltərə, Fransa, Niderland, Rusiya,
Hindistan və sair ölkələrlə geniş ticarət əlaqəsi
olan iri bir mərkəzə çevrilmişdi. Şah Abbas bu
vasitə ilə də Avropa dövlətləri ilə
yaxın diplomatik əlaqələr yaratmağa və
osmanlılara qarşı mübarizədə ermənilərdən
istifadə etməyə çalışırdı. Şahla
erməni tacirləri arasında yaranan "dostluq münasibətləri"nin
əsası isə hər iki tərəfin maddi
marağının təmin olunması idi. Əgər hər
hansı bir erməni taciri İran-Osmanlı ziddiyyətlərindən
istifadə edə bilirdisə, demək, o, varlana bilərdi.
Şah Abbas İran torpağında Osmanlı
qoşunlarını dolanışıq vasitələrindən
məhrum etmək və bununla da öz sərhədlərini
düşmən hücumlarından qorumaq üçün
İrəvanla, Naxçıvanla, Təbrizlə Türkiyə
sərhəddi arasında süni sürətdə məhsul
verməyən səhralar yaratmaq fikrinə düşdü. O,
bütün əhalini üç gün ərzində bu yerlərdən
köçürmək və Arazın bütün sol sahilini
Kirs dağına (Kirs dağı Şuşa ərazisindədir.
Qarabağ silsilələrinin ən yüksək zirvələrindən
sayılır) qədər tamamilə boşaltmağı əmr
etmişdi. Əhalinin geriyə - öz yer-yurdlarına
qayıda bilməməsi üçün düşmənin
yolu üstündə yerləşən bütün kəndləri,
tikililəri, meşələri, taxıl ehtiyatlarını
yandırmağı, quyuları zəhərləməyi və
sair əmr eləmişdi.
I Şah Abbasın hakimiyyətindən sonra İran
iqtisadi, siyasi tənəzzülə uğradı, öz
qüdrətini qoruyub-saxlaya bilmədi və Səfəvilər
dövləti dağıldı. İranın Zaqafqaziya
torpaqları Rusiya və Osmanlı dövlətləri tərəfindən
işğal olundu.
Təxminən yüz il sonra Nadirqulu İran
taxt-tacına sahib oldu. 1736-cı ildə şah seçilərkən
çoban nəslindən olduğu üçün onun
ölkə başçısı seçilməsinə
qarabağlılar etiraz etdilər. Ona görə də Nadir
şah taxta çıxandan sonra onlardan hayıfını
çıxmağa başladı. Dərhal Xəmsə məliklərinə
əmr elədi ki, daha Qarabağ bəylərbəyliyinə
yox, birbaşa onun özünə, ya da qardaşı, Azərbaycan
valisi İbrahim xana tabe olsunlar. Üstəlik də, Qarabağ
məliklərinə böyük imtiyaz verdi. Onları öz tərəfinə
çəkmək üçün məliklərin titulunu və
torpaqlarını xüsusi fərmanlarla təsdiq elədi, bəzi
nümayəndələrini ətrafına topladı.
Qarabağ bəylərbəyliyini ləğv edib, onun tərkibində
olan Borçalı və Qazax mahallarını Kartli-Kaxetiya
çarlığının tabeliyinə keçirtdi.
Qarabağda ona müxalif mövqedə dayanan Qacar, Cavanşir,
Otuziki, Kəbirli tayfa birliklərini cəzalandıraraq
Xorasanın Sərəxs mahalına köçürtdü.
Nadir şah da öz sələfi I Şah Abbas kimi
Qarabağın tifaqını belə dağıtdı.
...Pənahəli xan Qarabağ xanlığı
taxtında oturandan sonra ermənilər anadangəlmə xislətlərinə
uyğun olaraq özlərini üzdə Qarabağ xanına sədaqətli
göstərməyə çalışır, dalda isə
onun ayaqlarının altını qazır, arxadan zərbə
vururdular. Daha doğrusu, məliklər Gəncə, Şəki
xanları və Qanzasar katolikosu tərəfindən
qızışdırılır, onları Qarabağ
xanına tabe olmamağa çağırır, başqa
sözlə desək, xanlığın cilovunu Pənahəli
xanın əlindən almağa cəhd göstərirdilər.
Bu düşmənlər Qarabağ xanlığını
özləri üçün ən təhlükəli
qüvvə hesab edirdilər. Digər tərəfdən də
Qarabağ torpaqlarını öz ərazisinə qatmaq və
Pənahəli xanı özündən asılı vəziyyətə
salmaq Şəki hakimi Hacı Çələbi xanın
planına çoxdan daxil idi. Həmin vaxt isə xüsusən
də, Bayat qalasının bünövrəsi qoyulandan sonra
erməni məlikləri Qarabağ xanına qarşı
çıxmaq üçün özlərinə müttəfiq
axtarırdılar və tezliklə də tapdılar. Bunlar
Cavanşir və Otuziki tayfalarının bəzi oymaqları
idilər. Bəs bu oymaqlar Pənahəli xana qarşı niyə
çıxırdılar, özü də düşmənlərlə
birgə?! Bu da səbəbsiz deyildi. Vaxtilə Nadir
şahın Xorasana sürgün etdiyi Otuziki camaatı
şahın ölümündən sonra elliklə öz vətənlərinə
qayıtmışdılar. Lakin Pənahəli xan
xanlığı yaradanda bir çox səbəblərə
görə nə otuzikilərdən, nə də digər
cavanşirlərdən heç birinə sarayında vəzifə
verməmişdi. Bütün yüksək və nüfuzlu vəzifələr
Sarıcalı oymağından olan cavanşirlərə və
arvad qohumları kəbirlilərə həvalə
edilmişdi. Hətta gələcəkdə
xanlıq üçün təhlükə törətməsinlər
deyə, Pənahəli xan cavanşirləri
parçalayıb, xeyli hissəsini yeni yaratdığı Cavanşir,
bir qismini isə Dizaq-Cavanşir mahallarında yerləşdirmişdi.
Mirzə Adıgözəl bəy öz tarixi əsərində
yazırdı: "Palçıqları kin və həsəd
suyu ilə yoğrulmuş Cavanşir və Otuziki əhalisinin
ürəklərində ədavət alovu şölələndi
və beyinlərinə kin havası hücum etdi. Onlar həmişə
bu dövlətin yox olması uğrunda son dərəcə səy
və qeyrət edirdilər..." İncik cavanşirlərin
bir hissəsi və Otuziki tayfası Gülüstan məliyi Məlik
Ovsep Beqlyaryan, Craberd məliyi Məlik Allahqulu sultan Məlik
İsraelyan və Xaçın məliyi Allahverdi ilə birləşərək
Pənahəli xanı devirmək fikrinə düşdülər.
Birlikdə Hacı Çələbi xana məktub yazaraq
bildirdilər ki, əgər Şəki hakimi Qarabağ
xanının güclənməsinə vaxtında mane olmasa, gələcəkdə
özündən deyən hər kəs onun
qarşısında duruş gətirə bilməyəcək.
Hacı Çələbi xan Pənahəli xana
qarşı çıxan Otuziki elinin başçısı
Məhəmmədəli xan Bayəhmədlini yanına
çağırtdırdı, necə deyərlər, arxı atlanmamış xüsusi fərmanla
onu Qarabağa hakim təyin elədi. Bundan sonra Hacı Çələbi
xan Çar-Balakəndən, Şirvandan, Dərbənddən
və başqa ətraf yerlərdən güclü qoşun
toplayıb, ermənilərlə birləşərək
1748-ci ilin yazında Bayat qalası üzərinə yeridi ... Və
Hacı Çələbi
xanı da onun müttəfiqi erməni məlikliklərini
də Pənahəli xan məğlub eləyib yerlərində
oturtdu.
Pənahəli xan görürdü ki, Qarabağın
hər tərəfi düşmənlə əhatə olunub və
onların sayı da getdikcə artır. Həm də hiss
edirdi ki, qonşu xanlar və satqın ermənilər özlərini
ona bəzən üzdə dost göstərsələr də,
fürsət düşən kimi qorxulu düşmənə
çevrilə bilirlər. Ona görə xanlığın
möhkəm bir istinadgahı olmalı idi. Həm Bayat
qalası strateji cəhətdən o qədər də əlverişli
və etibarlı yerdə deyildi, həm də aranda yerləşdiyi
üçün isti vaxtlarda burda yaşamaq çox çətin
və dözülməz olurdu. Bu səbəbdən də Pənahəli
xan sarayda məsləhət-məşvərət
çağırdı, dağlıq bir yerdə qala tikmək
qərara alındı. Və beləliklə, Qarabağın
ikinci bir müdafiə qalasının əsası qoyuldu...
Tikinti zamanı Pənahəli xanla daimi düşmənçilik
eləyən qonşuluqdakı Xaçın hakimi Məlik
Allahverdi ona hər vəclə mane olmağa çalışırdı.
O, iki min nəfərlik qoşun toplayıb,
yaxınlıqdakı Ballıqaya adlı bir yerdə səngər
qurdu və Pənahəli xana meydan oxumağa başladı.
Qarabağ xanı əvvəlcə qan tökmək istəmədi,
erməniləri intizama dəvət elədi, öyüd-nəsihət
verdi. Pənahəli xanın hakimiyyətinin tanımağa və
onunla birləşməyə çağırdı.
Özünə layiq düşmən olmayan Məlik Allahverdiyə
başa salmaq istədi ki, burda qala tikməyin heç bir
ziyanı yoxdur, havayı yerdən narahatlıq keçirməsinlər.
Əksinə, bu qala onları da xarici düşmənlərdən
qoruya bilər. Ancaq bu öyüd-nəsihətlərdən
bir nəticə hasil olmadı. Ermənilər Pənahəli
xanın bu sözlərini qorxaqlıq əlaməti hesab edib,
ayaqları bir az da yer aldı, onunla vuruşmaq istədiklərini
bildirdilər. Pənahəli xan görəndə ki, bu donuz
yosunlu məxluqların qulaqlarını eşşək
qulağı tək çəkib, yerindən qopartmasa,
onları birdəfəlik yerində oturtmasa, gələcək
planlarını həyata keçirə bilməyəcək.
Ona görə də erməniləri qabaqlayıb onların
üzərinə hücuma keçdi. Üç gün davam
eləyən döyüşlərdə Məlik Allahverdi məğlub
olaraq geri çəkildi, taleyinin daha da acınacaqlı
olacağını anlayıb, əllərini göyə
qaldırdı və Pənahəli xana tabe olduğunu bildirdi.
lll
1736-cı ildə, Nadir şah hakimiyyət
başına gəldiyi vaxt Vərəndə məliyi
Hüseyn Şahnazaryan cəhənnəmə vasil oldu. Məlikliyi
onun yaxın qohumu Məlik Baqinin oğlu II Məlik Mirzə
idarə eləməyə başladı. Lakin o, elə ilk
günlərdən Nadir şahda özünə qarşı
bir narazılıq yaratdı. Şah Məlik Mirzəni cəzalandırmaq
qərarına gələrək onun yerinə Məlik
Hüseynin oğlu Məlik Ovsepi təyin elədi. Lakin təzə
məliyi ögey qardaşı Şahnəzərin
gözü götürmürdü. Ovsepin anası erməni
idi, Şahnəzər isə türk qızından
doğulmuşdu. Şahnəzərin atası Məlik
Hüseyn onun anası Zəhra xanımı Naxçıvana
hücum edərkən əsir götürülmüş
qızların arasından seçib evlənmişdi.
Şahnəzər pozğun və əxlaqsız bir həyat
tərzi keçirir, çoxarvadlılığa meyl edirdi.
Onun arvadlarının biri də Xaçın məlikləri
Həsən Cəlalyanların nəslindən olan Tasum
adlı haxçik idi. Bu arvadının ölümündən
sonra o, Dizaq məliyi Məlik Yesainin qızı Sonanı ərindən
zorla boşatdırmış, özünə arvad eləmişdi.
Şahnəzər, üstəlik, doğma qardaşı
qızı ilə evlənmişdi. Bu isə digər Xəmsə
məliklərində ona qarşı nifrət
oyatmışdı. Şahnəzər dura-dura qardaşı
Ovsepin Nadir şah tərəfindən Vərəndəyə
məlik təyin edilməsi onu lap özündən
çıxarmışdı. Olduqca lovğa, şöhrətpərəst,
kinli olan Şahnəzər qardaşının Vərəndə
mahalına hakimlik etməsinə dözməyib, bir gecə qəflətən
Məlik Ovsepin evinə basqın edərək öz əli ilə
onu öldürdü, bütün ailəsini qırıb,
axırına çıxdı. Lakin dayəsinin sayəsində
yalnız qardaşının kiçik oğlu Sai bəy
salamat qaldı. Dayəsi uşağı gizlicə
dayısı Məlik Allahverdi Həsən Cəlalyanın
evinə çatdırdı. Bundan sonra Şahnəzər Vərəndə
mahalında hakimiyyəti ələ aldı və II Məlik
Şahnəzər kimi tanınmağa başladı.
Məlik Şahnəzərin bu cinayətkar hərəkətləri
Qarabağın digər məliklərinin qızğın qəzəbinə
səbəbinə oldu. Onlar bu qardaş qatilini cəzalandırmaq
üçün Qarqar çayı sahilinə toplaşıb,
Vərəndə mahalına hücum etdilər. Müttəfiq
məliklər Çanaqçı üzərinə yeridilər.
Lakin qış olduğundan möhkəmləndirilmiş
qalanı ala bilmədilər, ətraf kəndləri
çapıb-talayaraq geri döndülər və Məlik
Şahnəzərin özü ilə haqq-hesabı
çürütməyi isə gələn yaza saxladılar.
Köməyə və müdafiəyə
böyük ehtiyacı olan Məlik Şahnəzər bilirdi
ki, sığındığı Çanaqçı qalası
nə qədər möhkəm və güclü olsa da, məliklərin
birgə hücumlarının qarşısında heç
cür tab gətirə bilməyəcək. Ona görə də
yubanmadan özünə müttəfiq axtarmağa
başladı. Müttəfiq isə uzaqda deyildi. Ermənilərin
qatı və barışmaz
düşməni Pənahəli xan idi. Məlik Şahnəzər
Qarabağ xanına yaxın olmaqdan başqa bir çarə
görmürdü. Pənahəli xanla münasibət qurmaq
üçün çoxdan bəri dəridən-qabıqdan
çıxan bu bic erməni fürsəti fövtə vermədi,
oğlu Cümşüdü də yanına salaraq xanın
hüzuruna yollandı.
Pənahəli xanı son vaxtlar ciddi
düşündürən ən kəskin daxili siyasi problemlərdən
biri də onun uğurlar qazanmasını həzm eləyə
bilməyən, xanlığın güclənməsinin
qarşısını almaq istəyən, əcladlarından
irsən keçmiş düşmənçiliyi davam etdirən
erməniləri itaətə gətirmək idi. Bunun yollarını
çoxdan arayıb-axtaran Pənahəli xan onların
arasında kəskinləşən bu ədavətdən
bacarıqla və məharətlə yararlanaraq hələlik
diplomatik yollara əl atırdı. O, məlikləri bir-birinin
üstünə qısqırdıb münasibətlərini
daha da kəskinləşdirərək əlaqələrini kəsməyə
məcbur edib, heç olmasa, birini öz tərəfinə
çəkməyə və beləliklə, onların
başlarını ayrı-ayrılıqda ilan başı kimi
əzməyə çalışırdı. Qonşuları
ilə yola getməyi bacarmayan, daha doğrusu, bunu istəməyən
ermənilərlə qonşuluq etmək isə yaxşı
heç nə vəd eləmirdi.
Uzaqgörən Pənahəli xana elə həmin vaxt Məlik
Şahnəzər kimilər lazım idi. Ona görə də,
o, Vərəndə məliyini bir müttəfiq kimi qəbul
elədi.
Pənahəli xanın qoltuğunun altına
sığınmış Məlik Şahnəzər isə
onun şəxsində öz himayədarını
görür, məliklərlə mübarizədə xanın
köməyinə arxalanırdı. Qüdrətli Qarabağ
xanı ilə müttəfiq olandan sonra isə Məlik
Şahnəzər mövqeyini daha da möhkəmləndirmişdi.
Çox çəkmədən Məlik Şahnəzər
Pənahəli xanı ailəlikcə evinə qonaq dəvət
elədi. Qarabağ xanı onun sözünü yerə salmadı,
böyük oğlu İbrahim Xəlil ağanı, digər
oğlanlarını, əyan-əşrəfini də
götürüb, güclü bir süvari dəstə ilə
Çanaqçıya yola düşdü. Məmə yeyəndən
pəpə deyənə kimi buranın əhalisi
hamılıqla xanın pişvazına çıxdı, onu
böyük hörmət və itaətlə
qarşıladı.
Pənahəli xan bir neçə gün
Çanaqçıda qaldı, ətraf yerləri gəzdi.
Xanlığı üçün yeni bir paytaxt - qala tikmək
söhbəti düşərkən isə Məlik Şahnəzər
buyurdu ki, Çanaqçı da, bütün Vərəndə
əhli də özlərini Pənahəli xana fəda etməyə
hazırdır. Əgər xan istəsə, buranı özünə
paytaxt eləyə bilər. Çanaqçı əhli də
can-başla onun xidmətində durar. Lakin Pənahəli xan
bildirdi ki, bura müdafiə baxımından o qədər də
etibarlı yer deyil. Elə bir münasib yer axtarıb-tapmaq
lazımdır ki, orda qala tikmək mümkün olsun və biz
də özümüzü orda tamamilə təhlükəsiz
və rahat hiss eləyə bilək.
Beləliklə, Məlik Şahnəzər Pənahəli
xanın qılığına girib onunla dostluq münasibətlərini
daha da genişləndirdi və Xəmsə məliklərinin
onu aradan götürmək təhlükəsi tamamilə
sovuşdu. Məlik Şahnəzər Qarabağ xanının
bütün hərbi yürüşlərində onunla
çiyin-çiyinə vuruşdu, öz silahlı dəstəsi
ilə erməni məliklərinə qarşı aparılan
mübarizənin önündə getdi. Pənahəli xan Məlik
Şahnəzərin sədaqətli olmasını və
göstərdiyi xidmətləri nəzərə alaraq sonralar
Mehridən Bərgüşada qədər olan ərazinin idarəsini
ona tapşırdı. Məlik Şahnəzər isə
xanlıqda yerini daha da möhkəmlətmək
üçün qızı Hürzadı xanın
böyük oğlu İbrahimxəlil ağaya verdi.
Xəmsə məlikləri Pənahəli xan
Cavanşirlə mübarizələrini artıq yeddi il idi ki,
davam etdirirdilər. Bunun da əsas səbəbi onların Məlik
Şahnəzərlə intriqaları və Vərəndə
məliyinin Qarabağ xanı ilə dostluq münasibəti və
qohum olması idi. Pənahəli xan məlikləri
döyüşlə hələlik ram edə bilmirdi. Ona
görə də onları yalnız "sülh" vasitəsi
ilə aradan götürmək istəyirdi. Xan əməliyyata
lap qədimlərdən Həsən Cəlalyan nəslinin idarə
etdiyi Xaçın məlikliyindən başlamaq qərarına
gəldi. O, bu nəsildən olan məliyi tədricən
devirib, onun yerinə təzə məlik təyin eləmək
fikrində idi. Bu işdə onun əsas dayağı isə Məlik
Şahnəzər oldu və birlikdə Xaçın məlikliyinin
üzərinə hücuma keçdilər. Ballıqayada Məlik
Allahverdi onların qarşısını kəsmək istədi.
Lakin döyüşdə məğlub olub, qaçaraq aradan
çıxdı.
Pənahəli xan bu əməliyyatı tezliklə
başa çatdırmaq istəyirdi. Ona görə də o, Məlik
Şahnəzərin vasitəsilə Xaçın məlikliyinin
tabeliyində olan Xınzırıstan kəndinin
yüzbaşısı Mirzəxanı gizlicə yanına
çağırtdırdı. Vəd elədi ki, Məlik
Allahverdini tutub, xanın hüzuruna gətirsə, onu
Xaçının məliyi təyin edəcək. Pənahəli
xanın bu təklifindən şirniklənən Mirzəxan Məlik
Allahverdinin yanına gedib, ona yalandan çatdırdı ki,
guya, Pənahəli xan böyük bir qüvvə ilə onun
üstünə gəlir, müdafiəyə
hazırlaşmaq lazımdır. Məlik Allahverdinin
yaşadığı qala o qədər də möhkəm
deyildi. Ona görə Məlik Şahnəzər onu əlçatmaz
bir qalada gizlənməyi məsləhət gördü. Mirzəxan
onu tovlayıb öz yanına gətirdi və gecəykən
qalanın qapılarını bağlayıb aradan
çıxdı. Qabaqçadan evdə gizlənmiş Məlik
Şahnəzərin adamları onu tutub Pənahəli xanın
hüzuruna gətirdilər. Məlik Allahverdi qətlə
yetirildi. Məlik Şahnəzər bu şəraitdən
istifadə edərək gələcəkdə onun əl-ayağına
dolaşmasın deyə, orda yaşayan qardaşı oğlu
Sai bəyi də öldürdü.
Bu hadisə 1755-ci ildə olmuşdu.
İlanı Seyid Əhməd əli ilə tutan Pənahəli
xan verdiyi sözə əməl elədi. Yüzbaşı
Mirzəxan məlik titulu və hüququ qazanaraq Xaçın
məliyi təyin olundu. Bununla da Həsən Cəlalyan
övladlarının Xaçın knyazlığında idarəsi
başa çatdı. Məlik Mirzəxan və onun sonrakı
nəsli də - Məlik Allahverdi və Məlik Barxan Pənahəli
xana və sonralar İbrahimxəlil xana sədaqətlə xidmət
göstərdilər və digər məliklərlə
mübarizədə Qarabağ xanının ən yaxın
köməkçilərinə çevrildilər.
Beləliklə, Xəmsə məliklərinin ikisi - Vərəndə
və Xaçın məliklikləri faktiki olaraq Qarabağ
xanına tabe oldu. Pənahəli xan qalan üç məliyi
özünə tabe eləyə bilməsə də,
onların gücünü müəyyən qədər zəiflədə
və fəaliyyətlərini zərərsizləşdirə
bildi.
Böyük Çingiz xandan qalan belə bir misalı
Pənahəli xan tez-tez təkrar eləməyi
xoşlayırdı: "Ağası sənin düşmənin
də olmuş olsa, sədaqətli nökəri həmişə
yüksək tutmaq lazımdır". Bu
dünyagörmüş, mərhəmətli xan da Məlik
Şahnəzərə belə münasibət bəsləyirdi.
Haqq üçünə desək, o da 1791-ci ilə - ölənə
qədər həm Pənahəli xana, həm də
İbrahimxəlil xana sədaqətlə xidmət elədi.
Lakin yanında bəslədiyi əfi ilan - oğlu Məlik
Çümşüd isə İbrahimxəlil xanın
ölümünün əsas baiskarlarından biri oldu.
Vasif QULİYEV
525-ci qəzet .- 2024.-1 oktyabr (¹178).- S.14-15.