Şuşanın baməzə
adamları
Özünün bütün əzəməti, zənginliyi,
rəngarəngliyi ilə məshur olan və macəralarla dolu
şahanə Şuşa qalası sonu görünməyən
bir xəzinədir, bütün ruhu ilə nikbinliyə, şənliyə,
zarafata, deyib-gülməyə köklənmiş bir şəhərdir.
Burda mənəvi mühit havası kimi o qədər təmiz,
o qədər şəffafdır ki, sakinləri vətənlərinin
təbiətinə və coğrafiyasına lap
uşaqlıqdan uyğunlaşaraq ləkəsiz, boyasız
böyüyürlər. Bu diyarda öz əxlaqı, mənəviyyatı,
istedadı, orijinal mədəniyyəti, xarakterik xüsusiyyətləri
ilə fərqlənən insanlar yaşayır. Qala sağlam
ab-havası ilə hər yerdə tanındığı kimi,
sağlam vücudlu, gözəl-göyçək simalı,
mütənasib qamətli, gözəl ünsiyyətli,
şirin-şəkər sözlü, mahir söz, lətifə
ustaları, duzlu-məzəli adamları ilə də məshurdur.
Yaradan bu insanlara bir sıra keyfiyyət və məziyyətlərlə
yanaşı, zəngin söz ehtiyatı, kəskin satira,
ürəyinə, mənəviyyatına, ruhuna, qanına isləyən,
onları düşündürən, gümrah və şux
saxlayan gülüş kimi əziz nemətlər də bəxş
etmisdir.
Müdrik ifadələr, ruha qida verən ibrətli
gülüslər - məzəli sözlər, sağlam və
mənalı gülüş ta qədimdən Şuşa əhlinin
həyatında və məişətində özünəməxsus
yer tutmusdur... Şəhərin varlıları əllərini
ağdan-qaraya vurmur, günlərini ballarda, saraylarda, teatr və
konsert salonlarında, səhərə qədər davam edən
əyləncələrdə, yeyib-içməkdə,
deyib-gülməkdə keçirirdilər. Bəzən
bekarçılıqdan növbə ilə öz evlərində
məclis qurur, ya şəhər bağına, ya "Bazar
başı"na, ya da "Meydan bazarı"na
yığışaraq bütün günü oturacaqlarda
üç bir-beş bir oturub, maraqlı və məzəli söhbətlər
edirdi-lər. Bu söhbətlər də şübhəsiz,
zarafatsız keçmirdi. Onların isləri-gücləri də
yalnız baməzəlik, lağ-lağılıq etmək,
bir-birlərinə dostyana satasmaq, peşələrinə,
yaxud xasiyyətlərinə görə ləqəb qosmaq, qulp
qoymaq, nəyəsə yumoristik bir məna vermək,
adamları, xüsusilə də, "pesqurdlar"ı, yəni
kənardan gələnləri dolayıb, ələ salmaq və
onlara sataşmaq idi. İnsanları acıqlandırmaqdan və
söyüşə məcbur etməkdən çox nəşələnmək
və xüsusi ləzzət almaq da onların şakəri
idi.
Düşüncə, ağıl, tədbir, xüsusi
istedad, ensiklopedik bilik sahibi olan müdrik, incəzövqlü,
hazırcavab qalalıların zərb-məsəl söyləməkdə,
lətifə danışmaqda da yüksək məharətləri
vardı. Bu insanlarda iti mühakiməli zövq və
yaradıcılıq qabiliyyəti də yüksək idi və
onlar ədəbiyyata, poeziyaya, musiqiyə biganə
qalmırdılar.
Fikir əlvanlığı yaradan zarafatları ilə
başqalarından incə və zərif yumoru ilə
seçilən qalalılar bir-birlərinə ayama qosmaqda da
mahirdirlər ("Zərif" öz incə yumoru,
zarafatı, məzəli lətifələri və
hazırcavablığı ilə məclisdəkiləri əyləndirib-güldürən
şəxsə verilən addır-müəllif).
Burda ləqəbsiz adama az-az rast gəlmək olar. Bir
adamı öz ləqəbi ilə soraqlayanda daha asan və tez
tapmaq olar, nəinki ləqəbsiz. Ləqəb verib, ləzzət
almaq, gülüş, əyləncə saatları
Şuşa camaatına sanki hava, su kimi lazımdır. Asudə
vaxtlarını və istirahət saatlarını xoş
keçirmək üçün qala əhli
vaxtaşırı yığıncaqlar təşkil edir və
bura xanəndələr, sazəndələr, baməzə
adamlar, müdrik ağsaqqallar, zarafatcıl, hazırcavab adamlar
da dəvət olunurdular. Hətta milli bayramlarda,
toy-düyünlərdə, şənlik məclislərində
məşhur yumoristləri və hazırcavab adamları da
çağırırdılar. Belə məclislərdə də
ora yığışanlar ya qumar oynayar, ya dəli oynadar, ya
da kiməsə ləqəb qoşmaqla məşğul olar,
eyni zamanda hazırcavabların yarışlarını təşkil
edirdilər. Elə aşağıda adları çəkilən
bu yumoristlərə də həmin məclislərdə ayama
qoşmuşdular:
Allahü Əkbər,
Pendir Ələkbər,
Lısaqor Əliş,
Burnuyox Cəbiş.
Və beləliklə, Şuşada peşəkar təlxəklər,
sözgüləşdirənlər, hazırcavablar dəstəsi
yetişib-formalaşırdı.
Qeyd: Bu yazıdakı bəzi zəriflər
haqqında filologiya elmləri namizədi Bəylər Məmmədov
"Qarabağın baməzə adamları" kitabında məlumat
verib.
Qoşulan ayamalar onu daşıyan adam haqqında həm
ümumi məlumat verir, həm də ilkin təsəvvür
yaradırdı. Bu adamların bəzilərinin ləqəbləri,
əsasən, özlərinin xasiyyətləri ilə (Lotu
Qulu, Kefli Cabbar, Dəli Xudu və sair), ya da peşələri
ilə (Şərbaf Kazım, Xarrat Qulu, Alı
Yüzbaşı və sair) əlaqədar olurdu.
Şuşada hər kəsi mənsub olduğu nəslin adı
ilə də tanıyırdılar (məsələn,
Ağqulaqlar, Dəliqoyunlular, Xansənəmlilər).
"Molla Nəsrəddin" jurnalında
"Poçtaxanaçı" imzası ilə dərc
olunan "Şuşa poçtaxanasında"
yazısında ləqəbi olan bir neçə adam
haqqında incə yumor və eyhamla məlumat verilirdi:
"Möhtərəm Molla Nəsrəddin! Göndərdiyiniz
jurnalları sahiblərini tapıb vermədiyimiz
üçün geri qaytarmağa məcburuq. Məhəmməd
adına göndərdiyiniz məcmuəni hansı Məhəmmədə
verməli? Təkcə Məhəmməd, Formalist Məhəmməd,
İkiüzlü Məhəmməd, Sokraşenni Məhəmməd,
Şeyx Məhəmməd, Qaragöz Məhəmməd,
Siçan Məhəmməd, Keçəl Məhəmməd,
Xoruz Məhəmmədəmi?! Yaxud Nazlı Bəşir,
esmixan Bəşir, Nadayel Bəşir, Vasvası Bəşir,
Karxana Bəşir, Dərzi Bəşir, yainki Qoca Yusif, Xalis
Yusif, ervon Yusif, Kürd Yusif, Qramot Yusif,
Qırçınlı Yusif, ərçi Yusif, Kələk
Yusif, Ağıçı Yusif, Smit Yusif, Kənan Yusif,
Göyəbaxan Yusif, Qırmızı Yusif. Müxtəsər,
xahiş olunur məcmuə göndərəndə öz ləqəblərinə
göndərəsiniz" ("Molla Nəsrəddin"
jurnalı, 23 avqust 1924-cü il, N-11).
Oturanlar: (sağdan) Boyaqçı Məmmədəli
(Abbasov),
Forslu Rəşid (Novruzov), Yumurta Bəhram (Abbasov).
Ayaq üstə duranlar: (sağdan) Şofer Tofiq və
Muğanlı Eldar.
Şəhər zərifləri təkcə
ayrı-ayrı adamlara yox, özlərinə - Qarabağ bəylərinə
də ayama qoşmuşdular: pisxurd bəyləri, pambıq bəyləri,
quru bəylər, künə bəylər və sair.
Yaşadıqları məhəllələrini isə
zarafatyana belə adlandırırdılar:
Quyuluq məhəlləsi - əlində gül dəstəsi;
Ağadədəli - vardır əsli-nəcabəti;
Merdinli - imanlı-dinli;
Hamamqabağı - şaftalı tabağı;
Saatlı - bacadan noxud atdı;
Təzə məhəllə - əlində var
qızıl dəhrə;
Xocamircanlı - döşü mərcanlı;
Mamayı - qanmaz ayı;
Qurdlar - dərədə yumurtlar;
Seyidli - əl dəyməyin, meyitdi,
saqqalı siçan yuvası,
papağın pişik yeyitdi
(Lətif Qarabağlı. "Şuşa və
Hindistan xatirələri". Bakı, "Şuşa" nəşriyyatı,
1996-cı il, səhifə 17) və sair və ilaxır.
Bax, bu, Şuşa mədəniyyəti içində
varlı şəxslərin mədəniyyəti idi.
Şuşalıların yaratdıqları lətifələrdə
xalq müdrikliyi və hazırcavablığı öz ifadəsini
geniş tapmış, əsrlər, qərinələr
ötüb-keçsə də, onların deyimləri, baməzəlikləri,
zərb-məsəlləri... yaddaşlarda kök
salmış, nəsillərdən-nəsillərə
ötürülmüşdür.
Bu zarafatcıl şəhərin zəriflərinin
araya-ərsəyə gətirdikləri dadlı söz, sənət
məhsullarının tamını istəkli oxucular, gəlin
birlikdə dadaq.
Talıbxan bəy Cavanşir:
MƏN DƏ ONLARIN SÖZÜNƏ QULAQ ASMIRAM
Tez-tez Talıbxan bəyin evinə gələn qonaqlar
hər dəfə belə bir hadisənin şahidi olurlar ki,
nökərlər, xidmətçilər onun əmrlərini
qulaqardına vurur, göstərişlərini
yarıtmazcasına yerinə yetirirlər, bəzən də
boyun qaçırırlar. Bir dəfə qonaqlardan biri bunun səbəbini
bəydən xəbər alır:
- Ay Talıbxan bəy, bu nədir belə, nökər-naiblərin
heç səni veclərinə almırlar, sözünə
qulaq asmırlar, əmrlərini yerinə yetirmirlər?!
Talıbxan bəy zərrə qədər də əhvalını
pozmadan deyir:
- Cəhənnəmə qulaq assınlar, gora qulaq
assınlar, heç mən də onların sözünə
baxmıram.
Molla Pənah Vaqif:
ADAM GÖNDƏRİN, APARSIN
İran hökmdarı Ağa Məhəmməd şah
Qacar Şuşanın mühasirəsi zamanı İbrahimxəlil
xana bir məktub yazaraq ona bir at göndərilməsini tələb
edir. Həm də belə bir şərt də qoyur ki, at nə
kəhər, nə kürən, nə səmənd, nə
qara, nə ağ, yəni, heç bir rəngdə olmasın.
İbrahimxəlil xan vəziri Molla Pənah Vaqifi
çağırıb, ona şahın məktubuna layiqli bir
cavab yazmağı tapşırır. Vəzir dərhal
Ağa Məhəmməd şah Qacara belə bir cavab
yazır: "İstədiyiniz at İbrahimxəlil xanın
tövləsində hazırdır. Bir adam göndərin, gəlib-aparsın.
Amma o, həftənin şənbə, bazar, bazar ertəsi,
çərşənbə axşamı, çərşənbə,
cümə axşamı, cümədən başqa, hansı
gündə istəyərsə, gələ bilər.
Hacı Qulu Əli oğlu:
RZAQULUYA BAXIB, ŞÜKÜR ELƏSİN
Şuşada ən dövlətli şəxs Hacı
Qulu, ən kasıb adam isə cır-cındır paltarda su
daşıyan yetim Rzaqulu hesab olunurdu. Bir gün söhbət
zamanı kimsə Hacı Quluya deyir ki, sənin adın çəkiləndə
adamlar dərindən köks ötürürlər. Hacı
Qulu cavabında həmin adamlara belə məsləhət
görür:
- Çox nahaq yerə, qoy camaat Hacı Quluya baxıb,
"ah" çəkincə, Rzaquluya baxıb,
şükür eləsin.
Əbdürrəhim bəy Vəzirov:
DƏDƏM BOSTAN OLUB
Bir gün mayor Əbdürrəhim bəy Vəzirov
azarlayır. Oğluna deyir ki, bala, get həkimə, denən
ki, dədəmin başı qarpıza dönüb, dili xiyara,
burnu badımcana, nə bilim, nəyi nəyə? Və
oğlundan soruşur ki, yadında qaldımı?
Oğlu deyir ki, bəli, əlbəttə, qaldı.
Atası soruşur ki, nə təhər deyəcəksən?
Oğlu cavab verir ki, deyəcəyəm dədəm bostan olub.
Mustafa bəy Behbudov:
BƏLKƏ, SOYUQ DƏYDİ...
Bir baqqal Mustafa bəyə pul borcluymuş. Bir dəfə
Mustafa bəy bazara çıxanda görür ki,
qışın soyuğunda baqqal bazarda paltosuz gəzir.
Baqqalı belə görəndə başlayır onu söyməyə:
- Filankəsin oğlu filankəs, niyə bu soyuqda evdən
çölə çılpaq çıxırsan? Ayıb
deyil, utanmırsan?
Bir sözlə, Mustafa bəy dişinin dibindən
çıxanı baqqala deyir. Yanındakılar Mustafa bəydən
soruşurlar ki, ay bəy, axı sənin nə dərdinə
qalıb ki, o adam palto geyib, ya çılpaqdır? Bəy
deyir:
- Rəhmətliyin uşaqları, siz nə bilirsiniz nə
var, nə yox! Bu adam mənə pul borcludur, Bəlkə, elə
ona soyuq dəydi, o da sətəlcəm olub öldü! Onda mən
pulumu kimdən alacağam?!
QIR
Bir kəndli qır axtarırmış. Lotular onu
göndərirlər Mustafa bəyin yanına. O da gəlib,
Mustafa bəyə deyir:
- Mənə qır ver!
Mustafa bəy də mətləbi dərhal anlayıb,
kəndliyə cavab verir:
- Qır var, amma pulunu bəri başdan verməlisən!
Kəndlidən pul alandan sonra Mustafa bəy
başlayır ona naz eləməyə. O da mat-mat buna
tamaşa edəndən sonra deyir:
- Mənə qır lazımdır ey, mütrüb
oyunu yox!
Mustafa bəy də onu
başa salıb deyir:
- Sən dedin qır ver! Mənim də qır verməyim
belə olur.
Molla Vəli Axundov:
"MOLLA VƏLİ, BEZ QULAMA!"
Məshur muğam ustası və din xadimi Molla Vəli
Axundov Qarabağda xeyir-şər məclislərinin
yaraşığı idi, həm də el arasında duzlu, məzəli,
yumorlu bir şəxs kimi tanınırdı. Bütün
mollalar kimi, o da istahadan möhkəm idi. Molla Vəlinin belə
bir şakəri vardı. Xeyir-şər məclislərinə
azyaşlı oğlu Qulamı da həmişə özü
ilə aparardı. Yemək yeyiləndən sonra xidmətçiyə
"Qulama bir boşqab aş, ya da bir stəkan çay
ver!" - deyərdi. Qulam uşaq olduğu üçün
atasının sifarişi dərhal yerinə yetirilərdi. Məclis
boyu bu, bir neçə dəfə təkrar olunardı. Molla Vəli isə oğlunun
hesabına "bəsdir!" deyincə yeyər və məclis
sahibinə kifayət qədər ziyan vurardı. Ona görə
də çoxlarının onun bu hərəkətindən
xoşu gəlmirdi. Molla Vəlinin qarınqululuğu haqqında
söz-söhbət hər yerə yayılmışdı.
Bir gün Yevlaxda yaşayan və Molla Vəlini beş
barmağı kimi tanıyan köhnə qalalılardan birinin
atası rəhmətə gedir. Mərhumun vəsiyyətinə
görə onun oğlu yas məclisini aparmaq üçün
Şuşaya teleqram vurub, Molla Vəlini Yevlaxa dəvət
edir. Mərasim sahibi bilir ki, o, oğlu Qulamı da mütləq
özü ilə gətirəcək. Ona görə də
rusca yazılmış teleqramın sonuna bu sözləri də
əlavə edir: "Molla Vəli, tolko bez Qulama!". Həmin
vaxtdan da bu sözlər dildən-dilə,
ağızdan-ağıza keçərək zərb-məsələ
çevrilmişdir.
Abbasqulu ağa Cavanşir:
SƏNİNLƏ ALVERİMİZ TUTMAZ
Abbasqulu ağanın hərdən pulu qurtaranda evlərindən
qiymətli əşyaları götürüb
satarmış. Bir gün atası Nəcəfqulu ağa belə
qərara gəlir ki, oğlunu bu əməldən çəkindirmək
üçün onunla açıq söhbət eləsin. Ailə
oturub, nahar edən zaman atası mehribancasına oğluna deyir:
- Bala, sən evimizin əşyalarını aparıb,
ona-buna dəyər-dəyməzinə verincə, elə gətir
özümə sat də!
Abbasqulu ağa gülümsünüb atasına deyir:
- Ata, səninlə alverimiz tutmaz!
- Axı niyə tutmur ki? Sövdələşərik,
tutar!
Oğlu isə fürsətdən istifadə edərək
tezcə atasından soruşur:
- Onda de görüm, bu altımızdakı palaza
neçə verərsən?
- Axı indi bu palazın üstündə oturub,
çörək yeyirik, - deyə Nəcəfqulu ağa
oğlunun təklifinə etirazını bildirəndə
Abbasqulu ağa dərhal əvvəlki fikrinə haqq
qazandırır:
- Ona görə deyirəm də, ata, səninlə mənim
alverim tutmaz!
YUXU
Nikita Sergeyeviç Xruşovun dövründə bir
gün Abbasqulu ağa yuxuda görür ki, çar II Nikolay
ona deyir:
- Abbasqulu ağa, səndən başqa bir bəy
qalmayıb. Gəl mənimlə bir buraları gəzək,
görək nə var, nə yox?!
Abbasqulu ağa fikirləşir ki, çarı teatra
aparmaq daha yaxşı olar. Birlikdə teatra gedirlər. II
Nikolay tamaşaçıların kimlər olduğunu
soruşur. Abbasqulu ağa deyir:
- Əlahəzrət, bax, o lojada oturanlar hökumət
adamlarıdır, ortadakılar vəzifəlilərdir,
arxadakılar isə varlılardır.
Çar ayaq üstə duranları göstərib
soruşur:
- Bəs onlar kimlərdir?
- Hə, onlar da qabaqcıl adamlardandırlar, - deyə
Abbasqulu ağa cavab verdi.
Çar II Nikolay bir "ah" çəkib, təəssüflə
üzünü Abbasqulu ağaya tutur:
- Ay Abbasqulu ağa, elə mən də onları bu
cür yerləşdirirdim də, bəs məni nə
üçün devirdilər, hə?!
DUZ
1941-1945-ci il müharibəsinin şiddətli
vaxtlarında Abbasqulu ağa Yevlax dəmiryol
stansiyasındakı restoranda işləyirdi. Bir gün
stansiyadan cəbhəyə növbəti
çağırışçılar yola
salınırdılar. Abbasqulu ağa təsadüfən bir
tanışının oğlu ilə
qarşılaşır. Biləndə ki, o da müharibəyə
gedir, oğlana ürək-dirək verir, məsləhət
görür ki, özündən muğayat olsun, ehtiyatı əldən
verməsin, havayı güllədən qorunsun. Oğlan isə
onun sözlərinə o qədər də əhəmiyyət
verməyib, lovğalanır:
- Ağa, məndən arxayın ola bilərsən.
Allah qoysa, biz qələbə çalacağıq. O
Hitlerdir-nədir, onun başını da özüm gətirəcəyəm.
Abbasqulu ağa özündən müstəbeh olan
oğlanın sözünü eşitcək boş kibrit qabına
bir az duz töküb, ona verərək deyir:
- Oğlum, başına dönüm, bilirəm ki, sən igid oğlansan, dediyini də
sözsüz eləyirsən. Amma Hitlerin başını gətirəndə
bu duzu onun üstünə tökərsən ki, bu isti havada
iylənməsin.
Əbdürrəhim bəy Haqverdiyev:
SƏNİ ƏKƏNİN...
Əbdürrəhim bəy Haqverdiyev Peterburqda oxuyarkən
hər il yay tətilində Şuşaya gəlirdi. O,
uşaqlıq və gənclik dostları ilə tez-tez
dağlara, meşələrə, çay kənarına,
bulaq başına çıxır, gününü mənalı
və əyləncəli keçirirdi. Bir gün adətləri
üzrə, dostlar sözləsdilər ki, sabah səhər
tezdən "Bazar başı meydanı"na toplaşıb,
ordan Səkili bulağa getsinlər. Bu vaxt onların heç
birinin xoşu gəlmədiyi basqa bir "dost"ları da gəlib-çıxır.
Bu gənc uçana-qaçana macal verməyən, cəfəng
söhbətləri və mənasız davranışı ilə
adamın lap zəhləsini tökən bir oğlan idi. Dostlar
istəmirdilər ki, bu hərif də onlarla getsin.
Əbdürrəhimgil bir-birlərinə him-cim edərək
ayrıldılar və bir saatdan sonra başqa bir yerə
yığışıb, bulaq başına getdilər.
Axşam üstü gəzməkdən qayıdanda "dost"ları
"Bazar başı meydanı"nda onların rastına
çıxdı və hamıdan qabaq dilləndi:
- Məni əkib, özünüz kefə getdiniz, hə!
- deyə incikliklə onları süzdü.
Əbdürrəhim bəy də heç kefini pozmadan
hamıdan qabaq onun cavabını verdi:
- Nə danışırsan, əəə?! Səni əkənin
lap atasına lənət!
Məşədi Bəylər:
XURCUN
Atası Məşədi Bəylərə bir balaca
torbada buğda verib deyir:
- Bala, apar bu torbanı dəyirmanda üyüt.
Məşədi Bəylər də torbanı xurcunun
bir gözünə qoyanda görür ki, xurcun
sürüşüb, ulağın üstündən
düşür. Onda məcbur olub, xurcunun boş gözünə
daş yığır ki, ağırlıq iki tərəfə
də eyni dərəcədə düşsün. Təsadüfən
gəlib-keçən bir adam bunu görəndə Məşədi
Bəyləri başa salır:
- Cavan oğlan, bu heyvanı niyə incidirsən?
Daşı çıxart at, buğdanın
yarısını xurcunun bir tərəfinə,
yarısını da o biri tərəfinə yığ, qoy
yüngül olsun.
QEYRƏT
Həmişə qeyrətdən, kişilikdən
danışan Məşədi Bəylər bir köhnə
papaqda şəhərə çıxır. Onu çoxdan pərt
eləməyə fürsət axtaran bir rəqibi Məşədi
Bəyləri bazarda görüb deyir:
- Həmişə kişilikdən, qeyrətdən
danışırsan, kişi də belə papaq qoyar?
Hazırcavablıqla bütün şəhərdə
məşhur olan Məşədi Bəylər dərhal
söz tapıb deyir:
- Qeyrət papağın çölündə yox,
içindədir!
Üzeyir Hacıbəyov:
YAXŞI Kİ, YEYİB GƏLİB...
Üzeyir bəyin evi həmişə
qonaqlı-qaralı olardı. Qonağı da yedirib-içirməmiş
buraxmazdı.
Bir gün tələbəsi və yaxın dostu Səid
Rüstəmov hansısa işdən ötrü Üzeyir bəygilə
gəlir. Üzeyir bəy adəti üzrə, onu çox
mehribanlıqla qarşılayır və deyir:
- Səid, elə vaxtında gəlmisən, Məleykə
xanım əla plov bişirib, bir dadına baxarsan.
Səid Rüstəmov utancaqlıq eləyib:
- Üzeyir bəy, evdə möhkəm yeyib-gəlmişəm!
- deyir.
- Nə yemisən? - Üzeyir bəy ondan soruşur.
- Kələm dolması, özü də on dənə,
hərəsi də bir əl boyda...
- Yaxşı, indi baxarıq! - deyə Üzeyir bəy
onu süfrə arxasında əyləşdirir.
Məleykə xanım Üzeyir bəyin bu cavan dostunun
istahasına bələd olduğu üçün onun
boşqabını təpələmə doldurur. Səid bir
göz qırpımında boşqabdakı plovun
axırına çıxır və sonra keçir stolun
üs-tünə qoyulmuş meyvələrə. Süfrə
yığışdırılıb, çay gətirilən
zaman Üzeyir bəy zarafatla Məleykə xanıma deyir:
- Məleykə, yaxşı ki, Səid hələ evlərində
yeyib-gəlib!
MÜSLÜM MƏNDƏN
NƏ İSTƏYİR?
Üzeyir Hacıbəyovla Müslüm Maqomayev həm
dost idilər, həm bacanaq, həm də həmkar. Bir dəfə
bir məclisdə bu qohumluqdan, dostluqdan, həmkarlıqdan
söhbət düşəndə Üzeyir bəy Motsartla
Salyerinin münasibətini yada salaraq zarafatla deyir:
- Başa düşə bilmirəm ki, bu Müslüm
məndən nə istəyir. Həyatım boyu o məni
addım-addım izləyib. Nə iş görmüşəmsə,
o da onu təkrarlayıb. Məsələn, mən 1885-ci il
sentyabrın 18-də anadan olmuşam, o da, seminariyaya oxumağa
getmişəm, o da, bəstəkar olmuşam, o da, opera
yazmışam, o da. Və nəhayət, Mən Terequlovlarla
qohum olmuşam, Müslüm də bu ailədən qız
alıb... Axı o məndən nə istəyir.
Xan Şuşinski:
YANLIŞ MƏLUMAT
Bir dəfə bir məclisdə Xan əminin
qulağı çalır ki, Əli Vəliyev rəhmətə
gedib. Həmin gün o, məclisdən evə gələndə
təsadüfən Əli Vəliyevin oğlu Məsudla
rastlaşır. Ona dil-ağız eləyib,
başsağlığı verir:
- A bala, Allah atana rəhmət eləsin, axır qəminiz
olsun! Vallah, xəbərim olmayıb, gərək
üzürlü hesab eləyəsən!
Məsud Xan əminin yanıldığını hiss
eləyib:
- Xan əmi, sizə yanlış məlumat veriblər,
atam rəhmətə getməyib, odur ha, orda bazarlıq eləyir,
- deyə əliylə bazarı göstərir.
Xan vəziyyətdən çıxmaq
üçün zarafata keçir:
- Ə, bilirəm, dədən bijin biridir, hara
ölür!
Vasif QULİYEV
525-ci qəzet .-2024.- 4 oktyabr (№181).- S.12-13.