Milli Kitabxanada Cəbrayıl Şəhəri
Günü münasibətilə sərgi açılıb
Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində
təqvimə düşən şanlı günlərdən
biri – xalqımızın şərəf və ləyaqət
salnaməsi olan Vətən müharibəsində ilk
böyük qalibiyyətin qazanıldığı
gündür. Bu tarixi gün münasibətilə Milli
Kitabxanada “4 Oktyabr - Cəbrayıl Şəhəri
Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi
kitab sərgisi istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə
rəsmi sənədlər, fotolar, Cəbrayıl şəhəri,
eləcə də aparılan bərpa-quruculuq işləri
haqqında, Vətən müharibəsi və böyük Zəfəri
əks etdirən Milli Kitabxananın fondunda mühafizə
olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan,
rus, ingilis dillərində nümayiş olunur.
Ənənəvi kitab sərgisində Cəbrayıl
şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət
daşıyan qədim maddi-mədəniyyət abidələri
haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən,
tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi
bütövlüyü yolunda canlarından keçən əsgər
və zabitlərin, şəhidlərin döyüş
yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər
dillərdə nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.
525-ci qəzet .-2024.- 5 oktyabr (№182).- S.11.