MƏN TARİXİN YADDAŞINA
KÖÇMÜŞƏM
Zirvəsində bulud yatan dağların,
Sinəsindən doya-doya içmişəm
Kədərindən sevinc doğan
çağların,
İlmə-ilmə ürəyinə
köçmüşəm.
El-obanın halıyam dərd-sərindən,
Gün oyandı dan söküldü yerindən,
Bu müqəddəs vətən zəmilərindən,
Şair könlüm söz tarlasın biçmişəm.
Yenə gəldik təbiətlə üz-üzə,
Bu dağlarla, dərələrlə göz-gözə,
Mən şairi görmüsüzsə xoş sizə,
Mən tarixin yaddaşına köçmüşəm.
Nicat HUNALP
525-ci qəzet .- 2024.-
10 oktyabr(№185).-S.15.