Cəsur baş leytenant
Bayram İlqar oğlu Babaşov 1993-cü ildə Cəlilabad
rayonu, Günəşli kəndində dünyaya göz
açmışdı. Vətən torpaqlarının
düşmən əsarətində olması Bayramı hələ
yeniyetmə yaşlarından rahat buraxmırdı. Odur ki, qəlbindəki
Vətən sevgisi onu özünü hərb sənətinə
bağlamağa vadar etdi və 2012-ci ildə Heydər
Əliyev adına Azərbaycan Ali Həbi Məktəbinə
daxil oldu.
Təhsil illərində Vətən, torpaq sevgisi
Bayrama hərbin sirlərinə
daha mükəmməl yiyələnməsi
üçün mənəvi
stimul verdi. Məktəbi yüksək səviyyədə
bitirib, elə həmin ildən
də 3-cü ordu korpusunun xüsusi təyinatlı snayper
bölümündə tağım komandiri kimi xidmətə
başladı. Bayram Babaşov biliyi, peşəkarlığı
və hərbçilərə xas xarakteri ilk gündən
diqqət çəkirdi.
Komandirlərin tapşırıqlarını dəqiq,
qüsursuz və vaxtında yerinə yetirdi,
qatıldığı xüsusi əməliyyatlarda fərqləndi.
Qardaş Türkiyədə hərbi təlimlərdə
iştirak edərək ağır sınaqlardan
üzüağ çıxdı. Bütün bunlarla bərabər,
Xüsusi hava desantı paraşüt kurslarını bitirən
Bayram 2019-cu ildə baş leytenant rütbəsini aldı və
3-cü ordu korpusunun əlahiddə əməliyyat taborunun
birinci əməliyyat bölüyünün komandiri vəzifəsinə
təyin olundu. Peşəkar komandir, cəsur
döyüşçü kimi tabeliyində olan şəxsi
heyətə daim diqqət və qayğı ilə
yanaşdı, onların döyüş bacarıqlarına
xüsusi önəm verdi.
44 günlük haqq savaşımız başlananda
baş leytenant Bayram Babaşov "Qələbə bizimlədir,
çünki öz ata-baba torpağımız uğrunda
vuruşuruq" - deyib odun-alovun içinə atıldı. Azərbaycan
Ordusunun müdafiə zolağının ən çətin
istiqamətindən - Murovdağ yüksəkliyindən
döyüşə başladı. Düşmənin
neçə-neçə texnikasını, canlı qüvvəsini
məhv etməklə Ömər
aşırımı istiqamətində yerləşən
düşmən mövqelərinin ələ keçirilməsində
böyük şücaət göstərdi.
Vətən sevdalı zabitimiz oktyabrın 2-də Kəlbəcər
uğrunda düşmənlə qeyri-bərabər
döyüşə girərək
şəhadətə ucaldı. Döyüş
yoldaşları ilə birlikdə ələ
keçirilmiş mövqelərdən sona qədər geri
çəkilmədi. Baş leytenant şəhid olan əsgərlərinin,
yaralıların yağı əlinə keçməməsi
üçün üç saat təkbaşına
döyüşdü, 30-dan çox düşməni məhv
etdi.
Şəhid baş leytenant Bayram Babaşovun iki
qardaşı da İkinci Qarabağ müharibəsi
başlayan gündən ön cəbhəyə yollanıb, hər
ikisi qazi olub.
Cəlilabad camaatı ölümsüzlüyə
qovuşan igid oğlunu həmişə ehtiramla
xatırlayır. Doğma kəndində onun adına inşa
olunan bulaq hər kəs üçün müqəddəs
yer sayılır.
Şəhid zabitimiz Azərbaycan Prezidentinin müvafiq
sərəncamları ilə ölümündən sonra
"Vətən uğrunda", "Cəsur
döyüşçü" və "Kəlbəcərin
azad olunmasına görə" medalları ilə təltif
edilib.
Allah rəhmət eləsin!
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2024.- 10 oktyabr(№185).-S.14.