Milli Kitabxanada “Adil Cəmil -70” adlı
kitab sərgisi açılıb
Şair, tərcüməçi və ədəbiyyat
tədqiqatçısı, Azərbaycan Yazıçılar
Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı,
Əməkdar jurnalist Adil Cəmil1954-cü il oktyabrın 8-də
Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində
anadan olub.
O, müxtəlif vaxtlarda qəzet və jurnallarda
redaktor işləyib. Poeziya yaradıcılığına isə
1970-ci ildə “Bahar” şeiri ilə gəlib.
Adil Cəmil ötən əsrin 70-ci illərində ədəbiyyatımıza
gələn və poeziya aləmində deməyə öz
sözü, özünəməxsus deyim tərzi, bəhs
etdiyi hər bir mövzuya spesifik yanaşma mövqeyi olan
şairlərimizdəndir. “El üçün ağlayan
gözüm”, “Vaqifdən başlanan yol”, “Ürəyimdə
bir haray var”, “Anama layla”, “Manas eposu və türk
dastançılıq ənənəsi” və s. adlı
kitabların müəllifidir.
Adil Cəmil eyni zamanda tərçümə ilə də
məşğul olub. O, qədim, möhtəşəm
türk abidəsi olan "Manas"ın tərcüməsi,
tədqiqi səhəsində böyük uğurlar əldə
edib.Adil Cəmil "Manas" eposunu dərindən
araşdıran və onu Azərbaycan auditoriyasına
çatdıran ilk azərbaycanlı manasşünas alimdir.
Həmçinin, iyirmiyə yaxın bədii filmi - “Məhəbbətin
son mahnısı” (Türkiyə), “Samrat” (Hindistan), “13-cü nəvə”
(Qırğızıstan), “Qayıtmağı unut” (Moldova) və
s. doğma dilimizə tərcümə edib.
30 dekabr 2015-ci idə Azərbaycanın əməkdar
jurnalisti fəxri adına layiq görülüb.
Şair, tərcüməçi, ədəbiyyat tədqiqatçısı,
əməkdar jurnalist Adil Cəmilin
yubileyi ilə əlaqədar Milli Kitabxanada “Adil Cəmil
-70” adlı kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri,
dünya ədəbiyyatından tərcümələri, tərtibçi, ön söz,
redaktə etdiyi kitablar, həyat və
yaradıcılığı haqqında yazılmış Azərbaycan
və xarici dillərdə ədəbiyyatlar nümayiş
olunur.
Ənənəvi sərgi 1 həftə davam edəcək.
525-ci qəzet .- 2024.- 10 oktyabr(¹185).-S.9.