Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli 1949-cu il oktyabrın 16-da Şәrur rayonunun Danzik kәndindә müәllim ailәsindә anadan olub. Hәlә orta mәktәbdә oxuduğu illәrdә “Pambıqçı uşaqlar” adlı ilk mәqalәsi “Azәrbaycan pioneri” qәzetindә (1964), daha sonra isә mәqalә vә şeirlәri “Azәrbaycan gәnclәri”, “Şәrq qapısı”, “İşıqlı yol” qәzetlәrindә çap olunub.

Azәrbaycan Dövlәt Pedaqoji İnstitutunun Naxçıvan filialının Azәrbaycan dili vә әdәbiyyatı fakültәsini fәrqlәnmә diplomu ilә bitirib. Nizami adına Әdәbiyyat İnstitutunun İxtisaslaşmış Elmi Şurasında “XX әsrin әvvәllәri Azәrbaycan romantik lirikası” mövzusunda namizәdlik dissertasiyasını və  “Cәlil Mәmmәdquluzadә: mühiti vә müasirlәri” adlı doktorluq dissertasiyasını müdafiә edib.

Akademik İsa Әkbәroğlu Hәbibbәyli Azәrbaycan әdәbiyyatşünaslığının vә ictimai fikrin inkişafında xüsusi xidmətləri olan, özünün orijinal axtarışları ilә elmimizә sanballı töhfәlәr vermiş görkәmli alimlәrimizdәndir. O, Azәrbaycan әdәbiyyatşünaslığında, elmi-әdәbi mühitindә görkәmli Cәlil Mәmmәdquluzadәşünas alim kimi qәbul olunur.Böyük demokrat Cәlil Mәmmәdquluzadәnin zәngin hәyatı vә çoxcәhәtli fәaliyyәti ilә bağlı onun “Cәlil Mәmmәdquluzadә” (1987), “Zamanın dühası” (1993), “Seçkin Azәrbaycan yazarı Cәlil Mәmmәdquluzadә” (1994), “Cәlil Mәmmәdquluzadә: mühiti vә müasirlәri” (1996) adlı monoqrafik tәdqiqatı vә başqa әsәrlәri elmi ictimaiyyәt tәrәfindәn rәğbәtlә qarşılanıb.

Ümumiyyətlə, İsa Hәbibbәyli klassik әdәbiyyatşünaslıq әnәnәsi zәminindә formalaşan, әdәbiyyatın bütün dövrlәri vә görkәmli nümayәndәlәri haqqında professional sәviyyәdә dәrin elmi söz deyә bilәn, universal dünya görüşә malik olan görkәmli tәdqiqatçı alimdir. Alimin Nizami Gәncәvi, İmadәddin Nәsimi, Mәhәmmәd Füzuli, Mirzә Fәtәli Axundzadә, Hüseyn Cavid, Әli bәy Hüseynzadә, Mәhәmmәdhüseyn Şәhriyar, Sәmәd Vurğun, Mirzә İbrahimov, Mir Cәlal, Rәsul Rza, Bәxtiyar Vahabzadә vә başqalarının hәyat vә yaradıcılığına hәsr edilmiş tәdqiqatları Azәrbaycan әdәbiyyatşünaslığının qiymәtli elmi örnәklәridir.

Azәrbaycan altmışıncılarının – Xalq yazıçıları Anar, Elçin vә Yusif Sәmәdoğlunun, Xalq şairlәri Fikrәt Qoca vә Vaqif Sәmәdoğlunun әdәbiyyata gәtirdiklәri uğurlu sәnәt taleyini, yeniliklәr vә novatorluğu, həmçinin müasir Azәrbaycan әdәbiyyatında özünәmәxsus mövqelәri olan Rüstәm Behrudi, Yunus Oğuz, Sәyyad Aran vә başqalarının yaradıcılıq nümunәlәri dә İsa Hәbibbәylinin tәdqiqatları sırasında mühüm yer tutur.

Akademik İsa Hәbibbәyli elm xadimi kimi beynәlxalq miqyasda da tanınır. O, müxtәlif illәrdә Türkiyәdә, Rusiyada, Çin Xalq Respublikasında, Fransada, Almaniyada, Bolqarıstanda, Polşada, Macarıstanda, Cәnubi Koreyada, İran İslam Respublikasında, Misir Әrәb Respublikasında, Qazaxıstanda, Türkmәnistanda, Özbәkistanda, Gürcüstanda, Qırğızıstanda ölkә elmini layiqincә tәmsil edib. Onun әsәrlәri Azәrbaycan dilindәn başqa, ingilis, türk, rus, fransız, әrәb, urdu, polyak, macar, gürcü, Litva dillәrindә dә çap olunub. Bir neçə xarici ölkələrin elmlər akademiyalarının üzvü seçilmişdir.

Akademik İsa Həbibbəylinin göstərdiyi geniş elmi, ictimai-siyasi fəaliyyət dövlətimiz və respublikamızın Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Şöhrət", "Şərəf" və"Birinci dərəcəli Vətənə xidmət" ordenləri ilə təltif olunub. Akademik İsa Həbibbəyli ölkəmizin ictimai həyatında fəal iştirak edən ictimaiyyətçi alim kimi tanınıb, Azərbaycan Respublikası Milli Məclisinin bir neçə çağırış deputatı və Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi elm və təhsil sahəsinin qanunvericilik bazasının hazırlanmasında xüsusi xidmətləri vardır.

Akademik İsa Həbibbəylinin doğum günü münasibətilə Milli Kitabxanada “Akademik İsa Həbibbəyli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları,tərcümələri, redaktə etdiyi, rəyçi və məsləhətçi olduğu, ön söz yazdığı kitablar, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə materiallar nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

 

525-ci qəzet .- 2024.- 17 oktyabr(¹190).-S.10.