Semipalatinsk poliqonunda sınaqlar
dayandırıldığı gün
Müharibələr, aclıq, repressiyalar və
nüvə sınaqları ilə qısaldılmış bir
əsrdə təkcə atom bombaları deyil, bütöv
xalqlar da sınaqdan keçirildi. O illərin
Qazaxıstanında çox sayda yazıçı və
dilçi, siyasət və mədəniyyət xadimləri məhv
edildi. Onların adları bu günə qədər millətin
yarımçıq qalmış bioqrafiyasının
itirilmiş imkanlarını simvolizə edir.
Hər şeyə rəğmən sağ qalmaq
Bu formula XX əsrdə qazax xalqının tarixinə
də tətbiq edilə bilər. Lakin heç nəyə
baxmayaraq, xalq arasında qazax mədəniyyətinin dünya
ilə bərabər səviyyədə danışmaq
hüququnu sınaqdan keçirən qəhrəmanlar meydana
çıxdı. Dünyanı onların sözlərini
eşitməyə və cavab verməyə məcbur edə
bildilər.
Oljas Süleymenovun yaradıcılığı sayəsində
1960-cı illərdən etibarən Qazaxıstanda ictimai
şüurun sağalması baş verdi. Və nəticədə
1980-ci illərin sonunda 40 illik nüvə sınaqlarından
sonra xalqın fiziki sağalması başladı.
Qazaxıstan üçün 1960-1970-1980-ci illər -
tarixi yaddaşın və ləyaqətin
qazanıldığı üç onillik oldu. Çokan
Valixanov, Abay, Şakarim, Muxtar Auezov, "Alaş"
ziyalıları ilə bağlı mədəni ənənə
və xatirələrlə qeyd olunmuş torpaqda sürgün
olmamaq tarixi hüququnun dərk edildiyi onilliklər...
Otuz il bir nəsli ölçür. Onun qəhrəmanları
demək olar ki, mümkün olmayanı etdilər, bu illər ərzində
tarixi ekstremal anında ayağa qalxan və yer üzündə
həyata ümumi təhlükəyə qarşı
çıxan bir xalq nəsli yetişdirdilər.
1989-cu ilin noyabrında "Nevada-Semipalatinsk" hərəkatının
nümayəndələri Qaraqanda
şaxtaçılarının tətilinin təşkilində
iştirak etdilər. Təşkilatçıların tələbləri
əsasən iqtisadi idi. Nevadalılar əsas bəndin -
nüvə yüklərinin sınaqlarının
dayandırılmasının siyahıya daxil olunmasında
israr etdilər. O il "Nevada"nın aksiyaları
planlaşdırılan 18 bombadan 11-nin sınağını
dayandırdı. Sonuncu, 7-ci partlayış 19 oktyabrda - tətil
hələ davam edərkən baş verdi.
Hərəkat və onun lideri belə bir tələblə
çıxış etdi: "Biz 19 oktyabr 1989-cu il
partlayışını sınaqlar tarixində sonuncu hesab
edirik. Əgər daha bir partlayış baş verərsə,
tətil SSRİ prezidentinin sınaqların tam başa
çatması barədə fərmanına qədər davam
edəcək. Bizim tətilimizə Qazaxıstan SSR-in
bütün iri müəssisələri qoşulacaq".
Onlar bu müraciəti təcili məktubla Moskvaya
göndərdilər. Və bu, təsir etdi. Yeddinci
partlayış sonuncu oldu və 40 il nüvə lənətindən
əziyyət çəkən Qazaxıstan torpağında
sülhün gəlişini qeyd etdi.
Semipalatinsk poliqonunda bir daha heç bir sınaq
keçirilmədi.
Bu tarixi - 19 oktyabrı çoxdan Qazaxıstanın əlamətdar
və xatirə günləri təqviminə daxil etmək
lazımdır. Qazax fəhlələrinin tarixə öz
anlayışlarını nümayiş etdirdikləri gün.
Dünyanın yaddaşı
Hərəkat təkcə Qazaxıstan xalqını
deyil, dünyanın demək olar ki, bütün antinüvə
hərəkatlarını birləşdirdi. Onun fəaliyyəti
nəticəsində 19 oktyabr 1989-cu ildə Semipalatinsk
poliqonunda sınaqlar dayandırıldı, sonra dünyanın
bütün beş poliqonu susdu, Qlobal Antinüvə Alyansı
yaradıldı, Alma-Atada "Dünyanın seçiciləri
nüvə silahına qarşı" konqresi keçirildi.
Beləliklə, Qazaxıstan xalqı öz 40 illik
ağrısını dünyanın ümumi
ağrısı kimi qəbul etdi.
Hərəkat dünyaya nüvə sonundan imtina etmək
- gələcəyə doğru öz marşrutunu davam etdirmək
şansı bəxş etdi. Təsadüfi deyil ki,
"Nevada"nın arxivləri "Dünya
yaddaşı" bəşəriyyətin sənədli
irsinin reyestrinə daxil edilib. Bu il hərəkatın 35
yaşı tamam olur.
Oljas Süleymenov "Belə olub..." kitabında
"Sülhü seçənlər nüvə silahına
qarşı" konqresinin keçirilməsini və ondan sonra
baş verənləri belə xatırlayır: "...Təmiz
niyyətlər, əməllər və ümid oksigeni ilə
dolu konqresin ümumi atmosferi. Biz bunu özümüzdə hiss
etmək imkanı qazandıq. Ola bilsin ki, kimsə bu anda sakitcə
özünə karyera qururdu, amma biz gizlənmədən yeni
dünyanın və onun ümidlərinin yaradılmasında
iştirak edirdik.
Seçicilər və parlamentarilərin ilham dolu
toplaşdığı dolu konqres zalını unutmaq olmaz!
Heç bir darıxdırıcı məruzə,
kağızdan oxunan heç bir nitq yox idi! Heç bir ittiham,
şikayət, lənət yox idi. Yeni reallıq barədə
peşəkarcasına və improvizə edərək
danışırdılar - Semipalatinsk poliqonu susur, Novaya Zemlya
poliqonu susur. Sovet İttifaqı sınaqları
dayandırır, bəlkə də artıq dayandırıb!
"Növbə bizimdir!"
"Əgər şairlərinin qüruruu qoruya bilsən,
Deyərəm ki, sən böyüksən, xalqım,
qəhrəmanım!"
(Oljas Süleymenov, 1962)
Sona yaxın ömrünün çoxunu ABŞ
nüvə silahına həsr etmiş keçmiş general
söz aldı. Təqaüdə çıxdıqdan sonra
antimüharibə hərəkatına qoşulub və fəal
fəaliyyəti ilə nüfuz qazanıb. O,
çıxışını bitirərkən
xatırlatdı ki, Nobel Sülh mükafatına namizədlərin
irəli sürülməsi müddəti başa
çatır: təqdimat artıq oktyabrdadır. Gecikə bilərik,
amma bu mükafata layiq ən vacib hadisə, əlbəttə
ki, nüvə silahı sınaqlarının
dayandırılmasıdır. Bu mükafata "Konfransın
"Nevada-Semipalatinsk" hərəkatının rəhbəri
Oljas Süleymenovun namizədliyinin irəli sürməsini təklif
edirəm!"
Zal generalın təklifini bir dəqiqə dəstəklədi.
Mən tribunaya çıxdım. Yekun
sözümün əsas tezislərini xatırlayıram:
"Biz əmin olduq ki, xalq diplomatiyasını
parlament diplomatiyası ilə birləşdirsək, çox
şeyə nail ola bilərik. Dünyanın bütün
antinüvə, antimüharibə təşkilatlarını
Qlobal Alyansda birləşdirsək, daha çox şeyə
nail ola bilərik. Təsis konfransı Nyu-Yorkda, BMT-nin Baş Qərargahının
zalında keçirilməlidir. Belə bir simvolika Alyansa əlavə
enerji verəcək.
Gələcək Alyansın hər bir
iştirakçısı ümumi fəaliyyətimizin
strategiyasını bilməlidir. Biz hakimiyyət və
hökumətlərlə mübarizə aparmırıq. Biz
seçicilərin seçilənə təsirli olduğu
ölkələrdə işləyəcəyik. Seçici
deputatlığa, konqresə, senata, Atom klubu ölkələrinin
bütün parlamentlərinə namizəddən öz
proqramlarına vahid tapşırıq daxil etməyi - kütləvi
qırğın silahına, ilk növbədə nüvə
silahına qarşı çıxmağı tələb etməlidir.
Belə bir tapşırığı prezident və ya baş
nazir vəzifəsinə hər bir namizəd öz
seçicilərindən almalıdır.
Nobel mükafatına gəlincə, - mən
başımın üstündə açıq əlimi
qaldırdım. Bu, bizim Hərəkatın jesti - Yerin beş
poliqonuna qarşı etirazdır. Hələlik yalnız ikisi
susub. İşimiz davam edir: biz qalanları da - Nevada
ştatında, Mururoa atollunda, Lobnor səhrasında
dayandırmalıyıq. Gəlin bütün poliqonları
dayandıraq. Və bu baş verəndə biz
özümüz Nobel komitəsinə gələcəyik və
öz mükafatımızı tələb edəcəyik!"
Zal bunu generaldan daha çox alqışladı.
ABŞ-yə qayıtdıqdan sonra general,
görünür, öz təşkilatının bu ilin
mükafatını əldən verməyəcəyinə
inandırdı. O, vətənə qayıtdıqdan dərhal
sonra namizədliyin irəli sürülməsi baş tutdu.
Sınaqların azaldılması ilə nəticələnən
nüvə əleyhinə aktiv fəaliyyətinə görə
Generalın namizədliyini irəli sürdülər.
"İtkin düşmüş" mükafatlar
Amerikalı tərəfdaşlar, yəqin ki, baş
verənlərdən narahatlıq keçirdilər. Bir
neçə ay sonra mənə Qazaxıstan SSR Nazirlər Sovetinin
sədri Uzakpay Karamanov zəng etdi və sevinclə dedi:
"Oljas! Müjdə! Sənin adına dəftərxanaya
hansısa ABŞ fondundan 628 min dollar məbləğində
pul köçürməsi gəlib!"
(Sonradan başa düşdüm ki, bu,
amerikalıların mənim Nobel mükafatından imtina etməyimə
cavabı idi. Bir növ kompensasiya. Yəqin ki, əvvəlcə
yuvarlaq olan məbləğin bir hissəsi, Nobeldəki kimi,
vergilərə gedib).
- Yaxşı xəbərdir! Yarım litr araq məndən.
Mükafatı almağa nə vaxt gəlim?
- Bu gün prezidentə məruzə edəcəyəm,
lazımi qaydada rəsmiləşdirəcəyik və sizi dəvət
edəcəyik.
O, prezidentə məruzə etdi. Və işdən
çıxarıldı.
Pulu mənimsədilər. Görünür, dollara
çox ehtiyacları var idi. Amerikalılar çaşqın
qaldılar, çünki heç bir cavab və təşəkkür
almadılar.
İlk Fəxri Legion Ordeni
Oxşar hadisə sonradan Fransa mükafatı ilə də
baş verdi. Fransanın Qazaxıstandakı ilk səfiri Bertran
Fessar de Fuko 1992-ci ilin payızında mənə xəbər
verdi ki, prezident Mitteran Pekinə gedərkən bir neçə
saatlığa Alma-Atada dayanmaq qərarına gəlib. Və mənə
nüvə əleyhinə fəaliyyətimə görə
mükafat - Fəxri Legion Ordeni təqdim etmək istəyir.
"Təqdimat səhər saat 11-də olacaq. Amma səfirlikdə
yox. Sizi dəvət edəcəklər. Saat 12-də cənab
Prezident hava limanına yola düşəcək".
Mitteran təyin olunmuş vaxtda gəldi. Mən oturub zəngi
gözləyirəm. Sakitlikdir.
Məlum oldu ki, Nazarbayev onu qarşılayıb və
"Süleymenovun indi səfərdə olduğunu"
bildirib. Mitteran ordeni qoyub gedib ki, mən qayıdanda versinlər.
Və Pekinə uçub.
Tezliklə səfirlə görüşdüm və
soruşuram: "Bəs orden hanı?"
Fuko çiyinlərini çəkdi. O, burada nə
baş verdiyini başa düşdü.
Bir müddət sonra Qazaxıstan rəhbərliyi
XİN vasitəsilə səfirin Fransaya geri
çağırılmasında təkid etdi..."
Oljas Süleymanov: "Belə olub..."
30 il sonra (bu müddətdə artıq yeni nəsil
böyüyüb) ədalət bərpa olundu. 2022-ci ildə
Fransa Respublikasının yeni prezidenti Oljas Omaroviçin zabit
dərəcəsində Fəxri Legion Ordeni ilə təltif
edilməsi barədə sərəncam imzaladı.
Əlbəttə, Oljas Süleymenov bunları orden və
ya fəxri adlar almaq üçün etməyib. Bütün
bunlar yalnız qəhrəmana xas olanlardır: "Xidmətlərə
görə" ordeni (İnquşetiya), "Yaroslav
Mudrı" ordeni V dərəcə (Ukrayna), "Şöhrət"
ordeni (Azərbaycan), İncəsənət və ədəbiyyat
ordeni (Fransa), "Dostluq" ordeni (Azərbaycan),
Qazaxıstanın Əmək Qəhrəmanı adı,
Günəş şüası ordeni (Yaponiya), "Şərəf"
ordeni (Azərbaycan).
Əsrdə bir dəfə dövr elə bir insan
seçir ki, o, əsrlərə ünvanlanan sözləri
açaraq nəsillərin mənası və bəraəti
olan hərəkətlər edir. Amma biz daxilərdən
hansına onların tarixi roluna uyğun
yanaşmışıq?
Ölkə dünyanın tanıdığı və
eşitdiyi qəhrəmanları ilə fəxr etməlidir. Hər
birinə görə bütöv bir xalq haqqında mühakimə
yürüdürlər.
Master ol və xalqın hörmət qazansın. Budur
Oljas Süleymenovun hamıya açıq olan vətənpərvərlik
düsturu.
"Bakinski raboçi" qəzeti 20 yanvar 2024-cü
il tarixli "Dünya vətəndaşı" məqaləsində
Azərbaycan Prezidenti İlham Əliyevin qazax şairinə
ünvanladığı sözləri dərc edib:
"Ölkəmiz üçün ən çətin
vaxtlarda siz Azərbaycan xalqının yanında oldunuz... Biz
bunu unutmuruq və yüksək qiymətləndiririk. Azərbaycan
xalqı sizi, yaradıcılığınızı sevir.
Sizin vətəndaş mövqeyiniz böyük hörmətə
layiqdir".
İqor KRUPKO
Fəlsəfə doktoru, UNESCO himayəsi altında mədəniyyətlərin
yaxınlaşması üzrə Beynəlxalq mərkəzin
direktor müavini
Tərcümə edən: Xanım Aydın
525-ci qəzet .- 2024.-23 oktyabr(№194).-S.10.