Onu
gülüşündən tanıyardın
2000-ci il aprelin 25-də Xırdalan şəhərində
dünyaya göz açıb. Müharibə başlayanda 20 yaşı vardı...
20 yaş... Sən hələ həyat
anlamağa
başlayırsan. Arzuların
xəyallara qarışdığından xəbərin yoxdu. Hələ nənən səni əzizləyir, ata-ana
“uşağım” deyir. 20 yaş... Sən hələ ömrün ən gözəl
çağında
olduğunu bilmirsən. 20
yaş... Və sən
torpaqlarının düşmən əlində olduğunu
bilirsən. Bu səni rahat
yatmağa qoymur. Sənin üçün xoşbəxtlik ərazi
bütövlüyün, torpaqlarının azadlığıdır. Səxavət Rizvan oğlu Abbasov belə düşünürdü. “Hərbi xidmətini çəkib gəlmisən, tək
övladımsan, getmə, səni
aparmayacaqlar” deyən
anasına “Gizlənim belə gündə? Sonra necə yaşayım? Gedəcəyəm”
demişdi inadla.
Səxavət fərqliydi.
2007-2018-ci illərdə təhsilaldığı, məzunu
olduğu Xırdalan şəhər 1 saylı tam orta məktəbin
müəllimləri də, sinif yoldaşları da belə
deyir: Şagird olandan fərqliydi, elə bil yaşı
çoxdu. Yetkin insan kimiydi. Şən, zarafatcı lolsada, hərəkətlərini,
sözünü
ölçüb–biçərdi, yersiz bir
söz deməz, bir hərəkət etməzdi.
Tarix müəllimi Nübar Məhərrəmova:
Universiteti təzə bitirmişdim məktəbə işləməyə
gələndə. Səxavətin
indiki
yaşındaydım. Onda Səxavət 5-ci sinifdə oxuyurdu. Sonralar onun
sinifrəhbəri oldum.
Tarixi çox oxumasa
da ona aşağı qiymət
verə bilmirdim. O qədər mədəni, təmkinli,
intizamlı idi. Hamıya qarşı beləydi. Birdəfədəkobudluqluğununşahidiolmadım.
Bütüntədbirlərdəiştirakedərdi. Əslində məzunun
haqda keçmiş zamand
danışmaq çətindi.
Ağlıma gəlməzdiki,
bir gün onun
yazdığı
tarixi keçəcəm.
Kədərlidi, amma zəfər tarixi
yazdılar.
Yaşadığı
küçə indi Səxavət Abbasovun adınadı.
Anası Maisə xanım
Xırdalandakı 2 saylı
uşaq baxçasında tərbiyəçi-müəllimdir:
Fərqli dünyası vardı
Səxavətin. O yaşda
uşaqlar xarici müsiqilərə qulaq
asır. Səxavət Rəşid
Behbudova, Şövkət Məmmədovaya,
Rübabə Muradovaya qulaq asırdı. Kursa getmişdi, özü də
həvəsli idi,
gitarada çalırdı. Mənim bütün dünyam
idi Səxavət.
Müddətli hərbi
xidmətini Tovuzda keçib. İkinci Qarabağ savaşı
başlayanda artıq xidmətini başa vurmuşdu Səxavət.
Kimsəni dinləmədən
könüllü
qatılıb savaşa.
Apşeron rayon HK-nın həyətindən evə
gəlməyib.
– Yeganə
övladımdı. Getməyə bilərdi. Anayam “Təkuşaqsan,
sənsiz neyləyərəm?”
sözümədə “ana, niyə
narahat olursan? Müharibədi,
haqq savaşıdı,
bütün uşaqlar gedir. Oğlunda döyüşəcək.
Bundan qürur duymalısan”. 27-də onu aparmadılar. İlk şəhid gələndə özünə yer
tapmadı. Hərbi
komissarlığın həyətindən çıxmırdı, təkcə hərbi
biletini götürmək üçün gəldi
evə, otağa belə keçmədi.” – dedi ana. Səxavətin məktəb yoldaşlarının çoxu
könüllü yazılmışdı cəbhəyə.
Sentyabrın 29-da savaşa gedənlərin arasında
idi. Yola düşəndə
üzündəki sevinclə
qalıb dost-tanışın yaddaşında.
Döyüşlərdə də fərqlənib Səxavət.
Düşmənin onlarla
canlı qüvvəsini,
texnikasını məhv edib. Təkcə mərdliklə döyüşməyib, neçə-neçə yaralını xilas
edib. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd uğrunda
döyüşüb Səxavət Abbasov. Sonuncu döyüşü Füzuli
rayonu ərazisindəki Ərgünəş dağı ətrafında olub. Bu
döyüşlərdə
dostu Rəşad Mehdiyev
yaralanır. Səxavət
ona kömək etməyə çalışarkən minamyot
qəlpəsindən ikisi
də şəhid olur.
Oktyabrın 20-də.
Yeganə övladını itirən ananı
düşünürəm. Təsəlli vermək, necə
yaşadığını soruşmaq istəyirəm. Amma necə
soruşum? Fikrimdən
keçənləri hiss
edir: – Çox çətindi. Necə
yaşayacığımı da bilmirdim heç. Qardaşım təcili
yardımda işləyir.
Bir gün bir qazidən, onun
ağrılarından danışdı. “Elə yaxınları da yoxdu, cavan ailədi,
bəlkə onlara baş çəkəsən?-dedi.
Onlara getdim.Tanış oldum. Sonra başqa qazilərlə
də əlaqə yaratdım. Arada
görüşürük. Novruz bayramında qara bayram eləmədim
oğluma. Oğlum bütün xalqa bayram yaşadıb. Niyə
qara olsun ki, bayramı? 8 xonça düzəltdim.
Gücüm çatan nə varsa aldım. Şirniyyat
bişirdim. Bayram günlərində qazilərimizin yanına
getdim. Artıq doğmalaşmışıq. Qazilərlə
görüşməkdən təskinlik tapır Maisə
xanım: Heç biri Səxavət olmasa da, hər biri Səxavətdi
elə bil.
İkinci savaşın 20 yaşlı
könüllüsü “Vətən
uğrunda”, “Xocavəndin azad olunmasına görə” ,
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunub.
Kəmalə Abiyeva
525-ci qəzet .- 2024.-24 oktyabr(¹195).-S.15.