Deyim
Sənə ey sevgili yar, eşqimi pünhanmı deyim?
Canım alırsan bu qədər, indi sənə
canmı deyim?
Gül, aləmə nur saç ki, isinsin həyatım,
Bir şirin təbəssümə özümü
qurbanmı deyim?
...Dün görsən də, məni əvvəlkitək
kənar qaçdın
Qəlbimin həsrətinə sel deyim, tufanmı deyim?
Sevgidə vəfalıdır, min əzabı çəkər
Abbas
Tək dözə bilmədiyim eşqdəki
"böhrandı", deyim?
Gecələr
Ulduzlar həmsöhbətim, sənsiz tərki-dünya
oldum
Yeganə həmdəmimlə dərdimi böldüm
gecələr.
Telini çox oxşadım hər gün xəyalımda,
gözəl
Səninçün ziyalardan çox çələng
hördüm gecələr.
Tənhalıq üzdü məni, qəmə qərq
oldum, gülüm
Süzülən göz yaşımı xəlvəti
sildim gecələr.
Bu qədər eşqi-xəzan, möhnəti versən
də mənə,
Xəyallar aləmimdə açılmış
güldün gecələr.
Gündüzlər kənar gəzdin, dözdüm,
axı neyləməli?
Yuxuma gəlmədin heç, vallahi öldüm gecələr.
Gəlir
Əli Əmirovu (Ələmi) oxuyarkən
Bir dön arxana bax, gör nə gözəllərdi gəlir
Görəni dərdə salan, "ürək üzənlərdi"
gəlir.
Bu nə gözəllik, baxanın ağlın alır
Hər tərəf güllü-bahar, göydə
süzənlərdi gəlir.
Boy-buxun, ay tək bəniz, tanrının xoş qismətidir,
Elə bil ki, sonalar, göldə üzənlərdi gəlir.
Hər gözəldə, ay Abbas, gəl gözəllik
arama
Səninki öz yarındı, bir də qəzəllərdi,
gəlir.
Abbas ƏLİYEV
525-ci qəzet .- 2024.- 25 oktyabr(№196).-S.15.