"Qeyri-səlis məntiq və dil-nitq” təqdim
olundu
“Akademik Kamal Abdulla və professor Rafiq Əliyevin elmdə
yeni bir cığır açaraq yazdıqları bu kitab
yüksək dəyər kəsb edir”
29
oktyabr tarixində Azərbaycan Milli Kitabxanasında Mədəniyyət
Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın və
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir
üzvü, professor Rafiq Əliyevin müəllifləri
olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının
təqdimat mərasimi keçirilib.
"Sim-Sim" nəşriyyatında işıq
üzü görən kitabın “Ön söz”ünün
müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem
Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi
redaktorları - professorlar Lətafət Qardaşova, Azad Məmmədov,
Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz
Rövşən, İsmayıl Məmmədov və professor
Hacan Hacıyevdir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim
Tahirov açaraq qonaqları salamlayıb. Dil və nitqlə
bağlı olan bu kitabın çox maraqlı mövzu
olduğunu qeyd edərək hər iki alimin bu istiqamətdə
tədqiqatlarının ilk olduğunu Lütfi Zadə
ideyalarının nəinki Azərbaycanda, eləcə də
bütün dünyada təbliğ edən insanlar olduğunu
bildirib.
Tədbirin moderatoru, AMEA-nın müxbir üzvü,
professor Qorxmaz İmanov təqdim olunan kitabın dünya əhəmiyyətli bir
kitab olduğunu qeyd edərək bildirib ki, süni intellekt və
dil münasibətləri fonunda süni intellektin tərkib hissəsi
kimi qeyri-səlis məntiq nəzəryəsi Azərbaycanda
ilk dəfə olaraq ədəbiyyat sahəsində tətbiq
olunur. Qeyri-səlis məntiqin dil-nitqin inkişafı boyu səlis
məntiqə nisbətən daha geniş və əsaslı
mövqe tutduğunu qeyd edib.
Kitabın müəlliflərindən biri olan
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev
çıxış edərək Milli Kitabxanaya belə bir tədbir
təşkil etdiyinə görə təşəkkür
edib. O, öz çıxışında qeyri səlis məntiq
nəzəryəsinin sosial elmlərə
tətbiqinin, “Qeyri-səlis məntiq və dil-nitq”
kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və
hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində
böyük rol oynayacağı qənaətində
olduğunu vurğulayıb. Qeyri-səlis məntiq nəzəriyyəsini
ilk dəfə olaraq texnika sahəsində
çalışanlar istifadə ediyini, qeyri səlsis məntiqin
sosial elmlərə təqbiqinin vacib amillərdən biri
olduğunu deyib.
Kitabın digər müəllifi Xalq
yazıçısı, akademik Kamal Abdulla hər kəsə eləcə də
bu təqdimata görə Milli Kitabxanaya təşəkkürünü
bildirib. Əsərin necə ərsəyə gəlməsindən
bəhs edərək kitabın Lütfi Zadənin arzusunu həyata keçirən daha bir addım
olduğunu bildirib. Kitabın bu sahədə ikinci tədqiqat əsəri
olduğunu, “Kitabi-Dədə Qorqud
və qeyri -səlis məntiq” adlanan birinci kitabın iki
il bundan əvvəl Azərbaycanda, Türkiyədə və
Almaniyada nəşr edildiyini, ingilis dilində isə “Springer”
nəşriyyatı tərəfindən nəşr edilməsinin
nəzərdə tutulduğunu söyləyib. Qeyri-səlis məntiqin dilə tətbiqinin onun digər
sosial elmlərə də nüfuz etməsinə bir
başlanğıc olduğunu vurğuluyaraq həm
dilçilik, həm də qeyri -səlis məntiq sahəsində üzə
çıxan yeni perspektivlərin bu tədqiqat nəticəsində
görüntülü və faydalı ola biləcəyini
vurğulayıb.
Kitabın elmi redaktoru, professor Lətəfaət
Qardaşova Lütfi Zadənin məşhur nəzəriyyəsindən
bəhrələnən Kamal Abdulla və Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəryəsinin
nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus
xüsusiyyətlərini qeyd edib. Kitabın elmi əhəmiyyəti
yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmadığını
eyni zamanda, geniş tədqiqat istiqamətlərinə yol
açaraq, dilçilik və məntiqi sintez edən yeni
üfüqlər formalaşdırdığını
vurğulayıb.
“Ön söz”ün müəllifi Rüştü
Burak Eke bu kitabdan yararlanmağa
başlamaq üçün, içindəki düzəni -
kitabın dediyi kimi - sinerjetik olaraq qavramaq üçün bir
səviyyə və səy tələb olunduğunu
bildirib. Azərbaycan və
Türk mədəniyyətinin söz vastəsilə irəllədiyini,
“Kitabi-Dədə Qorqud” dastanının bunun bariz nümunəsi
olduğunu söyləyib. Bu kitablar seriyasının əslində keçmişdən
gələcəyə doğru inkişaf etdiyini qeyd edib.
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin (ADNSU) rektoru, dosent Vazeh Əskərov
çıxışı zamanı bu kitabın Azərbaycan elmində
yeni bir cığır açdığını, istər
birinci kitabın, istərsədə ikinci kitabın gələcək
nəsillər üçün mühüm əhəmiyyət
kəsb etdiyini söyləyib. Müxtəlif elm sahələrin ortaq bir elmdə birləşdiyinin
və bunun Azərbaycanda ilk
olduğunu bildirib. Bu sahənin açdığı yeni
üfüqlərin çox dəyərli olduğunu qeyd edib.
Xalq şairi Ramiz Rövşən söyləyib ki, bu
kitab çox qiymətli bir kitabdır. Qeyri-səlis məntiqin
səlis məntiqə nisbətdə üfiqləri genişlətdiyini,
səlist məntiqin ədəbi çoxluqların məntiqi
olduğunu ona görə də tolerant olduğunu bildirib.
Akademik Kamal Abdullanın
dünya ədəbiyyatında nadir insanlardan biri
olduğunu, professor Rafiq Əliyevin isə geniş təfəkkürə
sahib olduğunu söyləyib. Kitabın Azərbaycan dilinin
oxunması, istifadəsi üçün yeni imkanlar
açdığını qeyd edib. Poetik fikrin əsasında
dəqiq elmlərin dayandığını diqqətə
çatdırıb.
Xalq yazıçısı Elmira Axundova kitabın
çox unikal bir kitab olduğunu qeyd edərək həm
“Qeyri-səlis məntiq və dil-nitq” kitabın, həm də
"Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq"
kitablarının dilçilik elminə böyük fayda gətirəcəyini
və dönüş yaradacağını söyləyib.
Belə sinergetik tədqiqlər nəticəsində həm
qeyri-səlis məntiq həm də hər hansı bir elm,
sosial sahənin zənginləşə, dərinləşə və öz potensalında yeni üfüqlərin daha
aydın, aşkar şəkildə
büruzə verə bilər. Hər hansı işdə
birinci olmaq həm şərəfli, həm də məsuliyyətli
olduğunu söyləyən Xalq yazıçısı
akademik Kamal Abdullanın ədəbi-bədi elmi yaradıcılığı
haqqında geniş məlumat verib. Kitabda oxuduqca qeyri səlis ifadələrin
hamı tərəfindən işlədildiyini şahidi
olduğunu söyləyib. Kitabın müəlliflərinə
hər iki alimə yaradıcılıqlarında uğurlar
arzulayıb.
Professor Qəzənfər Paşayev “Qeyri-səlis məntiq
və dil-nitq” kitabının yeni bir kəşf olduğunu
deyib. Şifahi və yazılı ədəbiyytın
başlanğıcının Kitabi-Dədə Qorqud”
olduğunu qeyd edib. L.Zadə tərəfindən
təməli qoyulan qeyri-səlis məntiqin akademik Kamal Abdulla
və professor Rafiq Əliey tərəfindən davam
etdirildiyini, hər iki alimin dərin
biliklərinin birləşərək bizə töhfə olaraq bu
kitabı təqdim etdiklərini söyləyib.
Tədbirin davamında şıxış edən
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov,
fəlsəfə elmləri doktoru Etibar Əliyev, prosessorlar
Hacan Hacıyev və İsmayıl Teymuroğlu bildirib ki,
akademik Kamal Abdulla və professor Rafiq Əliyevin "Qeyri-səlis
məntiq və dil-nitq" adlı yeni kitabı müəlliflərin
dərin fəlsəfi düşüncələrini və
qeyri-səlis məntiqə söykənən
yaradıcılıq axtarışlarını bir araya gətirir.
Bu fundamental tədqiqat əsəri müasir dilçilik və
məntiq sahələrində açdığı yeni
üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə
geniş şəkildə tətbiq olunmasının vacibliyini
bir daha ön plana çıxarır. Unikal əsərin Azərbaycan
dilçiliyində məntiq və dil arasındakı əlaqələrin
təhlilində yeni istiqamətlər açmaqla
yanaşı, hər iki müəllifin elmi
yaradıcılığının zirvəsi olaraq gələcək
tədqiqatlar üçün zəmin yaradır, Azərbaycan
elminə mühüm töhfə verir.
Sevinc Mürvətqızı
525-ci qəzet .- 2024.-
31 oktyabr(№200).-S.8.