Kəlbəcərə
Böyük Qayıdış yolunda növbəti uğurlu
addımlar
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın bu il sentyabrın 2-də Kəlbəcər
rayouna səfər etmələri müasir tariximizin daha bir sevindirici
səhifəsinə çevrilib.
Səfər çərçivəsində Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər
rayonunda Xudavəng monastır kompleksində olublar.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan
Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin
təcavu?zu?nə məruz qalıb. İşğal
dövründə erməni apostol kilsəsinin dəstəyi və
Ermənistan dövlətinin vəsaiti hesabına monastırda
"bərpa" adı altında qanunsuz işlər
görülüb. Arzu xatun, Böyük Həsən kilsələri
və kompleksə daxil olan digər tikililər üzərində
saxtalaşdırma əlamətləri olan əlavələr
edib, abidələrin bir çox hissələrini vandalizmə
məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən
sonra monastırda qalan erməni keşiş və rahiblər
abidələrdəki qədim freskaları xarici mütəxəssislərin
iştirakı ilə xüsusi üsulla kəsib
götürüb, qanunsuz olaraq Azərbaycan ərazisindən
çıxarıblar.
Xudavəng monastır kompleksinin zəng qu?lləsində
yanas?ı qoyulmus? bir-birinin u?stu?ndə iki dairəvi xonc?a və
həyat ag?acı s?əklində xac? kompozisiyalı xac?das?lar
və kitabələr də is?g?al do?vru?ndə sökülərək
talan edilib.
2020-ci ilin dekabr ayında İrəvanda keçirilən
sərgidə Xudavəng monastır kompleksindən
oğurlanmış zəng, daş kitabələr, freskalar,
xalçalar və Azərbaycan Respublikasına məxsus digər
mədəni irs nümunələri qanunsuz olaraq
nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq "VII-XIII əsrlərdə
erməni xristian kilsələrində freskalar" adı
altında İtaliyanın Padua şəhərində
açılmış sərgidə Xudavəng
monastırının freskaları "erməni ənənəvi
incəsənət nümunələri" kimi təqdim
olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində
də təşkil edilib.
Prezident İlham Əliyev həmçinin Kəlbəcər
rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.
İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində
yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin
layihələndirilmə işləri mərhələli
şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə
burada 159 fərdi ev, "townhouse" tipli 71 ev (142 mənzil) və
180 mənzildən ibarət 10 bina tikiləcək.
Birinci mərhələdə salınacaq ərazinin
sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə
159 fərdi evin inşası nəzərdə tutulur. Burada
iki, üç, dörd və beş otaqlı fərdi evlər
tikiləcək. Qəsəbəyə birinci növbədə
159 ailə köçürüləcək.
İstisu qəsəbəsində 352 şagird yerlik məktəb,
100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi,
idman sağlamlıq mərkəzi, tibb məntəqəsi,
bayraq meydanı, idman meydançası və digər zəruri
obyektlər yaradılacaq.
Qeyd edək ki, tarixən İstisu qəsəbəsində
əhalinin əsas məşğuliyyəti
üzümçülük, taxılçılıq,
heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə
qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli
mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Kəlbəcər rayonunda "İstisu"
Müalicə-İstirahət Kompleksində aparılan tikinti
işləri ilə də tanış olublar. 1927-ci ildə fəaliyyətə
başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də
müttəfiq əhəmiyyətli ikinci böyük kurort
hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu,
bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu
fəaliyyət göstərirdi. Sovet dönəmində bu
kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək
imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin
müalicəsi üçün müraciətlər edilirdi.
Bərpa edilən "İstisu" Müalicə-İstirahət
Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə
145 nömrə, eləcə də 10 kottec yaradılacaq.
Kompleksdəki SPA Mərkəzində termal hamam,
müalicəvi vanna, həkim otağı, o cümlədən,
müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli
su terapiyası, masaj, buxar, duz otaqları, istirahət
zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif
iaşə obyektləri - restoranlar, uşaq əyləncə
mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı,
kafeteriya da qonaqlara xidmət göstərəcək.
"Aşağı İstisu" mənbəyindən
alman mütəxəssislər tərəfindən nümunələr
götürülüb, suyun analizi və testi həyata
keçirilib. Aparılan analizlər və balneoloji rəylərə
əsasən İstisu təbii mineral suyu fizioloji, metabolik və
müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq
traktının funksional pozğunluğunun müalicəsi və
həzm funksiyasının stimullaşdırılması,
yaşlılarda natrium və maye
çatışmazlığının, ortostatik tənzimləmə
pozğunluğunun, sidik yollarında infeksiyaların müalicəsi,
kalsium oksalat, sistin və sidik turşusu daşlarının
profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə
diş kariyesinin profilaktikası, eləcə də
böyüklər üçün dəstəkləyici təsir
baxımından çox faydalıdır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Kəlbəcər Şəhər Təhsil
Kompleksində aparılan işlər və bu il
açılması planlaşdırılan modul tipli məktəbin
layihəsi ilə tanış olublar.
Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində
80 yerlik uşaq bağçası, peşə
emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar
hazırlıq məkanı və digər zəruri obyektlər
təşkil ediləcək. Kompleksin ərazisində, həmçinin
528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə
kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və
digər zəruri otaqlar yaradılacaq. Modul tipli məktəbin
layihəsi ilə tanışlıq zamanı qeyd edildi ki,
ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9
sinif otağı yerləşəcək.
Məlumat üçün bildirək ki,
işğaldan azad edilmiş ərazilərdə təhsilin
inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə
malikdir. Əlbəttə, Kəlbəcərdə ən
müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də
işğaldan azad edilmiş ərazilərin bərpası
prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət
yetirildiyinin əyani təzahürüdür. Xatırladaq ki,
Kəlbəcər rayonunda ilk məktəb 1924-cu ildə fəaliyyətə
başlayıb. Kəlbəcər işğal edilməzdən
əvvəl rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən,
46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət
göstərirdi. Bunlardan əlavə, rayonda bir texniki peşə
məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdən
kənar və dörd məktəbəqədər təhsil
müəssisəsi də var idi. Rayonun təhsil
infrastrukturunun qurulması istiqamətində işlər
yüksək keyfiyyətlə davam etdirilir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
eksperti Mətin Məmmədlinin sözlərinə görə,
Prezident İlham Əliyev işğaldan azad olunmuş bölgələrə
dəfələrlə səfər edib və bu səfər
müddətində də müxtəlif
açılış mərasimlərində iştirak edib.
İşğaldan azad olunan region yenidən qurulur və yenidən
bərpa olunur. Bu bölgələrdə müxtəlif
böyük infrastruktur layihələr gerçəkləşdirilir.
Bütün bunlar Azərbaycan dövlətinin işğaldan
azad olunmuş region ilə bağlı həyata keçirdiyi
strategiyanın tərkib hissəsidir. Bu gün işğaldan
azad olunana bölgələrin bərpası bizim
üçün milli məsələdir. O bildirib ki, İlham
Əliyevin işğaldan azad olunan ərazilərə səfərləri
artıq ənənə halını alıb: "Həmin
torpaqları işğaldan azad etmək necə milli məsələ
və ideya idisə, bu gün o torpaqları bərpa etmək də
bizim üçün mühüm əhəmiyyət
daşıyır. Prezident işğaldan azad olunan ərazilərə
getdikdə yeni tiklilərin, yaşayış massivlərinin
açılışında iştirak edir. Eyni zamanda bu səfər
müddətində adətən ölkə
başçısı müxtəlif məsələlər
ilə bağlı vacib açıqlamalar verir. Bu da həmin
səfərin əhəmiyyətini daha da artırır".
Politoloq Tural İsmayılov deyir ki, Prezidentin Kəlbəcərə
səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycanda
bütün abadlıq və quruculuq işləri birbaşa ölkə
başçısının nəzarəti altında həyata
keçirilir: "Qarabağdakı quruculuq proseslərinin məhz
İlham Əliyevin nəzarəti altında
olmağının göstəricilərindən biri odur ki,
Prezident bütün gərgin iş rejiminə rəğmən,
bu proseslər ilə özü birbaşa maraqlanır. Sıx
qarfika baxmayaraq, Qarabağa səfərlər edir, orada
açılışlar həyata keçir. Kəlbəcər
coğrafi mövqe baxımından Qarabağın ən
mürəkkəb bölgələrindən biridir. Qısa
müddət ərzində nəinki Kəlbəcərdə
quruculuq işləri həyata keçirildi, həm də
sakinlərin daha rahat yaşaması üçün də
lazımi addımlar atıldı".
Potensialına görə isə Kəlbəcər Azərbaycanın
həm aqrar, həm kənd təsərrüfatı, həm
sağlamlıq, həm də eko-turizim olaraq ən gözəl
və perspektivli bölgələrindən biridir. Orada
infrastrukturun qurulması, yeni otellərin, yolların
açılması, müəyyən təhlükəsizlik
məsələlərinin birdəfəlik həlli, biznez və
aqrar sahədə çalışan fermerlər
üçün şəraitin yaradılması gələcəkdə
Kəlbəcərin Azərbaycan iqtisadiyyatında mühüm
rol oynamasına imkan verəcək.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 5 sentyabr.(№160).- S.15