Böyük Qayıdışda daha
bir əziz ünvan - Xudavəng monastır kompleksi
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın sentyabrın 2-də Kəlbəcər rayonuna
səfər zamanı Xudavəng monastır kompleksində
olması da son günlərin ən maraqlı və önəmli
hadisələrindən biri kimi diqqət çəkdi.
Dünya əhəmiyyətli memarlıq abidəsi olan
Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin
təcavu?zu?nə məruz qalıb. İşğal
dövründə erməni apostol kilsəsinin dəstəyi və
Ermənistan dövlətinin vəsaiti hesabına monastırda
"bərpa" adı altında qanunsuz işlər
görülüb. Arzu xatun, Böyük Həsən kilsələri
və kompleksə daxil olan digər tikililər üzərində
saxtalaşdırma əlamətləri olan əlavələr
edib, abidələrin bir çox hissələrini vandalizmə
məruz qoyublar. Torpaqlarımız işğaldan azad ediləndən
sonra monastırda qalan erməni keşiş və rahiblər
abidələrdəki qədim freskaları xarici mütəxəssislərin
iştirakı ilə xüsusi üsulla kəsib
götürüb, qanunsuz olaraq Azərbaycan
Respublikasının ərazisindən çıxarıblar.
Xudavəng monastır kompleksinin zəng qu?lləsində
yanas?ı qoyulmus? bir-birinin u?stu?ndə iki dairəvi xonc?a və
həyat ag?acı s?əklində xac? kompozisiyalı xac?das?lar
və kitabələr də is?g?al do?vru?ndə sökülərək
talan edilib.
2020-ci ilin dekabr ayında İrəvanda keçirilən
sərgidə Xudavəng monastır kompleksindən
oğurlanmış zəng, daş kitabələr, freskalar,
xalçalar və Azərbaycana məxsus digər mədəni
irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha
sonra qanunsuz olaraq "VII-XIII əsrlərdə erməni
xristian kilsələrində freskalar" adı altında
İtaliyanın Padua şəhərində
açılmış sərgidə Xudavəng
monastırının freskaları "erməni ənənəvi
incəsənət nümunələri" kimi təqdim
olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində
də təşkil edilib.
Kəlbəcərdə dünya əhəmiyyətli
2 tarixi mədəniyyət abidələrindən biri Xudavəng
monastırlarıdır. Gəncəsər monastırı (məbədi)
Qafqaz Albaniyası xristian memarlığının ən
görkəmli abidələrindən biridir. Vəngli kəndi
uzun müddət Alban Xaçın Knyazlığının
mərkəzi olub. Monastırın divarında daş üzərindəki
epiqrafik yazıdan məlum olur ki, bu abidə Həsən Calal
Dövlə və anası Xorişə xatun tərəfindən
1216-1238-ci illərdə inşa edilib. Bu monastır 1511-ci ildən
1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı
ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban
xristianlarının iqamətgahı olub. Qafqaz
Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən
ən möhtəşəm və məşhur xristian
kompleksi - Gəncəsər monastırı Ermənistan tərəfindən
"təmir-bərpa" işləri adı altında
saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim
edilib. İşğaldan sonra abidənin daşları üzərində
olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi
abidəsi olması barəsində materiallar yayılıb. Gəncəsər
kompleksinin xarici divarlarında da Alban patriarxiyası zamanı həkk
olunmuş çoxsaylı qədim yazılar da interyerində
olan yazılar kimi, erməni vandalizminə məruz qalıb.
Xudavəng monastırı (məbəd kompleksi) də
dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət
qeydiyyatına alınıb. Xudavəng və ya Dədəvəng
monastırı Azərbaycan ərazisində ən
böyük və gözəl monastırlardan biridir. Artıq
b.e. ilk əsrlərində burada kiçik kilsə
yaranmış, onun yerində isə sonralar - ilk orta əsrlərdə
monastırın ən qədim tikililərindən biri olan
birnefli bazilika ucaldılıb. Arxeoloji tədqiqatlar göstərir
ki, monastırın əsası VI-VII əsrlərdə
qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan
bir əsr sonra - IX əsrdə də Qarabağın
dağlıq hissəsində yaranmış Alban
Xaçın Knyazlığının dini mərkəzi
olmaqda davam edib. Kompleksdə alban yepiskopunun iqamətgahı və
dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə
Mehranilər sülaləsindən olan Xaçın knyazı
Böyük Həsənin oğlu Bəhramın (Vaxtanqın)
ailəsi tərəfindən monastır yenilənib və
orada əlavə tikililər inşa edilib. Həmçinin
kompleksə sonradan əlavə edilmiş Müqəddəs
Qriqoris məbədi və Həsən Cəlal kilsəsi də
diqqətəlayiq memarlıq nümunələridir.
Tarixi Qafqaz Albaniyasının məbəd və digər
mədəni irsi nümunələri erməni kitablarında,
"qədim erməni" mədəni irsi, tarixi Ermənistan
və erməni kilsəsinin tərkib hissəsi kimi qələmə
verilir. Kəlbəcər rayonunun işğalından sonra
Xudavəng monastırında da qanunsuz bərpa işləri
başlanılıb. Bərpa adı altında
saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin
nəzarəti altında 1997-2011-ci illərdə - 14 il davam
etdirilib.
Xudavəng monastırı Azərbaycan ərazisində
vaxtilə mövcud olan Qafqaz Albaniyası dövlətinin
gücündən və alban memarlığının zənginliyindən
xəbər verir.
Alban-udi xristian dini icmasının sədri Robert Mobili
deyir ki, Xudavəng alban məbədlərinin mirvarisidir və
müqəddəs bir yerdir. Kəlbəcərin Vəng kəndində
yerləşən Xudavəng məbəd kompleksi Azərbaycan
xalqının əcdadlarının dini etiqadından və əsrlər
boyu məruz qaldığı istilalara rəğmən,
tolerant davranışından xəbər verir. Daş kitabələrdə
yazılan Arzu xatun, Tursun, Həsən, Şəms, Altun, Qaragöz
və bizim üçün doğma olan digər adlar bu abidə
kompleksini ucaldanların etnik mənsubiyyətinin göstəricilərindən
biridir. Azərbaycana 200 il əvvəl
köçürülmüş ermənilər
xalqımıza məxsus dini, tarixi-mədəniyyət abidələrini
öz adlarına çıxmaq üçün hər
cür saxtakarlığa əl atıb, buna bütün
dövrlərdə aramsız cəhdlər göstəriblər.
Kəlbəcərdəki Xudavəng monastırı da bu qəbildəndir:
"Kəlbəcərdə olan Xudavəng alban məbədi
Azərbaycanın ən böyük monastır kompleksidir. Azərbaycan
multikultural xalqdır və min ildən çoxdur ki, Xudavəng
məbədi qorunub saxlanılır. İşğal
altında olan torpaqlarımızın azad olunması nəticəsində
Xudavəng monastırı əsl sahiblərinə geri
qaytarıldı, bu məbəd təkcə ölkəmizin
deyil, bütün dünyanın ən önəmli məbədlərindən
biri kimi ziyarət edilir. XII əsrdə yaşamış
tarixçi Mxitar Qoş Xudavəng məbədinin əsasının
eramızın ilk əsrlərində missionerlərin Qafqaz
Albaniyasında təbliğatla məşğul olduqları
dövrdə qoyulduğunu qeyd edirdi. Məlumatlara görə,
kompleksin ən erkən tikilisi olan bazilika İsa Məsihin həvarisi
müqəddəs Faddeyin göstərişi ilə
xristianlığı təbliğ etmək üçün gəlmiş
Dadinin məzarı üzərində VIII əsrdə inşa
edilmişdi. Bu monastır Cənubi Qafqaz ərazisində ilk
xristian məbədləri biri hesab olunur. 1993-cü ildə Kəlbəcər
rayonu Ermənistan tərəfindən işğal edildikdən
sonra ölkəmizdə yaşayan qədim xristian etnik icmalar
monastırı ziyarət etməkdən məhrum oldular. Ermənilər
isə Xudavəngi dünyaya öz məbədləri kimi təqdim
edir, bunu tikiliyə sonradan əlavə etdikləri xaç
elementlərlə əsaslandırmağa
çalışırdılar".
Tarixçi-alim, professor İbrahim Zeynalov deyir ki,
monastır kompleksində əsas yer tutan Arzu xatun kilsəsi
alban memarlığının ən qiymətli nümunələrindən
biridir. İki barelyefli kilsənin şərq divarında knyaz
və müqəddəs adam, cənub divarında əllərində
məbədin modelini saxlayan iki knyaz təsvir olunur. Kompleksə
daxil olan digər tikilinin - İgid Həsən məbədinin
divarında isə onun 1182-ci ildə inşa edildiyini təsdiqləyən
kitabə var. 1224-cü ildə kompleksə əlavə
edilmiş böyük tikilidə zadəgan nəslinin ailə
üzvləri dəfn olunub. Alimlərin fikrincə, kompleksin
tikintisi XIII əsrdə tamamlanıb. Çar Rusiyası
dövründə, sovet hakimiyyəti illərində
yaşanmış çətinliklərə baxmayaraq, Azərbaycan
ərazisindəki bütün dini abidələr, o cümlədən,
Xudavəng monastırı qorunub saxlanılırdı. Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra isə
müxtəlif dinlərə məxsus ibadət məkanlarına
xüsusi diqqət və qayğı ilə
yanaşılır.
UNEC Multikulturalizm Mərkəzinin rəhbəri,
professor Məhəbbət Paşayeva Qafqaz Albaniyası abidələrinin
Azərbaycan xalqının tarixi-mədəni mirası
olduğunu bildirib. O qeyd edib ki, ermənilər xüsusilə
XX əsrin sonlarından Azərbaycana qarşı işğal
siyasətinə başlayıb, əsrlərlə qoruyub
saxladığımız tarixi abidələrin çoxunun məhvinə
səbəb olub, 30 ilə yaxın erməni is?g?alı
altında qalmış 1000-dən artıq tarixi abidələrmiz,
o cümlədən, alban məbədlərimiz vəhşicəsinə
dağıdılaraq viran edilib, qalanları isə
saxtalaşdırılaraq erməni kilsəsi kimi təqdim
edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyev və
şanlı ordumuz sayəsində 44 günlük müharibədə
doğma torpaqlarımızla birlikdə, tarixi abidələrimiz
də işğaldan azad edilib, Qarabağ abidələri və
tarixi haqqında həqiqətlər dünya ictimaiyyətinə
catdırılıb. Qarabağ qısa müddətdə Azərbaycanın
digər bölgələri kimi, multikultural dəyərlər
məkanına çevriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov deyib ki,
Qarabağda və ona yaxın ərazilərdəki Alban kilsələrinin
mütləq əksəriyyəti
qriqoryanlaşdırılıb: "Əslində, Alban kilsələrinin
qriqoryanlaşdırılması Çar hökumətinin
xüsusi siyasəti idi. Hətta sovet dövründə də
bəzi Alban kilsələri restavrasiya edilərkən onlara məqsədli
şəkildə erməni izləri əlavə olunub. Ermənistanın
Azərbaycana qarşı təcavüzündən sonra ermənilər
işğal altındakı bütün Alban məbədlərini
qriqoryanlaşdıraraq özününküləşdiriblər.
Bu məqsədlə Alban kilsələrinin o cümlədən,
Xudavəng, Gəncəsər və Ağoğlan məbədlərinin
interyerinə, ornamentlərinə və bədii daş
nümunələrinə dəyişikliklər ediblər.
Bununla bağlı məlumat və fotolar sənədləşdirilərək
müxtəlif beynəlxalq təşkilatlara o cümlədən,
YUNESKO-ya göndərilib. Amma çox təəssüf ki,
bunun ciddi bir nəticəsi olmayıb".
Sevinc QARAYEVA
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.23.