Qarabağa səfər:
xatirələr və ümidlər
Ermənistan-Azərbaycan münaqişəsi
başlayanda mənim yaşım artıq otuzu
keçmişdi. O vaxta qədər - erməni silahlı
qüvvələri keçmiş DQMV-ni və üstəlik,
yeddi rayonumuzu işğal edənə kimi Qarabağda
olmamışdım. BMT-nin yerinə yetirilməsinə
şübhə etmədiyimiz dörd qətnaməsinin icra
olunacağını gözlədiyimiz bu uzun illər ərzində
mən indiyədək Qarabağda olmamağıma təəssüf
etməklə yaşayırdım. Bu, münaqişənin
dünya birliyinin köməyi və beynəlxalq hüquq əsasında
dinc yolla və ədalətli həllinə ümid etdiyimiz
ağrılı-acılı illər idi. Bütün bu illər
ərzində məni bir sual
düşündürürdü: Qarabağın düşmən
tapdağından azad olunduğu günü görə biləcəyəmmi?
Ömür vəfa edəcəkmi?
Amma illər keçdikcə aydın olurdu ki, bizim beynəlxalq
miqyasda tanınan ərazilərimizdən erməni
işğalçılarını BMT qətnamələrinin
köməyi ilə çıxarmaq cəhdlərimiz
çoxdan gözlədiyimiz ədalət prinsipinə gətirib
çıxarmayacaq. İşğala son qoymaq
üçün ümid bircə güc tətbiq etməyə
qalırdı...
Düşmənin fasiləsiz təxribatlarına cavab
olaraq, Azərbaycan Ordusu işğalçıları
Qarabağdan qovub çıxarmaq üçün qəti
hücuma keçəndə çoxdan gözlədiyimiz
döyüşlərin başlanmasını bizim
hamımızın necə sevinclə
qarşıladığımızı indi sözlə ifadə
eləmək o qədər də asan deyil. Mən bilmirəm,
dünyada başqa hansısa bir ölkə varmı ki, öz ərazi
bütövlüyü uğrunda müharibənin
başlanması xəbərini bizdəki kimi xalq yüksək
vətənpərvərlik əhval-ruhiyyəsi ilə
qarşılamış olsun?!
Uzun illərdən bəri Azərbaycan Ordusunu
Qarabağ uğrunda döyüşlərə hazırlayan
Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi
iradəsi nəticəsində 44 günlük müharibədə
qazanılmış Zəfərlə tarixi torpaqlarımız
azad olundu, 2023-cü ilin
sentyabrında isə antiterror əməliyyatı ilə Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü tamamilə və
qətiyyətlə bərpa edildi. Budur, heç dörd il
keçməmiş məcburi köçkünlərimizin
bir hissəsi artıq öz doğma yurdlarına
qayıdıb və yeni tikilmiş evlərində yaşaya
bilirlər. Bu proses davam edir və bütün ölkə vətəndaşlarının
sevincinə səbəb olur.
2020-ci ildə tarixi Zəfərlə başa
çatan müharibədən sonra şəxsən mənim ən
böyük arzum o müqəddəs torpaqları görmək,
ziyarət etmək idi. Bunu özümə borc bilirdim. Mənə
görə, bizim üçün doğma
torpaqlarımızın azad olunması uğrunda şəhidlərimizin
qanı tökülmüş Qarabağdan müqəddəs
yer ola bilməz, olmamalıdır!
Şəxsən mənim üçün şəhidlərimizin
xatirəsini yad etmək, dost-tanışın, məcburi
köçkün həmkarlarımızın, Azərbaycan səmasının
azadlığı uğrunda son damla qanına qədər
vuruşmağa hazır olan, düşmənə
qarşı döyüşlərdə yüksək
mübarizə ruhu və Vətənə böyük məhəbbət
nümayiş etdirən əsgər və zabitlərimizin
sevgi ilə bəhs etdikləri o torpaqları öz gözlərimlə
görmək zəruri idi.
Azərbaycan əsgərinin həmin döyüşlərdə
göstərdiyi şücaət barədə istər bizim,
istərsə də düşmən tərəfin sosial şəbəkələrdə
yaydığı video-materiallar çox şey deyir. Amma mənə
o döyüşlərin getdiyi yerləri öz gözlərimlə
görmək lazım idi. Nədənsə, bu məsələ
mənim üçün həyati zərurət omuşdu...
2018-ci ildə Ağdama getmişdim. Düşmənlə
o vaxtkı təmas xəttindəki sonuncu postumuzu yaxşı
xatırlayıram. Mülki şəxslərə postdan o yana
getmək qadağan idi. Onda mən tanınmış həmkarlarım
Elşən Əliyev və Müsəllim Həsənovla həmin
postdan qarşıdakı uca dağlara doğru uzanan geniş
çöllərə böyük həyəcanla tamaşa
eləmişdik. Əminəm ki, onda bizim
üçümüzün də ürəyimizdən bir
fikir keçmişdi: "Bu ədalətsizlik nə vaxta qədər
davam edəcək?"
Ərazilərimizin işğaldan azad ediləcəyinə
ümidini itirən soydaşlarımızın çoxu kimi,
bizdə də 2016-cı ilin Aprel döyüşlərindən
sonra ümid yaranmışdı - Qarabağın tamamilə
azad ediləcəyi gün uzaqda deyil. Yadımdadır, bax, onda
ürəyimdə niyyət tutmuşdum ki, torpaqlarımız
azad edildikdən sonra Qarabağa səfərə məhz
burdan, qabağa buraxılmadığımız bu postdan
başlayacağam...
O günü bir də 2024-cü ilin avqustunda elə həmin
dostlarla - E.Əliyev və M.Həsənovla birlikdə
Ağdamdan, həmin yerdən Qarabağa doğru gedəndə
xatırladım. Bizim irəliləməyimizə mane olan o
köhnə postun izi-tozu yox idi. İndi həmin yerdən ən
qabaqcıl standartlara uyğun salınmış müasir və
geniş şosse yol keçir. Və bu gözəl yol bizi 30
illlik işğal dövründə xarabalığa
çevrilmiş ərazilərin içərilərinə
doğru aparır. Əgər mən buraların çoxəsrlik
ağacları, inkişaf etmiş infrastrukturu, regionda ən
böyük fabrik və zavodları, məktəb və
uşaq bağçaları ilə əsrlər boyu ölkəmizin
ən qədim və sıx yaşayış məskənlərindən
biri olduğunu bilməsəydim, yəqin düşünərdim
ki, burada heç vaxt həyat olmayıb, buralara insan
ayağı dəyməyib. Əlbəttə, yalnız
Qarabağın tarixini bilməyənlər belə
düşünə bilər: əgər Ağdam şəhərinin
və ətrafdakı yaşayış məntəqələrinin
xarabalıqları olmasa...
Biz keçmiş kəndləri - xarabalıqları,
vaxtilə səliqə-səhmanla tikilmiş evlərin
qalıqlarını ötüb keçirik. Ermənilər,
demək olar ki, bütün evləri özülünə qədər
söküb aparılıblar. Onlar buralarda olan hər şeyi
dağıdıb məhv etməklə özlərinin mifik
"böyük Ermənistan"ını qurmağa
çalışıblar. Əsrlər boyu burada xoşbəxt
yaşayan soydaşlarımızın vaxtilə üzləşdikləri
faciələri xatırlayanda adamın ürəyi
ağrıyır. Başa düşə bilmirəm ki,
qonşunun evini uçurub onun darvazasını götürməklə,
divarına hörülmüş daşları bir-bir sökməklə,
ev əşyalarına sahib çıxmaqla, onun
bağ-bağatını qırmaqla tikilən evdə necə
yaşamaq olar?
Ən dəhşətlisi isə... Dünyasını
dəyişən adamların qızıl dişlərini ələ
keçirməkdən ötrü qəbirləri açmaq,
azərbaycanlılara məxsus mərmər qəbir
daşlarını söküb aparmaq və şəxsi məqsədlər
üçün istifadə etmək insanlığa yaraşan
işdimi? İnsan bu cür əməlləri özünə
niyə rəva bilir? Bir sözlə, adam fikirləşdikcə
dəhşətə gəlir.
İndi aydın olur ki, Ağdamı görən xarici
jurnalistlər niyə buranı "ruhlar şəhəri"
adlandırırlar. Niyə dünya görmüş peşəkar
jurnalistlər dünya ictimaiyyətinin susqunluğu ilə, az
qala, 30 il Ermənistan silahlı qüvvələrinin
işğalı altında olan Ağdamda və Azərbaycanın
başqa ərazilərində gördüklərindən
şoka düşürlər. Özünün cəzasızlığına
nə qədər əmin olasan ki, işğal etdiyin
torpaqlarda bu qədər həyasızlıq, vəhşilik edəsən!
Nəyi demək istəyirəm?
İşğalçı işğalçıdır, amma
indiki halda onların əməllərində həm də təkcə
Qarabağda deyil, başqa ərazilərdə də dəfələrlə
sınaqdan keçirdikləri sırf erməni xarakteri var. Məhz
münaqişəni uzatmaq və sonra da iddia eləmək ki,
azərbaycanlılar, ümumiyyətlə, buralarda
yaşamayıblar, bu torpaqlar əsrlər boyu ermənilərə
məxsus olub. Gələcəkdə də heç kim
onların burada "qədimliyi"nə şübhə etməsin
deyə, "planetin ilk adamları" qəbirləri
açıb qızıl dişləri götürəndən
sonra da meyitlərin qalıqlarını ətrafa səpələyibər
ki, heç bir iz qalmasın! Bax, bizim düşmənlərimiz
belə alçaqdırlar...
Şuşa, Laçın, Cəbrayıl, Füzuli
rayonlarına bütün səfər boyu bu fikirlər beynimdən
çıxmırdı...
Bəlkə də bu dediklərimə gördüklərimin
doğurduğu hiddət və qəzəb sirayət edib Amma
həqiqətən, vaxtilə çiçəklənən
torpaqlarımızın 30 illik düşmən
işğalından sonra düşdüyü indiki vəziyyəti
görmək adamın ürəyini ağrıdır.
İkili standartlar siyasətinin təsiri ilə uzun illər
boyu ədalətli həllini tapmayan münaqişə nəinki
torpaqda, həm də insanların qəlbində dərin iz
qoyub. Ağdam və işğal olunmuş digər ərazilərimiz,
həqiqətən, dağıntı və zorakılıq rəmzinə
çevrilib. Bu yerlər azadlıq və demokratiyanın
keşiyində dayandığını iddia edən bəzi
dünya dövlətlərinin uzun illər boyu
işğalçını müdafiə etməsi nəticəsində
yaranan faciələri xatırladır.
Bütün bunlara baxmayaraq, yol boyu
gördüyümüz nəhəng tikinti-quruculuq işləri
məndə yenidən müsbət emosiyalar yaradır.
Dağıntıların yerində yeni yollar çəkilir,
yaşayış evləri, inzibati binalar və sənaye
obyektləri tikilir. Ədalətin, axır ki, qələbə
çalmasını, bu yerlərin öz sahiblərinin
doğma torpaqlara qayıtmasını görəndə
ağrılı xatirələrin yerini qürur hissi tutur.
İşğaldan azad olunmuş bütün ərazilərdə
gedən nəhəng quruculuq işləri sübut edir ki,
ölkəmizin bu heyrətamiz bölgəsinin əsl sahibləri
düşmənin dağıtdığı və talan etdiyi
əraziləri yenidən çiçəklənən diyara
çevirəcək, burada həyat yenidən qaynayacaq,
bağlar canlanacaq, qarabağlılar yenə dinc həyata
qovuşacaq və dünyanın mədəniyyət, incəsənət
və idman xəzinəsinə öz töhfələrini verəcəklər.
Yolumuzun az qala hər addımı istər Birinci, istərsə
də İkinci Qarabağ müharibəsi dövründə
qanlı döyüşlər gedən yerlərdən
keçirdi. Burada hər dağ, hər dərə
döyüş meydanı olmuşdu, burada torpağın, az
qala, hər qarışında bütün yaşayış
məntəqələrinin azadlığı üçün
canından keçməyə hazır olan Azərbaycan
oğullarının qanı vardır.
Möhtəşəm Şuşa şəhər-qalasının
salındığı dağlıq ərazi unikal
qayalıqları və dərin dərələri ilə
adamı heyran edir. Bu, alınmaz qaladır! Bizim əsgərlərin
son müharibədə göstərdiyi şücaətin mahiyyətini
və miqyasını yalnız bu dağlarda daha aydın
başa düşmək olur. Təbiətin özünün
bu şəhəri qorumaq üçün yaratdığı
qala divarlarına bənzər sıldırım qayalara baxanda
Azərbaycan əsgərlərinin cəsarət və
şücaətinə, onların ilahi ədalətə
inanaraq göstərdiyi fədakarlığa bir daha heyran
qalırsan.
Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanının ünvanına səmimi minnətdarlıq
hisslərini gizlədə bilmirsən. Qarabağ
torpaqlarını işğaldan azad etmək üçün
göstərdiyi əzm və dəyanətə, ordumuzu istər
siyasi cəhətdən, istərsə də hərbi-texniki
baxımdan yüksək peşəkarlıqla
hazırladığına, əsgər və zabitlərimizdə
böyük Zəfərə inam yaratdığına görə...
Təbii ki, bütün bunlar Azərbaycan xalqının
öz liderinə göstərdiyi tükənməz etimad və
etibarın nəticəsində mümkün oldu.
...İndi Qarabağ yaralarını sağaldır və
bu torpaqlara həyat qayıdır. Şuşada və
Laçında təzəcə sahmana düşən
gündəlik həyat göz oxşayır.
İşğaldan azad olunmuş ərazilərə ölkənin
hər yerindən indi, hələ
ki, turist kimi səfər etmək istəyən
soydaşlarımızın sayının günbəgün
artması xüsusilə diqqətəlayiqdir. İnsanlar bura
ailəliklə gəlirlər, iş yoldaşları ilə səfər
edirlər. Bütün bunlar isə onu göstərir ki, biz
hamımız doğma yurdumuzun bu guşələri
üçün darıxmışıq. Ona görə də
bu torpaqlar indi bizi onu düşmən tapdağı altında
qoymayan xeyirxah övladları kimi bütün təbii səxavəti
ilə mehribanlıqla qarşılayır.
Bu dəfə ziyarət edə bildiyim
Şuşanın, Laçının, Hadrutun ecazkar təbiəti
adamı heyran edir, heyrətləndirir və
qürurlandırır. Regionda gedən möhtəşəm
tikinti-abadlıq işləri, yeni yaşayış məntəqələrinin,
evlərin, inzibati binaların, sənaye obyektlərinin,
yolların, elektrik xətlərinin, su kəmərlərinin
yaradılmasına qeyri-standart yanaşma xüsusilə
sevindiricidir. Dağların altından çəkilən
möhtəşəm tunellər daha çox heyrət
doğurur...
Hiss olunur ki, bu torpaqların əsl sahibləri
qayıdıb və onlar, nəhayət, öz
yurdlarını qaydaya salır, abadlaşdırırlar.
Şuşa və Laçın Azərbaycan
memarlığının ənənələri nəzərə
alınmaqla müasir və orijinal üslubda yenidən qurulur.
İşğaldan azad edilmiş bütün ərazilərdə
salınan şəhər və kəndlərin hamısı
milli şəhərsalma ənənələrinə uyğun
olaraq məhz belə gözəl görünməlidir.
Sevindirici haldır ki, dövlət öz vətəndaşlarının
doğma yurda ləyaqətlə qayıtması
üçün onları belə müasir evlərlə təmin
etmək siyasəti yürüdür.
...Səfərimizin növbəti ünvanı qədim
Xankəndidir. Etiraf edim ki, bu şəhərdə ziddiyyətli
hisslər keçirdim. Biz otuz ildən də qabaq
hamımız üçün şər yuvasına
çevrilmiş bu şəhərə Ağdam və
Şuşadan sonra getdik. Nankor qonşularımızın
hansı saxta fakt və sənədlərə əsaslanmasına
baxmayaraq, biz tarixi yaxşı bilirik və bilirik ki, bu yerlər
tarixən bizə məxsus olub. Açığını
deyim ki, xalqımıza qarşı ən iyrənc vəhşiliklərin
planlaşdırıldığı və həyata
keçirildiyi, azərbaycanlıların evlərinin
yandırılması və dağıdılması barədə
əmrlərin verildiyi bu şəhəri sevə bilmədim.
Sevə bilmədim ona görə ki, gözümün
qabağında bu şəhərdən Ballıqaya,
Qaradağlı, Kərkicahan kimi yaşayış məntəqlərində
dinc əhalinin məhv edilməsi barədə verilən əmr
və göstərişlər, Xocalı genosidi haqqında qərarlar
canlandı... Bura hələ mənfur Stepanın adını
daşıyan illərdə bu şəhərdə
ağalıq edən caniləri xatırladım... O illərdə
xaricdən bu şəhərə, bu şəhərdəkilərə
göndərilən qanlı ssenarilər yadıma
düşdü.
Bu şəhərə külli miqdarda vəsait,
silah-sursat, hərbi texnika axdığı, buranın narkotika
ticarətinin və
qaçaqmalçılığının mərkəzinə
çevrildiyi illərə qayıtdım.
Bütün bunlara baxmayaraq, şəhərin
küçə və meydanlarını gəzib
dolaşdıq. Mənfur "miatsum" zamanının
televiziya süjetlərindən tanıdığımız
yerlərə və inzibati binalara, yalançı təbliğatla
erməni millətindən olan Azərbaycan vətəndaşlarının
bizə qarşı şər-böhtan kampaniyası
apardığı küçələrə baxdıq. Ermənistandan
və başqa ölkələrdən göndərilən
ekstremist-emissarların vaxtilə burada sığınacaq
tapan, Azərbaycanın çörəyini yeyən
soydaşlarını qanlı döyüşlərə
hazırladıqları və indi qapıları taybatay
açıq qalmış villalarını gördük. Bu
emissarlar vaxtilə Qarabağda yaşayan ermənilərə
elədiyimiz yaxşılığın müqabilində evlərimizə
dəhşətli hüzn və əvəzolunmaz itkilər, saysız
ağrı-acılar gətirməklə "təşəkkür"
etdilər.
Amma xoşbəxtlikdən bütün bunlar arxada
qalıb.
Bu gün biz qürur hissi keçiririk ki, şanlı
ordumuz bu yerləri düşməndən təmizləməyə
müvəffəq oldu. Qürur hissi keçiririk ki, vaxtilə
Pənahəli xanın tövlələri və
yardımçı təsərrüfatı yerləşdiyinə
görə Xankəndi adı almış yaşayış məntəqəsinin
qədim adı bərpa olundu.
1828-1830-cu illərdə Azərbaycana
köçürülən ermənilər, bu şəhər
təcavüzkar separatizm və xəyanət mərkəzinə
çevirilənə qədər, burada rahat yaşayıblar,
işləyiblər, övlad böyüdüblər. Amma
sonradan həmin övladlar xəyanət yolu tutmaqla qanlı
faciələrin icraçısına çevrildilər.
Üstündə belə neqativ yaşatmış şəhərdə
gəzmək ona görə ürəyimcə olmadı.
Amma bir şeyə tam əminlik yarandı. Əmin
oldum ki, vaxtilə evlərini ağır təzyiq altında tərk
etmək məcburiyyətində qalan azərbaycanlıların
hamısı çox tezliklə bura qayıdacaqlar. Bax, bu
şəhərə və onun ətrafına bizim xalqa məxsus
əsl qonaqpərvərlik, xeyirxahlıq, firavanlıq, ürək
genişliyi də o vaxt qayıdacaq.
Bu gün Azərbaycan bizə təkcə
dağıntıları bərpa etmək deyil, həm də
milli birliyimizi və qürurumuzu möhkəmləndirmək
imkanı verən tarixi mərhələsini yaşayır. Bərpa
edilən hər bina, yeni salınan hər yol xoşbəxt gələcəyə
doğru bir addımdır.
Biz firavanlığa və sabitliyə, sülhə və
quruculuğa sadiqliyimizi regionun bərpasında, doğma
torpaqlarımızın dirçəlişində fəal
iştirakımızla sübut edirik. Xalqımızın
gücü və öz ölkəsinin işıqlı gələcəyinə
inamı sayəsində Qarabağa həyat qayıdır.
Özü də əbədi olaraq qayıdır...
Amma illər keçdikcə aydın olurdu ki, bizim beynəlxalq
miqyasda tanınan ərazilərimizdən erməni
işğalçılarını BMT qətnamələrinin
köməyi ilə çıxarmaq cəhdlərimiz
çoxdan gözlədiyimiz ədalət prinsipinə gətirib
çıxarmayacaq. İşğala son qoymaq
üçün ümid bircə güc tətbiq etməyə
qalırdı...
Düşmənin fasiləsiz təxribatlarına cavab
olaraq, Azərbaycan Ordusu işğalçıları
Qarabağdan qovub çıxarmaq üçün qəti
hücuma keçəndə çoxdan gözlədiyimiz
döyüşlərin başlanmasını bizim
hamımızın necə sevinclə
qarşıladığımızı indi sözlə ifadə
eləmək o qədər də asan deyil. Mən bilmirəm,
dünyada başqa hansısa bir ölkə varmı ki, öz ərazi
bütövlüyü uğrunda müharibənin
başlanması xəbərini bizdəki kimi xalq yüksək
vətənpərvərlik əhval-ruhiyyəsi ilə
qarşılamış olsun?!
Uzun illərdən bəri Azərbaycan Ordusunu
Qarabağ uğrunda döyüşlərə hazırlayan
Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi
iradəsi nəticəsində 44 günlük müharibədə
qazanılmış Zəfərlə tarixi torpaqlarımız
azad olundu, 2023-cü ilin
sentyabrında isə antiterror əməliyyatı ilə Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü tamamilə və
qətiyyətlə bərpa edildi. Budur, heç dörd il
keçməmiş məcburi köçkünlərimizin
bir hissəsi artıq öz doğma yurdlarına
qayıdıb və yeni tikilmiş evlərində yaşaya
bilirlər. Bu proses davam edir və bütün ölkə vətəndaşlarının
sevincinə səbəb olur.
2020-ci ildə tarixi Zəfərlə başa
çatan müharibədən sonra şəxsən mənim ən
böyük arzum o müqəddəs torpaqları görmək,
ziyarət etmək idi. Bunu özümə borc bilirdim. Mənə
görə, bizim üçün doğma
torpaqlarımızın azad olunması uğrunda şəhidlərimizin
qanı tökülmüş Qarabağdan müqəddəs
yer ola bilməz, olmamalıdır!
Şəxsən mənim üçün şəhidlərimizin
xatirəsini yad etmək, dost-tanışın, məcburi
köçkün həmkarlarımızın, Azərbaycan səmasının
azadlığı uğrunda son damla qanına qədər
vuruşmağa hazır olan, düşmənə
qarşı döyüşlərdə yüksək
mübarizə ruhu və Vətənə böyük məhəbbət
nümayiş etdirən əsgər və zabitlərimizin
sevgi ilə bəhs etdikləri o torpaqları öz gözlərimlə
görmək zəruri idi.
Azərbaycan əsgərinin həmin döyüşlərdə
göstərdiyi şücaət barədə istər bizim,
istərsə də düşmən tərəfin sosial şəbəkələrdə
yaydığı video-materiallar çox şey deyir. Amma mənə
o döyüşlərin getdiyi yerləri öz gözlərimlə
görmək lazım idi. Nədənsə, bu məsələ
mənim üçün həyati zərurət omuşdu...
2018-ci ildə Ağdama getmişdim. Düşmənlə
o vaxtkı təmas xəttindəki sonuncu postumuzu yaxşı
xatırlayıram. Mülki şəxslərə postdan o yana
getmək qadağan idi. Onda mən tanınmış həmkarlarım
Elşən Əliyev və Müsəllim Həsənovla həmin
postdan qarşıdakı uca dağlara doğru uzanan geniş
çöllərə böyük həyəcanla tamaşa
eləmişdik. Əminəm ki, onda bizim
üçümüzün də ürəyimizdən bir
fikir keçmişdi: "Bu ədalətsizlik nə vaxta qədər
davam edəcək?"
Ərazilərimizin işğaldan azad ediləcəyinə
ümidini itirən soydaşlarımızın çoxu kimi,
bizdə də 2016-cı ilin Aprel döyüşlərindən
sonra ümid yaranmışdı - Qarabağın tamamilə
azad ediləcəyi gün uzaqda deyil. Yadımdadır, bax, onda
ürəyimdə niyyət tutmuşdum ki, torpaqlarımız
azad edildikdən sonra Qarabağa səfərə məhz
burdan, qabağa buraxılmadığımız bu postdan
başlayacağam...
O günü bir də 2024-cü ilin avqustunda elə həmin
dostlarla - E.Əliyev və M.Həsənovla birlikdə
Ağdamdan, həmin yerdən Qarabağa doğru gedəndə
xatırladım. Bizim irəliləməyimizə mane olan o
köhnə postun izi-tozu yox idi. İndi həmin yerdən ən
qabaqcıl standartlara uyğun salınmış müasir və
geniş şosse yol keçir. Və bu gözəl yol bizi 30
illlik işğal dövründə xarabalığa
çevrilmiş ərazilərin içərilərinə
doğru aparır. Əgər mən buraların çoxəsrlik
ağacları, inkişaf etmiş infrastrukturu, regionda ən
böyük fabrik və zavodları, məktəb və
uşaq bağçaları ilə əsrlər boyu ölkəmizin
ən qədim və sıx yaşayış məskənlərindən
biri olduğunu bilməsəydim, yəqin düşünərdim
ki, burada heç vaxt həyat olmayıb, buralara insan
ayağı dəyməyib. Əlbəttə, yalnız
Qarabağın tarixini bilməyənlər belə
düşünə bilər: əgər Ağdam şəhərinin
və ətrafdakı yaşayış məntəqələrinin
xarabalıqları olmasa...
Biz keçmiş kəndləri - xarabalıqları,
vaxtilə səliqə-səhmanla tikilmiş evlərin
qalıqlarını ötüb keçirik. Ermənilər,
demək olar ki, bütün evləri özülünə qədər
söküb aparılıblar. Onlar buralarda olan hər şeyi
dağıdıb məhv etməklə özlərinin mifik
"böyük Ermənistan"ını qurmağa
çalışıblar. Əsrlər boyu burada xoşbəxt
yaşayan soydaşlarımızın vaxtilə üzləşdikləri
faciələri xatırlayanda adamın ürəyi
ağrıyır. Başa düşə bilmirəm ki,
qonşunun evini uçurub onun darvazasını götürməklə,
divarına hörülmüş daşları bir-bir sökməklə,
ev əşyalarına sahib çıxmaqla, onun
bağ-bağatını qırmaqla tikilən evdə necə
yaşamaq olar?
Ən dəhşətlisi isə...
Dünyasını dəyişən adamların qızıl dişlərini
ələ keçirməkdən ötrü qəbirləri
açmaq, azərbaycanlılara məxsus mərmər qəbir
daşlarını söküb aparmaq və şəxsi məqsədlər
üçün istifadə etmək insanlığa yaraşan
işdimi? İnsan bu cür əməlləri özünə
niyə rəva bilir? Bir sözlə, adam fikirləşdikcə
dəhşətə gəlir.
İndi aydın olur ki, Ağdamı görən xarici
jurnalistlər niyə buranı "ruhlar şəhəri"
adlandırırlar. Niyə dünya görmüş peşəkar
jurnalistlər dünya ictimaiyyətinin susqunluğu ilə, az
qala, 30 il Ermənistan silahlı qüvvələrinin
işğalı altında olan Ağdamda və Azərbaycanın
başqa ərazilərində gördüklərindən
şoka düşürlər. Özünün cəzasızlığına
nə qədər əmin olasan ki, işğal etdiyin
torpaqlarda bu qədər həyasızlıq, vəhşilik edəsən!
Nəyi demək istəyirəm?
İşğalçı işğalçıdır, amma
indiki halda onların əməllərində həm də təkcə
Qarabağda deyil, başqa ərazilərdə də dəfələrlə
sınaqdan keçirdikləri sırf erməni xarakteri var. Məhz
münaqişəni uzatmaq və sonra da iddia eləmək ki,
azərbaycanlılar, ümumiyyətlə, buralarda
yaşamayıblar, bu torpaqlar əsrlər boyu ermənilərə
məxsus olub. Gələcəkdə də heç kim
onların burada "qədimliyi"nə şübhə etməsin
deyə, "planetin ilk adamları" qəbirləri
açıb qızıl dişləri götürəndən
sonra da meyitlərin qalıqlarını ətrafa səpələyibər
ki, heç bir iz qalmasın! Bax, bizim düşmənlərimiz
belə alçaqdırlar...
Şuşa, Laçın, Cəbrayıl, Füzuli
rayonlarına bütün səfər boyu bu fikirlər beynimdən
çıxmırdı...
Bəlkə də bu dediklərimə gördüklərimin
doğurduğu hiddət və qəzəb sirayət edib Amma
həqiqətən, vaxtilə çiçəklənən
torpaqlarımızın 30 illik düşmən
işğalından sonra düşdüyü indiki vəziyyəti
görmək adamın ürəyini ağrıdır.
İkili standartlar siyasətinin təsiri ilə uzun illər
boyu ədalətli həllini tapmayan münaqişə nəinki
torpaqda, həm də insanların qəlbində dərin iz
qoyub. Ağdam və işğal olunmuş digər ərazilərimiz,
həqiqətən, dağıntı və zorakılıq rəmzinə
çevrilib. Bu yerlər azadlıq və demokratiyanın
keşiyində dayandığını iddia edən bəzi
dünya dövlətlərinin uzun illər boyu
işğalçını müdafiə etməsi nəticəsində
yaranan faciələri xatırladır.
Bütün bunlara baxmayaraq, yol boyu
gördüyümüz nəhəng tikinti-quruculuq işləri
məndə yenidən müsbət emosiyalar yaradır.
Dağıntıların yerində yeni yollar çəkilir,
yaşayış evləri, inzibati binalar və sənaye
obyektləri tikilir. Ədalətin, axır ki, qələbə
çalmasını, bu yerlərin öz sahiblərinin
doğma torpaqlara qayıtmasını görəndə
ağrılı xatirələrin yerini qürur hissi tutur.
İşğaldan azad olunmuş bütün ərazilərdə
gedən nəhəng quruculuq işləri sübut edir ki,
ölkəmizin bu heyrətamiz bölgəsinin əsl sahibləri
düşmənin dağıtdığı və talan etdiyi
əraziləri yenidən çiçəklənən diyara
çevirəcək, burada həyat yenidən qaynayacaq,
bağlar canlanacaq, qarabağlılar yenə dinc həyata
qovuşacaq və dünyanın mədəniyyət, incəsənət
və idman xəzinəsinə öz töhfələrini verəcəklər.
Yolumuzun az qala hər addımı istər Birinci, istərsə
də İkinci Qarabağ müharibəsi dövründə
qanlı döyüşlər gedən yerlərdən
keçirdi. Burada hər dağ, hər dərə
döyüş meydanı olmuşdu, burada torpağın, az
qala, hər qarışında bütün yaşayış
məntəqələrinin azadlığı
üçün canından keçməyə hazır olan Azərbaycan
oğullarının qanı vardır.
Möhtəşəm Şuşa şəhər-qalasının
salındığı dağlıq ərazi unikal qayalıqları
və dərin dərələri ilə adamı heyran edir. Bu,
alınmaz qaladır! Bizim əsgərlərin son müharibədə
göstərdiyi şücaətin mahiyyətini və
miqyasını yalnız bu dağlarda daha aydın başa
düşmək olur. Təbiətin özünün bu şəhəri
qorumaq üçün yaratdığı qala divarlarına bənzər
sıldırım qayalara baxanda Azərbaycan əsgərlərinin
cəsarət və şücaətinə, onların ilahi ədalətə
inanaraq göstərdiyi fədakarlığa bir daha heyran
qalırsan.
Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin
Ali Baş Komandanının ünvanına səmimi minnətdarlıq
hisslərini gizlədə bilmirsən. Qarabağ
torpaqlarını işğaldan azad etmək üçün
göstərdiyi əzm və dəyanətə, ordumuzu istər
siyasi cəhətdən, istərsə də hərbi-texniki
baxımdan yüksək peşəkarlıqla
hazırladığına, əsgər və zabitlərimizdə
böyük Zəfərə inam yaratdığına görə...
Təbii ki, bütün bunlar Azərbaycan xalqının
öz liderinə göstərdiyi tükənməz etimad və
etibarın nəticəsində mümkün oldu.
...İndi Qarabağ yaralarını sağaldır və
bu torpaqlara həyat qayıdır. Şuşada və
Laçında təzəcə sahmana düşən
gündəlik həyat göz oxşayır.
İşğaldan azad olunmuş ərazilərə ölkənin
hər yerindən indi, hələ
ki, turist kimi səfər etmək istəyən
soydaşlarımızın sayının günbəgün
artması xüsusilə diqqətəlayiqdir. İnsanlar bura
ailəliklə gəlirlər, iş yoldaşları ilə səfər
edirlər. Bütün bunlar isə onu göstərir ki, biz
hamımız doğma yurdumuzun bu guşələri
üçün darıxmışıq. Ona görə də
bu torpaqlar indi bizi onu düşmən tapdağı altında
qoymayan xeyirxah övladları kimi bütün təbii səxavəti
ilə mehribanlıqla qarşılayır.
Bu dəfə ziyarət edə bildiyim
Şuşanın, Laçının, Hadrutun ecazkar təbiəti
adamı heyran edir, heyrətləndirir və
qürurlandırır. Regionda gedən möhtəşəm
tikinti-abadlıq işləri, yeni yaşayış məntəqələrinin,
evlərin, inzibati binaların, sənaye obyektlərinin,
yolların, elektrik xətlərinin, su kəmərlərinin
yaradılmasına qeyri-standart yanaşma xüsusilə
sevindiricidir. Dağların altından çəkilən
möhtəşəm tunellər daha çox heyrət
doğurur...
Hiss olunur ki, bu torpaqların əsl sahibləri
qayıdıb və onlar, nəhayət, öz
yurdlarını qaydaya salır, abadlaşdırırlar.
Şuşa və Laçın Azərbaycan
memarlığının ənənələri nəzərə
alınmaqla müasir və orijinal üslubda yenidən qurulur.
İşğaldan azad edilmiş bütün ərazilərdə
salınan şəhər və kəndlərin hamısı
milli şəhərsalma ənənələrinə uyğun
olaraq məhz belə gözəl görünməlidir.
Sevindirici haldır ki, dövlət öz vətəndaşlarının
doğma yurda ləyaqətlə qayıtması
üçün onları belə müasir evlərlə təmin
etmək siyasəti yürüdür.
...Səfərimizin növbəti ünvanı qədim
Xankəndidir. Etiraf edim ki, bu şəhərdə ziddiyyətli
hisslər keçirdim. Biz otuz ildən də qabaq
hamımız üçün şər yuvasına
çevrilmiş bu şəhərə Ağdam və
Şuşadan sonra getdik. Nankor qonşularımızın
hansı saxta fakt və sənədlərə əsaslanmasına
baxmayaraq, biz tarixi yaxşı bilirik və bilirik ki, bu yerlər
tarixən bizə məxsus olub. Açığını
deyim ki, xalqımıza qarşı ən iyrənc vəhşiliklərin
planlaşdırıldığı və həyata
keçirildiyi, azərbaycanlıların evlərinin
yandırılması və dağıdılması barədə
əmrlərin verildiyi bu şəhəri sevə bilmədim.
Sevə bilmədim ona görə ki, gözümün
qabağında bu şəhərdən Ballıqaya,
Qaradağlı, Kərkicahan kimi yaşayış məntəqlərində
dinc əhalinin məhv edilməsi barədə verilən əmr
və göstərişlər, Xocalı genosidi haqqında qərarlar
canlandı... Bura hələ mənfur Stepanın adını
daşıyan illərdə bu şəhərdə
ağalıq edən caniləri xatırladım... O illərdə
xaricdən bu şəhərə, bu şəhərdəkilərə
göndərilən qanlı ssenarilər yadıma
düşdü.
Bu şəhərə külli miqdarda vəsait,
silah-sursat, hərbi texnika axdığı, buranın narkotika
ticarətinin və
qaçaqmalçılığının mərkəzinə
çevrildiyi illərə qayıtdım.
Bütün bunlara baxmayaraq, şəhərin
küçə və meydanlarını gəzib
dolaşdıq. Mənfur "miatsum" zamanının
televiziya süjetlərindən tanıdığımız
yerlərə və inzibati binalara, yalançı təbliğatla
erməni millətindən olan Azərbaycan vətəndaşlarının
bizə qarşı şər-böhtan kampaniyası
apardığı küçələrə baxdıq. Ermənistandan
və başqa ölkələrdən göndərilən
ekstremist-emissarların vaxtilə burada sığınacaq
tapan, Azərbaycanın çörəyini yeyən
soydaşlarını qanlı döyüşlərə
hazırladıqları və indi qapıları taybatay
açıq qalmış villalarını gördük. Bu
emissarlar vaxtilə Qarabağda yaşayan ermənilərə
elədiyimiz yaxşılığın müqabilində evlərimizə
dəhşətli hüzn və əvəzolunmaz itkilər,
saysız ağrı-acılar gətirməklə "təşəkkür"
etdilər.
Amma xoşbəxtlikdən bütün bunlar arxada
qalıb.
Bu gün biz qürur hissi keçiririk ki, şanlı
ordumuz bu yerləri düşməndən təmizləməyə
müvəffəq oldu. Qürur hissi keçiririk ki, vaxtilə
Pənahəli xanın tövlələri və
yardımçı təsərrüfatı yerləşdiyinə
görə Xankəndi adı almış yaşayış məntəqəsinin
qədim adı bərpa olundu.
1828-1830-cu illərdə Azərbaycana
köçürülən ermənilər, bu şəhər
təcavüzkar separatizm və xəyanət mərkəzinə
çevirilənə qədər, burada rahat yaşayıblar,
işləyiblər, övlad böyüdüblər. Amma
sonradan həmin övladlar xəyanət yolu tutmaqla qanlı
faciələrin icraçısına çevrildilər.
Üstündə belə neqativ yaşatmış şəhərdə
gəzmək ona görə ürəyimcə olmadı.
Amma bir şeyə tam əminlik yarandı. Əmin
oldum ki, vaxtilə evlərini ağır təzyiq altında tərk
etmək məcburiyyətində qalan azərbaycanlıların
hamısı çox tezliklə bura qayıdacaqlar. Bax, bu
şəhərə və onun ətrafına bizim xalqa məxsus
əsl qonaqpərvərlik, xeyirxahlıq, firavanlıq, ürək
genişliyi də o vaxt qayıdacaq.
Bu gün Azərbaycan bizə təkcə
dağıntıları bərpa etmək deyil, həm də
milli birliyimizi və qürurumuzu möhkəmləndirmək
imkanı verən tarixi mərhələsini yaşayır. Bərpa
edilən hər bina, yeni salınan hər yol xoşbəxt gələcəyə
doğru bir addımdır.
Biz firavanlığa və sabitliyə, sülhə və
quruculuğa sadiqliyimizi regionun bərpasında, doğma
torpaqlarımızın dirçəlişində fəal
iştirakımızla sübut edirik. Xalqımızın
gücü və öz ölkəsinin işıqlı gələcəyinə
inamı sayəsində Qarabağa həyat qayıdır.
Özü də əbədi olaraq qayıdır...
Xanlar ZİYADOĞLU
Əməkdar mədəniyyət işçisi
525-ci qəzet .-2024.- 7 sentyabr.(№162).- S.10-11.