Yaşayan füzulişünaslıq abidəsi - Məhəmməd Füzuli-530

 

Da­hi Azər­bay­can şai­ri Mə­həm­məd Fü­zu­li­nin hə­ya­tı və ya­ra­dı­cı­lı­ğı şai­rin hə­lə özü­nün ya­şa­dı­ğı dövr­dən eti­ba­rən öy­rə­nil­mə­yə baş­lan­mış­dır. XVI əsr­dən baş­la­ya­raq XX əs­rə qə­dər mey­da­na çıx­mış elə bil təz­ki­rə gös­tər­mək müm­kün de­yil­dir ki, ora­da Mə­həm­məd Fü­zu­li­dən bəhs olun­ma­sın. Mə­həm­məd Fü­zu­li ir­si­nin təd­qi­qin­də təz­ki­rə­çi­lik­dən el­mi təd­qi­qa­ta ke­çid XX əs­rin əv­vəl­lə­rin­də baş ver­miş və son yü­zil­lik­də bu sa­hə­də mü­hüm el­mi nai­liy­yət­lər əl­də olun­muş­dur. Gör­kəm­li ya­zı­çı və ədə­biy­yat­şü­nas Mir Cə­lal Pa­şa­ye­vin 1938-ci il­də na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı ki­mi mü­da­fiə olun­muş və ilk də­fə 1958-ci il­də aka­de­mik Hə­mid Aras­lı­nın re­dak­tor­lu­ğu ilə ki­tab ha­lın­da nəşr edil­miş “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sı Azər­bay­can­da fun­da­men­tal Fü­zu­li­şü­nas­lı­ğın tə­məl ki­tab­la­rın­dan bi­ri­dir.

Mə­həm­məd Fü­zu­li­dən bəhs edən ək­sər mü­əl­lif­lər onun “Elm­siz şe­ir əsa­sı yox, di­var olur” ki­mi şai­rin el­mə mü­na­si­bə­ti­ni ifa­də edən mə­qa­ma diq­qət ye­tir­miş­lər. La­kin ilk də­fə ola­raq Mir Cə­lal Pa­şa­yev bö­yük şe­ir us­ta­dı Mə­həm­məd Fü­zu­li­dən həm də alim ki­mi söz aç­mış­dır. Əl­bət­tə, Mə­həm­məd Fü­zu­li din, dil, döv­ran, fə­lək və şa­ir, qə­zəl haq­qın­da həm də mü­kəm­məl el­mi söz de­miş mü­tə­fək­kir şəx­siy­yət­dir. Mə­həm­məd Fü­zu­li­ni “Ca­va­hi­ra­tı elm­dən” də­rin­dən xə­bər­dar olan alim ki­mi sə­ciy­yə­lən­di­rən Mir Cə­lal mü­ra­ci­ət et­di­yi möv­zu ilə əla­qə­dar ola­raq, onun şe­ir sə­nə­ti­nə da­ir el­mi ba­xış­la­rı­nı sis­tem­li şə­kil­də araş­dı­rıb, şai­rin poe­ti­ka sa­hə­sin­də­ki xid­mət­lə­ri haq­qın­da ümu­mi­ləş­di­ril­miş el­mi tə­səv­vür ya­rat­mış­dır. Mə­həm­məd Fü­zu­li­nin ümu­miy­yət­lə şe­ir sə­nə­ti, xü­su­sən də söz, qə­zəl jan­rı, şai­rin ədə­bi ic­ti­mai möv­qe­yi, məz­mun­la for­ma­nın vəh­də­ti, bə­dii tə­xəy­yül, ta­ri­xi möv­zu və müa­sir ya­naş­ma və sa­ir ki­mi mə­sə­lə­lər haq­qın­da­kı fi­kir­lə­ri­ni Mir Cə­lal mü­əl­lim us­tad şai­rin öz söz­lə­rin­dən is­ti­fa­də et­mək­lə ob­yek­tiv şə­kil­də də­yər­lən­dir­miş və bu mə­sə­lə­lə­rə mü­na­si­bət­də us­tad şai­rin həm də döv­rü­nün söz xi­ri­da­rı olan alim ki­mi çı­xış et­di­yi qə­naə­ti­nə gəl­miş­dir. Mir Cə­lal mü­əl­lim haq­lı ola­raq be­lə fi­kir­də ol­muş­dur ki, Mə­həm­məd Fü­zu­li­nin “Söz” qə­zə­li mü­kəm­məl bir ədə­biy­yat­şü­nas­lıq nü­mu­nə­si­dir. O, həm­çi­nin Mə­həm­məd Fü­zu­li­nin bö­yük qə­zəl us­ta­dı ol­maq­la bə­ra­bər, həm də də­rin bi­li­yə ma­lik ma­hir bir qə­zəl nə­zə­riy­yə­çi­si ol­du­ğu­nu da is­bat et­miş­dir. Bütün bun­lar isə Mə­həm­məd Fü­zu­li­nin öz döv­rü­nün mü­kəm­məl bir ədə­biy­yat nə­zə­riy­yə­çi­si ol­du­ğu­nu de­mə­yə əsas ve­rir.

Mə­lum ol­du­ğu ki­mi, Fü­zu­li eş­qi­nin məz­mu­nu və ma­hiy­yə­ti mə­sə­lə­si də XX əsr Fü­zu­li­şü­nas­lı­ğın­da mü­ba­hi­sə­li möv­zu­lar­dan bi­ri ol­muş­dur. Bir çox təd­qi­qat­çı­lar Fü­zu­li­nin eşq mə­sə­lə­si­nə mü­na­si­bə­tin­dən söz açar­kən onun “pla­to­nik eşq”in tə­rən­nüm­çü­sü ol­ma­sı qə­naə­ti­nə üs­tün­lük ver­miş­lər. Azər­bay­can fü­zu­li­şü­nas­lı­ğın­da ilk də­fə ola­raq Mir Cə­lal Pa­şa­yev Mə­həm­məd Fü­zu­li eş­qi­nin hə­ya­ti əsas­la­ra ma­lik olan dün­yə­vi eşq ki­mi xa­rak­te­ri­zə et­miş­dir. “Platonik eşq” məsələsinin populyazrlqı qazandığı dövrdə Mir Cəlal Paşayevin Füzuli eşqinin həyati və dünyəvi eşq olduğunu bəyan etməsi bu məsələdə füzulişünaslığın  səmtini dəyişdirən mühüm elmi-nəzəri müddəa olmuşdur: “Fü­zu­li­nin eş­qi əsa­sən re­al, mad­di, in­sa­ni, hə­qi­qi eşq­dir. Bu­ra­da­kı aşiq də, mə­şuq də “fə­lək­lər, mə­lək­lər” alə­min­dən gəl­mə yox, ic­ti­mai mü­na­si­bət­lə­rin məh­su­lu, can­lı in­san­dır. On­la­rın yük­sək mə­nə­vi hə­ya­tı ol­du­ğu ki­mi, adi, tə­bii məi­şət hə­yat­la­rı da var­dır… Fü­zu­li eş­qi­nin məz­mu­nu də­rin, də­rə­si isə ge­niş­dir. Fü­zu­li­nin eş­qi əsir­lik bil­mə­yən, din eh­ka­mı və adət­lər çər­çi­və­si­nə sığ­ma­yan, an­caq yük­sək mə­nə­viy­yat­lı bir in­sa­nın da­xi­li eh­ti­yac və mə­nə­vi tə­ləb­lə­rin­dən do­ğan od­lu, azad, qa­nad­lı bir eşq­dir”.

Sə­nət­kar­lıq ba­xı­mın­dan Mə­həm­məd Fü­zu­li­nin türk-mü­səl­man dün­ya­sı ədə­biy­ya­tın­da gör­kəm­li yer tut­ma­sı qə­naə­ti ge­niş mə­na­da şərq­şü­nas­lıq­da da, Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da da qə­bul edil­miş ob­yek­tiv el­mi re­al­lıq­dır. Bu­nun­la be­lə, bə­dii təs­vir və ifa­də va­si­tə­lə­rin­dən is­ti­fa­də, şe­ir­lə­rin­də mə­caz­la­rın ori­ji­nal­lı­ğı və zən­gin­li­yi dö­nə-dö­nə eti­raf edil­sə də, sə­nət­kar­lıq, poe­ti­ka cə­hət­dən xü­su­si ak­tu­al­lıq kəsb edən bu mə­sə­lə uzun dövr ər­zin­də ay­rı­ca bir təd­qi­qa­tın möv­zu­su ol­ma­mış­dır. Azər­bay­can ədə­biy­yat­şü­nas­lıq el­min­də ilk də­fə ola­raq Mir Cə­lal Pa­şa­yev Mə­həm­məd Fü­zu­li yaradıcılığının sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni ədə­biy­yat­şü­nas­lıq təd­qi­qat­la­rı­nı diq­qət mər­kə­zi­nə çək­miş­dir. Fik­ri­miz­cə, Mir Cə­lal Pa­şa­ye­vin na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı ki­mi yaz­dı­ğı təd­qi­qa­tı­nı “Fü­zu­li sə­nət­kar­lı­ğı” ad­lan­dı­rıl­ma­sı tə­sa­dü­fi ol­ma­yıb, təq­dim olu­nan əsə­rin ək­sər fə­sil­lə­rin­də da­hi şai­rin fər­di özü­nə­məx­sus­lu­ğun­dan, sə­nət­də gös­tər­di­yi fərq­li şü­ca­ət­dən bəhs edil­di­yi­ni özün­də bir­ləş­di­rir. Do­ğur­dan da, “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sı tam mə­na­da Fü­zu­li­nin poe­ti­ka­sı­na həsr edil­miş mö­tə­bər nə­zə­ri əsər­dir. Hət­ta mo­noq­ra­fi­ya­da­kı ilk ba­xış­dan da­ha çox ədə­biy­yat ta­rix­çi­li­yi tə­əs­sü­ra­tı ya­ra­dan “Ni­za­mi və Fü­zu­li” “Öl­məz Mə­həb­bət das­ta­nı”, “Rin­dü və Za­hid”, “Bə­dii nəs­ri” ad­lan­dı­rı­lan böl­mə­lər­də də Mir Cə­lal Pa­şa­yev möv­zu­ya da­ir ədə­biy­yat ta­ri­xi­nə aid mə­lu­mat­la­rı nə­zə­rə çat­dır­dıq­dan son­ra, mə­sə­lə­nin poe­ti­ka­sı­nı, sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni ön möv­qe­yə çək­miş­dir. Mir Cə­lal Pa­şa­ye­və gö­rə, Mə­həm­məd Fü­zu­li ya­ra­dı­cı­lı­ğı möv­zu­sun­dan və jan­rın­dan ası­lı ol­ma­ya­raq, bü­töv­lük­də ədə­biy­yat­da in­san­lı­ğın ma­hiy­yə­ti­ni “Zən­gin, ən­gin və rən­gin” şə­kil­də, bən­zər­siz su­rət­də açıb təq­dim edən na­dir sə­nət nü­mu­nə­si­dir. Məhz ya­ra­dı­cı­lı­ğın­da­kı ori­ji­nal ide­ya-sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­nə gö­rə Mir Cə­lal Pa­şa­yev bö­yük Azər­bay­can şai­ri Mə­həm­məd Fü­zu­li­ni ge­niş mə­na­da “Li­rik şei­ri­mi­zin ata­sı” miq­ya­sın­da qiy­mət­lən­di­rir: “Fü­zu­li­nin bö­yük sə­nət­kar­lıq hü­nə­ri ora­sın­da­dır ki, o, iş­lən­miş söz, is­ti­fa­də for­ma­la­rı­na tam ye­ni, ori­ji­nal şə­kil, ye­ni mə­na, ye­ni məz­mun və xa­rak­ter ve­rir… Pred­me­tə, ob­yek­tə, hə­ya­ti ha­di­sə­yə heç bir şai­rin ya­naş­ma­dı­ğı bir də­qiq­lik­lə ya­na­şır. Pred­me­tə ya­na­şan­da onun köl­gə­də qal­mış bə­dii fa­nar­la hə­lə in­di­yə qə­dər işıq­lan­dı­rıl­ma­mış tə­rəf­lə­ri­ni işıq­lan­dı­rır. Bu­na gö­rə də bö­yük şai­rin sə­nə­ti ha­mı­dan fərq­lə­nir, su­rət­lə­ri, hət­ta za­hi­rən tək­rar gö­rü­nən bə­dii su­rət­lə­ri də tam ori­ji­nal, ta­mam müs­tə­qil xa­rak­ter da­şı­yır. Bu­na gö­rə də Fü­zu­li haq­lı ola­raq li­rik şei­ri­mi­zin (ədə­biy­ya­tı­mı­zın – İ.H.) ata­sı sa­yı­lır. O, ədə­biy­yat ta­ri­xi­miz­də qəlb alə­mi­nə va­qif olan və bu alə­min hə­ya­tı hər­tə­rəf­li, xü­su­si ba­ca­rıq­la, gö­zəl və şi­rin bir for­ma­da ifa­də edən da­hi şa­ir­dir.”

Mir Cə­lal mü­əl­lim haq­lı ola­raq Mə­həm­məd Fü­zu­li­nin sə­nət­kar­lı­ğı­nı onun əsər­lə­ri­nin di­li ilə üz­vi əla­qə­də araş­dır­maq­la ümu­mi­ləş­di­ril­miş nə­ti­cə­lər çı­xar­mış­dır. Bu ona gö­rə doğ­ru el­mi ya­naş­ma­dır ki, sə­nət­kar­la­rın əsər­lə­rin­də­ki bə­dii təs­vir və ifa­də va­si­tə­lə­ri on­la­rın mən­sub ol­duq­la­rı xal­qın di­li­nin zən­gin­li­yi­nin, poe­tik im­kan­la­rı­nın ge­niş­li­yi­nin bə­dii ifa­də­sin­dən iba­rət­dir. Mə­caz­lar xalqın di­li­nin da­xi­li zən­gin­li­yi­nin şa­ir tə­rə­fin­dən ob­raz­lı şə­kil­də ifa­də­si va­si­tə­si­lə ya­ra­dı­lan təs­vir va­si­tə­lə­ri­dir. Bu ba­xım­dan Mir Cə­lal Pa­şa­ye­vin Fü­zu­li­nin şei­ri­nin sə­nət­kar­lı­ğı­nın öy­rə­nil­mə­si­nə şai­rin əsər­lə­ri­nin bə­dii dil xü­su­siy­yət­lə­ri­nin araş­dı­rıl­ma­sı ilə bir­lik­də, vəh­dət­də bax­ma­sı ob­yek­tiv el­mi ya­naş­ma­dır. Mir Cə­la­lın ya­naş­ma­la­rın­da dil ağa­cın göv­də­si, mə­caz­lar isə onun bu­daq­la­rı, yar­paq­la­rı və çi­çək­lə­ri­dir. Ona gö­rə də Mir Cə­la­lın Mə­həm­məd Fü­zu­li­si Azər­bay­can xal­qı­nın mil­li mə­nə­viy­ya­tı­nın, di­li­mi­zin bağ­rın­dan qo­pa­raq, qey­ri-adi də­rə­cə­də ob­raz­lı dü­şün­mək və tə­rən­nüm et­mək is­te­da­dı­na ma­lik olan qüd­rət­li sə­nət­kar­lıq nü­mu­nə­si­dir.

Azər­bay­can di­lin­də ya­ra­nan poe­zi­ya XI­II əsr­dən eti­ba­rən ya­ra­nıb in­ki­şaf et­sə də, XVI əsr­də Mə­həm­məd Fü­zu­li türk di­li­nin-ana di­li­nin ge­niş və zən­gin da­xi­li im­kan­la­rı əsa­sın­da yüksək poeziya standartı ya­rat­maq­la Azər­bay­can ədə­biy­ya­tı­nı xa­ri­ci dil­lə­rin mo­no­po­li­ya­sın­dan bir­də­fə­lik xi­las et­mək və­zi­fə­si­ni ümum­mil­li mis­si­ya ki­mi qə­bul et­miş və ye­ri­nə ye­tir­miş­dir. Mir Cə­la­lın bil­dir­di­yi ki­mi, “ona gö­rə də bö­yük şa­ir Azər­bay­can di­lin­də in­cə şe­ir yaz­ma­ğın hü­nər is­tə­di­yi­ni”, – de­yir və özü bu hü­nə­ri əməl­də bü­tün par­laq­lı­ğı ilə gös­tə­rir­di... Fü­zu­li şei­rin­də ərəb və fars kəl­mə­lə­ri­nin bol­lu­ğu­na bax­ma­ya­raq, dil öz qu­ru­lu­şu, sis­te­mi, bə­dii­li­yi, sə­hih­li­yi eti­ba­ri­lə an­la­şıq­lı və sa­də­dir. Mir Cə­lal ilk də­fə yaz­mış­dır ki, “Fü­zu­li şei­rin­də di­lin xalq ru­hu, xalq ifa­də for­ma­la­rı, hət­ta çox yer­də can­lı da­nı­şıq di­li­nin xü­su­siy­yət­lə­ri sax­la­nıl­mış­dır”. Aşa­ğı­da­kı ümu­mi­ləş­di­ril­miş nə­zə­ri qə­na­ət də Mə­həm­məd Fü­zu­li­nin di­li­nə mü­na­si­bət­də ye­ni və ger­çək el­mi ba­xı­şın ifa­də­si­dir: “Fü­zu­li yal­nız özün­dən əv­vəl­ki klas­sik şe­ir di­li­nə, ədə­bi di­lə yox, ...ən çox xalq di­li­nə əsas­lan­mış­dır”. Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğın­da məhz Mir Cə­lal mü­əl­lim ilk də­fə Mə­həm­məd Fü­zu­li­nin ədə­bi di­li­mi­zə gə­tir­di­yi “qa­baq”, “quy­maq”, “ip­lik”, “yas­dıq”, “baş­maq”, “bir­çək”, “ça­nax” və sa­ir ki­mi xalq danışıq dilində işlədilən söz­lə­ri se­çib tap­mış, on­dan əv­vəl ana di­li­miz­də ya­zan şa­ir­lə­rin əsər­lə­ri­nin lü­ğət tər­ki­bi ilə mü­qa­yi­sə edə­rək, şai­rin azər­bay­can­lı ol­ma­sı haq­qın­da qə­ti fi­kir söy­lə­miş­dir. Mə­həm­məd Fü­zu­li­nin Azər­bay­can ata­lar söz­lə­ri və mə­səl­lə­rin­dən, söz bir­ləş­mə­lə­rin­dən ya­ra­dı­cı şə­kil­də fay­da­lan­ma­sı is­te­da­dı­nın Mir Cə­lal Pa­şa­yev şərh­lə­ri us­tad sə­nət­ka­rın ana di­li fəl­sə­fə­si­ni tam ola­raq ba­şa düş­mə­yə im­kan ya­ra­dır.

Özü­nə­məx­sus mə­caz­lar sis­te­mi ya­rat­ma­sı ba­xı­mın­dan Mə­həm­məd Fü­zu­li­nin tək­rar­sız­lı­ğı “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sı­nın baş möv­zu­su­dur. Mir Cə­lal mo­noq­ra­fi­ya­nın “Qə­zəl­lər haq­qın­da”, “Bə­dii dil xü­su­siy­yət­lə­ri”, “Şe­ir mə­də­niy­yə­ti-tex­ni­ka”, “Bə­dii mən­tiq”, “Li­ri­ka” ki­mi böl­mə­lə­rin­də Fü­zu­li sə­nət­kar­lı­ğı­nın şah da­ma­rı olan bə­dii təs­vir və ifa­də va­si­tə­lə­rin­dən ya­ra­dı­cı is­ti­fa­də­nin müx­tə­lif as­pekt­lə­rin­dən yük­sək nə­zə­ri sə­viy­yə­də bəhs et­miş­dir. Fü­zu­li şei­rin­də yük­sək yer tu­tan epi­tet­lə­rin “bü­tün mis­ra bo­yu çə­ki­lən bə­dii löv­hə­yə uy­ğun­lu­ğu” və şai­rin na­dir “epi­tet­li tər­kib­lər” ya­rat­ma­sı­nı mü­şa­hi­də edən Mir Cə­lal nə­zə­ri qə­na­ət­lə­ri­ni onun şe­ir xə­zi­nə­sin­dən al­dı­ğı bə­dii nü­mu­nə­lər əsa­sın­da for­ma­laş­dı­rır. Fü­zu­li­nin şe­ir­lə­rin­də­ki “bə­dii bə­zək­lər­dən” bi­ri olan mü­ba­li­ğə­lə­rin şai­rin ya­ra­dı­cı­lı­ğın­da tut­du­ğu ye­ri və ifa­də et­di­yi mə­na­la­rı izah et­mək üçün “Ley­li və Məc­nun” poe­ma­sın­dan se­çib təh­li­lə cəlb et­di­yi “Səh­ra­ya dü­şüb gü­nəş mi­sa­lı, tən­ha yü­rür ol­du laü­ba­lı” bey­ti ilə baş­la­nan par­ça­da­kı mü­ba­li­ğə­lə­rə da­ir ver­di­yi açıq­la­ma həm bö­yük li­ri­ka us­ta­dı­nın əl­çat­maz sə­nət­kar­lı­ğı­nı və həm də Mir Cə­lal Pa­şa­ye­vin bə­dii mət­nin nə­zə­ri dər­kin­də və şər­hin­də gös­tər­di­yi el­mi mə­ha­rə­ti əya­ni şə­kil­də nə­zə­rə çat­dı­rır. Mir Cə­lal Pa­şa­ye­vin şər­hin­də “Ley­li və Məc­nun” poe­ma­sın­dan se­çil­miş par­ça­da “Məc­nu­nun göz ya­şı ya­ğış ki­mi, ahı isə il­dı­rım ki­mi tə­sir­li­dir. Bu tə­si­rin şid­də­ti elə­dir ki, “göz ya­şın­dan bir dam­la səh­ra­ya düş­sə, səh­ra­lar də­ni­zə çev­ri­lər. İl­dı­rı­mın bir qı­ğıl­cı­mı dər­ya­la­ra düş­sə, dər­ya­lar səh­ra­ya çev­ri­lər”. Bu izah­lar­da­kı bir dam­la göz­ya­şı­nın səh­ra­la­rı də­ni­zə çe­vir­mək qüd­rə­ti, ya­xud il­dı­rı­mın bir qı­ğıl­cı­mı­nın dər­ya­la­rı səh­ra­ya dön­dər­mək gü­cü haq­qın­da­kı qə­na­ət­lər sa­də ədə­biy­yat­şü­nas gö­zü ilə ba­xan­da təş­beh ki­mi gö­rü­nən bə­dii təs­vir va­si­tə­si­nin əs­lin­də qey­ri-adi bir mü­ba­li­ğə ol­du­ğu­nu el­mi cə­hət­dən təs­diq edir.

Fü­zu­li­nin təş­beh-bən­zət­mə dün­ya­sı haq­qın­da da Mir Cə­la­lın təh­lil­lə­ri şai­rin sə­nət­kar­lı­ğı­nın əl­çat­maz­lı­ğı­nı dərk et­mək üçün çox də­qiq qə­na­ət­lər­dən iba­rət­dir. “Fü­zu­li sə­nət­kar­lı­ğı” ki­ta­bın­da təh­li­li ve­ril­miş çox­say­lı bə­dii nü­mu­nə­lər­də­ki təş­beh­lər­dən bi­ri haq­qın­da­kı el­mi fi­kir­lər us­tad şai­rin da­hi­ya­nə sə­nət­kar­lıq im­kan­la­rı­na ma­lik olan ya­ra­dı­cı bə­dii dü­ha ol­du­ğu­nu mey­da­na qoy­maq ba­xı­mın­dan də­rin və əsas­lı mü­la­hi­zə­lər­dən yoğ­rul­muş­dur. “Bül­bü­lü qəm­zə­də­yəm, ba­ği-ba­ha­rım sən­sən, Də­hə­mi qəd­dü rü­xün qön­çə­vü sər­vü sə­mə­nim” bey­tin­də Fü­zu­li­nin sil­si­lə təş­beh­lər ya­rat­maq is­te­da­dı­nı Mir Cə­lal əsl alim ola­raq açıb aşa­ğı­da­kı ki­mi ay­dın­laş­dır­mış­dır: “Bu ki­çik beyt­də sö­zə son də­rə­cə qə­na­ət­lə bə­ra­bər, beş qüv­vət­li təş­beh ve­ril­miş­dir. Nis­bə­tən “həm­cins” olan bu təş­beh­lə­rin ya­na­şı ya­zıl­ma­sı ilə ye­nə ma­raq­lı bir bə­dii löv­hə ya­ra­dıl­mış olur: şa­ir bül­bül­dür, mə­şu­qə ba­har ba­ğı­dır. Mə­şu­qə­nin do­daq­la­rı ba­ğın qön­çə­si­dir, bo­yu ba­ğın sər­vi­dir, üzü isə ba­ğın ya­sə­mə­ni­dir.

Bu da ma­raq­lı­dır ki, şa­ir heç vaxt bən­zə­yən ilə bən­zə­di­lə­ni ya­na­şı yaz­ma­ğı va­cib say­mır. Bu mis­ra­da, ək­si­nə, o, bü­tün bən­zə­yən­lə­ri mis­ra­nın bir tə­rə­fi­nə, bən­zə­di­lən­lə­ri də o bi­ri tə­rə­fi­nə yığ­mış­dır:

...Dəhənü qəddü rüxün

Qönçəvü sərvü səmənim”.

Bü­tün bun­lar­dan son­ra Mir Cə­lal Pa­şa­ye­vin “sil­si­lə təş­beh­lər Fü­zu­li bə­dii di­li­nin ən zən­gin xü­su­siy­yət­lə­rin­dən­dir”, – ki­mi ümu­mi­ləş­di­ril­miş el­mi nə­ti­cə çı­xar­ma­sı el­mi cə­hət­dən çox tə­bii və mən­tiq­li alı­nır. Bü­töv­lük­də isə Mir Cə­la­lın nə­zə­ri qə­na­ət­lə­ri­ni Fü­zu­li şei­ri­nin da­xi­li mən­ti­qi əsa­sın­da for­ma­laş­dır­ma­sı ədə­biy­yat­şü­nas­lıq ba­xı­mın­dan son də­rə­cə zə­ru­ri və əhə­miy­yət­li­dir. Eti­raf edil­mə­li­dir ki, ək­sər hal­lar­da ədə­biy­yat­şü­nas­lar bə­dii mət­nə öz­lə­ri­nin for­ma­laş­dır­dıq­la­rı, ya­xud müx­tə­lif el­mi mən­bə­lər­dən al­dıq­la­rı ha­zır el­mi müd­dəa­lar­da­kı fi­kir­lə­ri təs­diq et­mək üçün, habelə mi­sal, nü­mu­nə gə­tir­mək məq­sə­di­lə mü­ra­ci­ət edir­lər. Be­lə mə­qam­lar­da ha­ra­dan­sa alın­mış və ya uy­du­rul­muş, təx­min edil­miş, irə­li sü­rü­lən nə­zə­ri müd­dəa­nın hər han­sı bir bədii nü­mu­nə ilə təsdiqlənməsi haq­qın­da bəhs edi­lən ya­zı­çı və şai­rin ya­ra­dı­cı­lı­ğı ilə uy­ğun­laş­dı­rıl­sa da, bü­töv­lük­də onun sə­nə­ti­nin ma­hiy­yə­ti ilə tam ola­raq səs­ləş­mə­di­yi­ni də mü­şa­hi­də et­mək müm­kün­dür. Bu cə­hət­dən ümu­miy­yət­lə el­mi əsər­lə­rin­də, o cüm­lə­dən də “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sın­da bö­yük sə­nət­ka­rın özü­nə­məx­sus­lu­ğu haq­qın­da­kı el­mi fi­kir­lə­rin və qə­na­ət­lə­rin onun şe­ir­lə­ri­nin və di­gər janr­lar­da ya­zıl­mış bə­dii əsər­lə­ri­nin da­xi­li mən­ti­qin­dən çı­xa­rı­la­raq for­ma­laş­dı­rıl­ma­sı Mir Cə­la­lın gör­kəm­li bir elm xa­di­mi ki­mi özü­nə­məx­sus­lu­ğu­nu mü­əy­yən edir. Bu­na gö­rə də “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sı sö­zün hə­qi­qi və tam el­mi mə­na­sın­da Mə­həm­məd Fü­zu­li sə­nə­ti­nin ma­hiy­yə­tin­dən do­ğan və şai­rin yal­nız özü­nə məx­sus olan sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni mey­da­na qo­yur. Füzulinin fər­di sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni, məcazlarını hər han­sı bir di­gər şai­rə aid et­mək müm­kün de­yil­dir. ona görə də bu, Fü­zu­li sə­nət­kar­lı­ğı haq­qın­da onun fər­di sə­nət dün­ya­sı­nın işı­ğın­da ya­ra­dıl­mış fərq­li el­mi əsər ki­mi mü­hüm əhə­miy­yə­tə ma­lik­dir. Məhz Azər­bay­can ədə­biy­ya­tı­na bu qə­dər də­rin­dən bə­ləd ol­ma­sı, ya­zı­çı və şa­ir­lə­rin sə­nət alə­min­də­ki fərq­li özü­nə­məx­sus­luq­la­rı­nı gö­rüb qiy­mət­lən­dir­mə­si Mir Cə­lal Pa­şa­ye­vin “Ədə­biy­yat­şü­nas­lı­ğın əsas­la­rı” ki­mi ədə­biy­yat nə­zə­riy­yə­si­nə da­ir qiy­mət­li bir dərs­li­yin, “Azər­bay­can­da ədə­bi mək­təb­lər” miq­ya­sın­da fun­da­men­tal bir mo­noq­ra­fi­ya­nın mey­da­na qo­yul­ma­sı­na gə­ti­rib çı­xar­mış­dır.

Mir Cə­la­lın “Fü­zu­li sə­nət­kar­lı­ğı” ki­ta­bı, ümu­miy­yət­lə eşq şai­ri ki­mi ta­nın­mış, mə­həb­bət li­ri­ka­sı­nın şe­devr­lə­ri­ni ya­rat­mış Mə­həm­məd Fü­zu­li­nin şe­ir dün­ya­sı­nın əha­tə dai­rə­si­nin ge­niş­li­yi haq­qın­da ay­dın el­mi tə­səv­vür ya­ra­dır. İlk də­fə ola­raq Mir Cə­lal Pa­şa­yev sö­zü hə­mi­şə aşi­qa­nə olan Mə­həm­məd Fü­zu­li­nin tə­bi­ət löv­hə­lə­ri və di­ni mə­ra­sim­lər haq­qın­da da ori­ji­nal şe­ir­lər yaz­ma­sı­nı el­mi fik­rin diq­qət mər­kə­zi­nə çək­miş­dir. Mir Cə­lal mü­əl­lim Fü­zu­li şe­ir­lə­ri­ni diq­qət­lə araş­dı­rar­kən yə­qin et­miş­dir ki, “Fü­zu­li şei­rin­də biz gö­zəl tə­bi­ət löv­hə­lə­ri, pey­zaj­lar gö­rü­rük”. Və təd­qi­qat­çı bu qə­naə­tə gəl­miş­dir ki, “Fü­zu­li in­sa­nın, bə­şər gö­zəl­li­yi­nin məf­tu­nu ol­du­ğu ki­mi, zən­gin tə­biə­tin də, tə­bi­ət gö­zəl­lik­lə­ri­nin də məf­tu­nu idi”. Şai­rin ba­ha­ra, pa­yız fəs­li­nə və qış löv­hə­lə­ri­nə həsr et­di­yi şe­ir­ləri onun pey­zaj li­ri­ka­sı­nın da is­te­dad­lı ya­ra­dı­cı­la­rın­dan ol­du­ğu­nu gös­tə­rir. Fü­zu­li­nin mə­həb­bət şe­ir­lə­ri ilə mü­qa­yi­sə­də pey­zaj li­ri­ka­sı nü­mu­nə­lə­ri ge­niş ic­ti­ma­iy­yə­tə və oxu­cu­la­ra, de­mək olar ki, bəl­li ol­ma­dı­ğın­dan Mir Cə­la­lın onun şe­ir xə­zi­nə­sin­dən se­çib yük­sək qiy­mət ver­di­yi ba­ha­ra həsr edil­miş bir şei­ri­ni mü­əy­yən ix­ti­sar­la oxu­cu­la­ra çat­dır­ma­ğı fay­da­lı he­sab edi­rik:

Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var,

Hər tərəf min sərvi-sərsəzü güli-sirabı var.

 

...Bulunur hər dərdə istərsən gülüstanda dəva,

Höqqəsində qönçənin sanki şəfa gülabı var.

 Ğalib olmuş xəlqə zövqi-seyri-gülşən, ğaliba,

Çəkməyə xəlqi bənəvşə zülfünün qullabı var.

Bun­dan baş­qa, Mir Cə­lal Pa­şa­yev Fü­zu­li­nin eşq şe­ir­lə­rin­dən iba­rət olan şe­ir di­va­nın­dan ic­ti­mai məz­mun­lu li­ri­ka nü­mu­nə­lə­ri­ni də se­çib ayır­mış­dır. Mir Cə­la­lın Fü­zu­li li­ri­ka­sı­nın ide­ya-məz­mu­na gö­rə təs­ni­fa­tın­da aşi­qa­nə qə­zəl­lər, təs­vi­ri qə­zəl­lər və mi­na­cat, nət ru­hun­da olan rəs­mi qə­zəl­lər, yə­ni di­ni məz­mun­lu qə­zəl­lər­lə ya­na­şı, ic­ti­mai-fəl­sə­fi qə­zəl­lər də ay­rı­ca is­ti­qa­mət ki­mi qeyd olun­muş­dur. Lakin Mir Cə­lal müəllim o fi­kir­də­dir ki, Fü­zu­li­nin sırf “ic­ti­mai-si­ya­si ha­di­sə­lə­rə, ya fəl­sə­fi bir prob­le­mə həsr olun­muş qə­zəl­lə­ri yox ki­mi­dir”. Şa­ir ic­ti­mai-fəl­sə­fi fi­kir­lə­ri­ni əsa­sən mü­rəb­be, rü­bai, qi­tə ­və qə­si­də­lə­rin­də, poe­ma­la­rın­da ifa­də et­miş­dir. Bu­na bax­ma­ya­raq, Mir Cə­lal az say­da ol­sa da, Fü­zu­li­nin ic­ti­mai-fəl­sə­fi qə­zəl­lə­ri­ni də mü­əy­yən edib, onun bu sa­hə­də­ki ədə­bi xid­mət­lə­ri­nin də el­mi qiy­mə­ti­ni ver­miş­dir. Mir Cə­la­lın təh­lil üçün ayır­dı­ğı bir qə­zə­li­ni də­yər­lən­dir­mə­si Fü­zu­li­nin ic­ti­mai-fəl­sə­fi li­ri­ka sa­hə­sin­də­ki ba­xış­la­rı­nı tam tə­səv­vür et­mə­yə im­kan ya­ra­dır. “Fü­zu­li sə­nət­kar­lı­ğı”nda haq­lı ola­raq Mə­həm­məd Fü­zu­li­nin “hə­yat pi­ya­lə­si­nin üzü üs­tə çev­ril­di­yi­ni” mə­na­lan­dı­ran “Dust bi­pər­va, fə­lək bi­rəhm, döv­ran bi­sü­kun, Dərd çox, həm­dərd yox, düş­mən qə­vi, ta­le zə­bu” bey­ti ilə baş­la­nan qə­zə­li Azər­bay­can poe­zi­ya­sın­da yük­sək sə­nət­kar­lıq­la ya­zıl­mış ic­ti­mai-fəl­sə­fi şei­rə ən mü­kəm­məl nü­mu­nə ki­mi təq­dim olu­nur. Haq­lı ola­raq qeyd olu­nur ki, “möv­zu­nun dai­rə­si nə qə­dər ge­niş ol­sa da, şa­ir va­hid bir bə­dii is­ti­qa­mət ilə ge­də­rək, çox əha­təe­di­ci, ümu­mi­ləş­di­ri­ci və qa­ba­rıq su­rət­də gö­zəçar­pan ob­yekt və va­si­tə­lər alır, bu­nun­la öz fik­ri­ni oxu­cu­ya aşı­la­yır. Möv­zu­su­nun ge­niş­li­yi­nə, fik­rin də­rin­li­yi­nə mü­va­fiq ola­raq şai­rin mis­ra­la­rı çox qı­sa, ifa­də­lə­ri çox konk­ret, ob­raz­la­rı çox ay­dın ve­ril­miş­dir. Bu qə­zə­li oxu­maq­la oxu­cu Fü­zu­li­nin döv­rü, o dövr­də­ki ic­ti­mai mü­na­si­bət, cə­miy­yət hə­ya­tı haq­qın­da tə­səv­vür, mə­lu­mat al­mış olur”.

Qeyd et­mək la­zım­dır ki, Mir Cə­lal Pa­şa­yev Mə­həm­məd Fü­zu­li­nin “Ley­li və Məc­nun” poe­ma­sı­nı ədə­biy­yat ta­rix­çi­li­yi ilə ədə­biy­yat nə­zə­riy­yə­si­nin işı­ğın­da təh­lil et­miş­dir. Mo­noq­ra­fi­ya­da “Ley­li və Məc­nun” poe­ma­sı­nın ya­ran­ma ta­rix­çə­si möv­zu­su və ide­ya­sı, Qey­sin ta­ri­xi şəx­siy­yət olub-ol­ma­ma­sı, Ni­za­mi Gən­cə­vi­nin ey­niad­lı poe­ma­sı haq­qın­da ve­ril­miş mə­lu­mat­lar Mir Cə­la­lın ədə­biy­yat ta­rix­çi­si ki­mi də pro­fes­sio­nal elm xa­di­mi ol­du­ğu­nu gös­tə­rir. La­kin Mir Cə­lal mü­əl­li­min özü­nün də eti­raf et­di­yi ki­mi, “bu yük­sək sə­nət abi­də­si (“Ley­li və Məc­nun poe­ma­sı” – İ.H.) haq­qın­da in­di­yə qə­dər (elə in­di də – İ.H.) çox təd­qi­qat get­miş, çox əsər­lər ya­zıl­mış­dır. An­caq bu­ra­da­kı zən­gin sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni, sə­nə­tin ən ecaz­kar löv­hə­lə­ri­ni təş­kil edən par­laq şe­ir nü­mu­nə­lə­ri­ni, ora­da­kı ya­ra­dı­cı­lıq sir­lə­ri­ni də­rin­dən öy­rən­mə­yə az fi­kir və diq­qət ye­ti­ril­miş­dir”. Bu mə­na­da Mir Cə­lal Pa­şa­ye­vin “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sın­da­kı “Öl­məz mə­həb­bət das­ta­nı” ad­la­nan böl­mə Məm­məd Fü­zu­li­nin “Ley­li və Məc­nun” poe­ma­sı­nın sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­nə həsr edil­miş ilk əhə­miy­yət­li təd­qi­qat­lar­dan bi­ri ki­mi ədə­biy­yat­şü­nas­lıq el­min­də hə­min sa­hə­də möv­cud olan boş­lu­ğu dol­dur­ma­ğa xid­mət edir. Əv­və­la, Mir Cə­lal di­gər poe­ma­lar­dan fərq­li ola­raq, Fü­zu­li­nin “Ley­li və Məc­nun” poe­ma­sı­nın nə­in­ki bə­dii ha­şi­yə­lər və ri­cət­lə­ri ilə hət­ta “alov­lan­maq­da, yan­maq­da olan iki var­lı­ğın qəl­bi­nin sar­sın­tı­la­rı­nı, …. bu aşiq­lə­rin … hü­dud­bil­məz hə­yə­can və tüğ­yan­la­rı­nı təs­vir və tə­rən­nüm edən ru­hi hə­yə­can­la­rın in­ki­şa­fı­nı” əks et­di­rən sü­jet­lə­ri­nə gö­rə də li­riz­min ar­dı­cıl­lı­ğı ilə ya­zıl­mış qey­ri-adi poe­ma ki­mi təq­dim edir. İkin­ci­si, Mir Cə­lal mü­əl­lim “Ley­li və Məc­nun” poe­ma­sın­da Məc­nu­nun di­lin­dən ve­ri­lən qə­zəl­lə­rin, Ley­li­nin oxu­du­ğu və eşit­di­yi tə­ra­nə­lə­rin ob­raz­la­rın xa­rak­ter­lə­ri­ni aç­ma­ğa xid­mət et­mək­lə ya­na­şı, əsə­rin bə­dii tə­sir gü­cü­nü, li­riz­mi­ni da­ha da güc­lən­di­rən poe­tik va­si­tə­lər ol­du­ğu­nu mü­əy­yən et­miş­dir: “Bir qay­da ola­raq poe­ma bo­yun­ca aşiq­lə­rin ha­lı­na mü­va­fiq məz­mun­lu qə­zəl­lər ara-sı­ra sü­je­ti bə­zə­yir. Bu qə­zəl­lər əl­bət ki, öz-öz­lü­yün­də yük­sək şe­ir nü­mu­nə­lə­ri ol­maq­dan baş­qa, gənc­lə­rin fa­ciə­vi sev­gi ma­cə­ra­sı­nın ay­rı-ay­rı xarakter mər­hə­lə­lə­ri­ni əks et­dir­mək cə­hə­tin­dən də çox mü­na­sib və qiy­mət­li­dir”. Nə­ha­yət, üçün­cü­sü isə, “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sın­da “Ley­li və Məc­nun poe­ma­sı poe­ti­ka ba­xı­mın­dan təd­qiq olun­muş, ne­cə de­yər­lər, şai­rin poe­ma jan­rı sa­yə­sin­də­ki sə­nət­kar­lıq alə­mi açı­lıb gös­tə­ril­miş­dir. Ob­raz­la­rın təh­li­lin­də də mü­əl­li­f ori­ji­nal el­mi ümu­mi­ləş­di­ril­miş nə­zə­ri qə­na­ət irə­li sü­rür: “Məc­nun bü­tün var­lı­ğı­nı ca­na­nı yo­lun­da fə­da edən və­fa­dar­dır… Mə­həb­bət nə­in­ki bu su­rət­lə­rin mə­nə­viy­ya­tın­da, hət­ta ümu­mən hə­ya­tın­da da ha­kim hiss və qüv­və­dir. Bö­yük şa­ir epi­zo­dik su­rət­lər­də də sev­gi­nin ecaz­kar qüd­rə­ti­ni, hər şey­dən üs­tün ol­du­ğu­nu, ən yük­sək mə­na kəsb et­di­yi­ni gös­tə­rir”.

“Fü­zu­li­də al­le­qo­ri­ya” fəs­lin­də al­le­qo­ri­ya­nın ədə­bi ter­min ki­mi mə­na­sı və Şərq ədə­biy­ya­tın­da­kı ye­ri açıq­lan­dıq­dan son­ra Mə­həm­məd Fü­zu­li­nin al­le­qo­rik əsər­lə­rin­dən ge­niş söz açıl­mış­dır. Mo­noq­ra­fi­ya­da Fü­zu­li­nin “Səh­hət və Mə­rəz”, “Bəng və Ba­də”, “Həft cam” (“Şaqi­na­mə”) ki­mi al­le­qo­rik əsər­lə­ri haq­qın­da ümu­mi mə­lu­mat ve­ril­miş, la­kin “Həft cam” poe­ma­sı ge­niş təh­lil olun­muş­dur. “Fü­zu­li sə­nət­kar­lı­ğı”nın ya­zıl­dı­ğı dövr­də Fü­zu­li­nin “Söh­bə­tül-əs­mar”, (“Mey­və­lə­rin söh­bə­ti”) ad­lı al­le­qo­rik əsə­ri elm alə­mi­nə bəl­li ol­ma­dı­ğı üçün mo­noq­ra­fi­ya­da on­dan söz açıl­ma­mış­dır. “Həft cam” (“Şa­qi­na­mə”) al­le­qo­rik əsə­ri­ni se­çib ayır­ma­sı isə Mir Cə­la­lın özü­nün yaz­dı­ğı ki­mi, hə­min əsə­rin Fü­zu­li­nin al­le­qor­ya sa­hə­sin­də­ki us­ta­lı­ğı­nı və ori­ji­nal­lı­ğı­nı sü­but et­mək­dən baş­qa, bir də ona gö­rə ma­raq­lı­dır ki, şai­rin müa­sir elm­lə­rə, nə­zə­riy­yə­lə­rə nə də­rə­cə­də də­rin­dən va­qif ol­du­ğu­nu, re­al hə­ya­ti, bö­yük əx­la­qi nə­ti­cə­lər çı­xa­rıb təb­liğ et­di­yi­ni, ha­be­lə sə­nət, mu­si­qi haq­qın­da is­lam eh­ka­mı­nı çox mə­ha­rət­li bir şə­kil­də … dəf et­di­yi­ni də gös­tə­rir”. Ədə­biy­yat­şü­nas­lıq el­min­də klas­sik Şərq ədə­biy­ya­tın­da “Şah­na­mə”lə­rin, “İs­kən­dər­na­mə”lə­rin dəb­də ol­du­ğu bir vaxt­da Fü­zu­li­nin “Sa­qi­na­mə” ki­mi öz döv­rü üçün “təh­lü­kə­li möv­zu­da” əsər yaz­ma­sı Fü­zu­li­nin dün­yə­vi ba­xış­la­rı ilə əla­qə­lən­di­ril­miş­dir. La­kin Mir Cə­lal XX əs­rin əl­lin­ci il­lə­rin­də nə qə­dər çə­tin ol­sa da, açıq və qə­ti şə­kil­də gös­tə­rir ki, “Fü­zu­li ate­ist ol­ma­mış­dır, di­nə, xü­su­sən is­lam eh­ka­mı­na inan­mış­dır… An­caq şai­rin din təb­li­ğat­çı­la­rı­na, bu sa­vad­lı fı­rıl­daq­çı­la­ra, di­ni eh­ka­mın ic­ra­sın­da gör­dü­yü rə­za­lət­lə­rə olan nif­rə­ti də ar-aş­kar bir hə­qi­qət­dir”. Ye­ri gəl­miş­kən, qeyd et­mə­yi la­zım bi­li­rəm ki, Mir Cə­lal mü­əl­li­min Mə­həm­məd Fü­zu­li­nin di­nə mü­na­si­bə­ti haq­qın­da so­vet-ate­ist hö­ku­mə­ti­nin din əley­hi­nə mü­ba­ri­zə apar­dı­ğı dövr­də irə­li sür­dü­yü mo­del bi­zim gün­lər üçün də qə­bul edi­lən­dir. Hər kə­sə mə­lum­dur ki, “Kö­nül səc­ca­də­yə bas­ma ayaq, təs­bi­hə əl vur­ma, məs­ci­də bas­ma ayaq, na­maz əh­li ilə otur­ma-dur­ma” ki­mi beyt­lə­rin­də ifa­də olu­nan fi­kir­lə­ri nə­zə­rə ala­raq Mə­həm­məd Fü­zu­li­nin so­vet döv­rün­də ate­ist şa­ir ki­mi gös­tər­mə­yə cəhd edil­miş­dir. Müs­tə­qil­lik döv­rün­də isə di­ni mo­tiv­li şe­ir­lə­ri­nə, mə­sə­lən, ra­ma­zan bay­ra­mı­nı tə­rif et­di­yi qə­zə­li­nə gö­rə Fü­zu­li­ni din­dar şa­ir ola­raq təq­dim et­mək cəhd­lə­ri var­dır. Bu ba­xım­dan, Mir Cə­la­lın mü­əy­yən et­di­yi “dün­yə­vi ba­xış­la­ra ma­lik olan din­dar şa­ir” for­ma­tı Mə­həm­məd Fü­zu­li­nin di­nə mü­na­si­bə­ti­ni də­qiq mü­əy­yən edir. Ora­sı­nı da qeyd et­mə­mək ol­maz ki, nə “Fü­zu­li sə­nət­kar­lı­ğı” ki­ta­bı­nın ya­zıl­dı­ğı 1938-ci il­də və nə də mo­noq­ra­fi­ya ki­mi nəşr edil­di­yi 1958-ci il­də hər han­sı baş­qa bir sə­nət­kar­dan, o cüm­lə­dən də Mə­həm­məd Fü­zu­li­dən “dün­yə­vi ba­xış­la­ra ma­lik din­dar şa­ir” ola­raq söz aç­maq heç də asan mə­sə­lə de­yil­di. Mir Cə­lal mü­əl­li­min mə­sə­lə­ni ay­dın­laş­dır­maq üçün “Həft cam” (“Yed­di cam” – “Sa­qi­na­mə”) əsə­ri­nə is­ti­nad et­mək­lə heç bi­ri­ni tən­qid et­mə­dən va­iz­lə şai­rin di­nə və mu­si­qi­yə mü­na­si­bət­lə­ri­ni ay­dın­laş­dır­maq pri­yo­mu əsa­sın­da yum­şaq şə­kil­də irə­li sür­dü­yü “Dün­yə­vi fi­kir­li din­dar şa­ir” for­ma­tı döv­rün sen­zu­ra­sı­nın da üs­tün­dən ke­çə bi­lə­cə­yi mü­la­hi­zə ol­muş­dur. “Sa­qi­na­mə” poe­ma­sı­nın təh­li­li pro­se­sin­də də Mir Cə­lal əsas diq­qə­ti al­le­qo­rik şə­kil­də al­tı “həm­dəm” say­dı­ğı mu­si­qi alət­lə­ri­nə və mü­trüb­lə dia­lo­qa, ta­ri­xi əh­va­lat­la­rın gün­də­mə gə­ti­ril­mə­si­nin təh­li­li­nə yön­lən­dir­mək­lə di­ni mo­tiv­lə­rə mü­na­si­bət bil­dir­mək­dən san­ki yan keç­mə­yə ça­lış­mış­dır. Həm də Mir Cə­la­lın doğ­ru ola­raq yaz­dı­ğı ki­mi, Fü­zu­li mu­si­qi alət­lə­ri­nin tim­sa­lın­da eti­bar­sız­lıq və və­fa­sız­lıq haq­qın­da he­ka­yət­lə­ri təs­vir edə­rək, müt­rü­bün si­ma­sın­da in­sa­nın mə­nə­vi də­ya­nə­ti­ni və bü­tün­lü­yü­nü vəsf et­miş, “dün­yə­vi fi­kir­li din­dar şa­ir” haq­qın­da­kı qə­naə­ti­ni bu təh­lil­lə­rin için­də çox da diq­qə­ti cəlb et­mə­yən şə­kil­də bil­dir­miş­dir.

Ge­nişhəcm­li əsər­lə­ri sı­ra­sın­da Mir Cə­lal Fü­zu­li­nin “Rind və Za­hid” əsə­ri­ni də ay­rı­ca təh­lil et­miş­dir. İki sə­bəb­dən: bi­rin­ci­si, şa­ir və na­sir ki­mi təq­dim et­di­yi Fü­zu­li­ni fi­lo­sof mü­tə­fək­kir ola­raq da gös­tər­mək üçün; ikin­ci­si isə “Rind və Za­hi­d”in Azər­bay­can və ümu­miy­yət­lə Şərq ədə­biy­ya­tın­da ge­niş yer tu­tan Rind (azad­pə­rəst) və Za­hid (axi­rət­pə­rəst) mü­na­qi­şə­si­nə ye­kun vu­ran fərq­li ya­rat­maq­dan öt­rü “Rind və Za­hid” Azər­bay­can ədə­biy­ya­tı­na “ata­lar və oğul­lar” prob­lem­lə­ri­nə həsr edil­miş ilk və fərq­li bə­dii əsər ki­mi də ay­rı­ca təh­li­lə la­yiq­dir. Rus və dün­ya ədə­biy­ya­tın­da ol­du­ğu ki­mi, Mə­həm­məd Fü­zu­li­nin “Rind və Za­hid” əsə­rin­də də nə qə­dər ağıl­lı gö­rün­sə də, döv­rü­nün eh­kam və ənə­nə­lə­rin­dən kə­na­ra çı­xa bil­mə­yən, yal­nız oğ­lu­nun səa­də­ti­ni dü­şü­nən Ata ilə müt­ləq hə­qi­qə­tə çat­maq yo­lun­da da­ha çox cə­miy­yə­tin ye­ni­ləş­di­ril­mə­si­nə və in­ki­şa­fı­na üs­tün­lük ve­rən Rind (oğul) ara­sın­da­kı fi­kir ay­rı­lıq­la­rı diq­qət mər­kə­zi­nə çə­kil­miş­dir. Mir Cə­lal Pa­şa­yev fəl­sə­fə­si ma­hiy­yət da­şı­yan bu ak­tu­al ic­ti­mai-mə­nə­vi mə­sə­lə­də Fü­zu­li­nin möv­qe­yi­nin həm “ye­ni­lik his­lə­ri­nə ma­lik olan, azad dü­şün­cə­li də­rin mü­ha­ki­mə­li” Rin­din diq­qət mər­kə­zi­nə çək­mək və həm də “eh­kam­la­ra kor-ko­ra­nə bo­yun əyən” ata­nın hə­qi­qə­tə çat­maq üçün tə­ka­mü­lə, də­yiş­mə­yə eh­ti­ya­cı ol­du­ğu­nu ye­ni­ləş­mə­yə üs­tün­lük ver­mək niy­yə­ti ki­mi tə­za­hür et­di­yi­ni gös­tər­mək idi. Fik­rim­cə, cə­miy­yə­tin in­ki­şa­fı na­mi­nə yal­nız oğul­la­rın de­yil, Mir Cə­lal Pa­şa­ye­vin mü­şa­hi­də et­di­yi ki­mi, həm də ata­la­rın ye­ni­ləş­mə­yə möh­tac ol­duq­la­rı­nı gös­tər­mə­si Fü­zu­li­ni “Rind və Za­hid”ini dün­ya ədə­biy­ya­tın­da­kı “Ata­lar və oğul­lar” prob­le­mi­nə həsr edil­miş əsər­lər­dən fərq­lən­di­rir.

“Fü­zu­li sə­nət­kar­lı­ğı” çox­cə­hət­li yaradıcılıq fəa­liy­yə­tinə ma­lik olan Mə­həm­məd Fü­zu­li­nin nəsr sə­nət­kar­lı­ğı­na elmi cəhətdən gur işıq sa­lır. İlk növ­bə­də qeyd et­mək la­zım­dır ki, 1958-ci il­də çap olun­muş “Fü­zu­li sə­nət­kar­lı­ğı” ki­ta­bın­da o za­ma­na qə­dər di­ni möv­zu­da ya­zıl­dı­ğı üçün qey­ri-rəs­mi şə­kil­də qa­da­ğan olun­muş, ya da ar­xa pla­na ke­çi­ril­miş Mə­həm­məd Fü­zu­li­nin “Hə­di­qə­tüs-süə­da” ad­lı nəsr əsə­ri haq­qın­da ge­niş mə­lu­mat ve­ril­miş­dir. Bun­dan baş­qa, o, təd­qi­qa­tın­da di­ni möv­zu­da ya­zıl­mış əsə­rin ide­ya-məz­mu­nu­nu da­nış­maq­dan yan keç­mək­lə və əsa­sən əsə­rin sə­nət­kar­lıq xü­su­siy­yət­lə­rin­dən bəhs et­mək­lə “Hə­di­qə­tüs-süə­da”dan da­ha ət­raf­lı söz aç­maq im­ka­nı qa­zan­mış­dır. Mir Cə­lal “Hə­di­qə­tüs-süə­da”nı janr ba­xı­mın­dan nəs­ri­miz­də bi­rin­ci “ta­ri­xi po­vest” ad­lan­dı­rır ki, bu li­rik-ro­man­tik nəsr üs­lu­bun­da ya­zıl­mış əsə­rin jan­rı ba­xı­mın­dan düz­gün el­mi qiy­mət­dir. Çün­ki müx­tə­lif təd­qi­qat əsər­lə­rin­də öz ək­si­ni tap­mış “li­rik-ro­man­tik” əsr ifa­də­lə­ri jan­rı de­yil, əsə­rin ya­zı üs­lu­bu­nu mü­əy­yən edən nə­zə­ri tə­yi­nat­dır. Li­rik-ro­man­tik üs­lub­da ya­zı­lan əsər­lə­rin mən­sur şe­ir, mən­sur he­ka­yə, hət­ta mən­sur ro­man ki­mi janr for­ma­la­rı­nın ol­du­ğu mə­lum­dur. Mə­həm­məd Fü­zu­li­nin “Hə­di­qə­tüs-süə­da” əsə­ri də Mir Cə­lal mü­əl­li­min mü­əy­yən et­di­yi ki­mi mən­sur şə­kil­də ya­zıl­mış ta­ri­xi po­vest­dir. Gör­kəm­li elm xa­di­mi­nin aşa­ğı­da­kı nə­zə­ri te­zi­si isə əs­lin­də döv­rün çə­tin­lik­lə­ri nə­zə­rə alın­maq­la “Hə­di­qə­tüs-süə­da”nın sə­nət­kar­lıq xü­su­siy­yət­lə­rin­dən bəhs et­mək pri­yo­mu de­mək idi: “Möv­zu­nun di­ni ma­hiy­yə­ti, qəh­rə­man­la­rın ço­xu­nun di­ni ta­ri­xi si­ma­lar ol­ma­sı heç vaxt bi­zə əsə­rin gö­zəl sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­ni, sə­lis sti­li­ni, qüv­vət­li di­li­ni, mü­la­yim təh­ki­yə, coş­qun tə­rən­nüm üsul­la­rı­nı diq­qət­dən qa­çır­ma­ğa haqq ver­mir”.

Mo­noq­ra­fi­ya­da Fü­zu­li­nin məş­hur “Şi­ka­yət­na­mə” ad­lı nəsr əsə­ri də diqqətlə təh­lil­dən ke­çi­ril­miş­dir. Mir Cə­lal mü­əl­lim “Şi­ka­yət­na­mə”nin jan­rı­nı el­mi-nə­zə­ri cə­hət­dən düz­gün mü­əy­yən et­miş­dir: “Fü­zu­li­nin Ni­şan­çı Pa­şa­ya yaz­dı­ğı və “Şi­ka­yət­na­mə” adı ilə məş­hur olan əsə­ri ədə­biy­yat ta­ri­xi­miz­də bi­zə mə­lum olan ilk bə­dii sa­ti­rik nə­sr­dir”, yə­ni sa­ti­rik he­ka­yə­dir. Mo­noq­ra­fi­ya­da “Şi­ka­yət­na­mə”nin möv­zu­su və ide­ya­sı da cə­mi iki cüm­lə ilə ob­yek­tiv şə­kil­də ifa­də olun­muş­dur: “Həcm­cə ba­la­ca olan (iki va­raq) bu mək­tub (“Şi­ka­yət­na­mə” – İ.H.) döv­rün o za­man­kı üsul-ida­rə­si­nin, döv­lət adam­la­rı­nın sə­ciy­yə­lən­dir­ilmə­si üçün bö­yük ta­ri­xi və­sa­it­dir. Bu­na “şi­ka­yət­na­mə” yox …. Lə­nət­na­mə, nif­rət­na­mə de­sək, da­ha düz olar”. Mir Cə­lal tə­rə­fin­dən Fü­zu­li­nin “Qa­zi Ələd­di­nin tə­ri­fi” ad­lı nəsr əsə­ri də “bə­zək­li, me­to­fo­rik, çox yer­də qa­fi­yə­li” nəsr əsə­ri ki­mi də­yər­lən­di­ril­miş­dir. Ümu­miy­yət­lə, Mir Cə­lal Pa­şa­ye­vin apar­dı­ğı təh­lil­lər­dən və mü­qa­yi­sə­lər­dən nə­ti­cə çı­xa­ra­raq, bö­yük Azər­bay­can şai­ri Mə­həm­məd Fü­zu­li­nin Azər­bay­can bə­dii nəs­ri­nin for­ma­laş­ma­sı və in­ki­şaf et­di­ril­mə­si sa­hə­sin­də­ki xid­mət­lə­ri­nə ver­di­yi aşa­ğı­da­kı el­mi cə­hət­dən ümu­mi­ləş­di­ril­miş qiy­mət da­hi sə­nət­ka­rın bu sa­hə­də­ki fəa­liy­yə­ti­nin re­al ola­raq də­yər­lən­di­ril­mə­si ilə bə­ra­bər, həm də çox­cə­hət­li ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­nə ma­lik olan gör­kəm­li sə­nət­kar ki­mi onun ob­ra­zı­nı da ta­mam­la­yır: “Bö­yük şai­rin bə­dii nəs­ri ilə ya­xın­dan ta­nış­lıq gös­tə­rir ki, Fü­zu­li, ey­ni za­man­da qüd­rət­li bir nəsr us­ta­dı­dır. Bö­yük şa­ir ol­du­ğu qə­dər də bö­yük ədib­dir. İn­san qəl­bi­nin ma­hir tə­rən­nüm­çü­sü, hə­qi­qi in­sa­ni hiss­lə­rin nəğ­mə­ka­rı ol­du­ğu ki­mi, hə­qi­qi hə­yat löv­hə­lə­ri­nin də gö­zəl rəs­sa­mı­dır”.

Azər­bay­can ədə­biy­yat­şü­nas­lıq el­min­də or­ta əsr təd­qi­qat­çı­la­rı­nın mü­ra­ci­ət et­di­yi Ni­za­mi və Fü­zu­li mə­sə­lə­si Mir Cə­lal Pa­şa­yev tə­rə­fin­dən ay­rı­ca təd­qi­qat ob­yek­ti sə­viy­yə­si­nə qal­dı­rıl­mış­dır. Haq­qında söz aç­dı­ğı­mız mo­noq­ra­fi­ya­da “Ni­za­mi və Fü­zu­li” mə­sə­lə­sin­dən ay­rı­ca bir fə­sil sə­viy­yə­sin­də araş­dır­ma apa­rıl­ma­sı bu­nun əya­ni sü­bu­tu­dur. Mir Cə­lal Ni­za­mi və Fü­zu­li mə­sə­lə­si­ni təd­qiq edər­kən nə Fü­zu­li pə­rəs­tiş­ka­rı, nə də Ni­za­mi hey­ra­nı ki­mi çı­xış et­mir, ək­si­nə, ilk növ­bə­də bu bö­yük dü­ha­la­rın öl­məz sə­nə­ti­nin ger­çək or­taq tə­rəf­lə­ri­ni ta­pıb gös­tər­mə­yə üs­tün­lük ve­rir. Ni­za­mi Gən­cə­vi ki­mi Mə­həm­məd Fü­zu­li­nin də “Ley­li və Məc­nun” möv­zu­sun­da əsər yaz­ma­ğın çə­tin­lik­lə­rin­dən söz aç­ma­sı­nı, poe­ma­sı­nı Ni­za­mi ilə ey­ni bəhr­lə və məs­nə­vi for­ma­sın­da ya­zıl­ma­sı­nı, əsər­də beyt­lə­rin bir mis­ra­sı­nın Ley­li sö­zü ilə, ikin­ci­si Məc­nun sö­zü ilə baş­la­ma­sı­nı bu öl­məz sə­nət­kar­la­rın bir çox hik­mət­li söz­lə­ri­nin ox­şar­lı­ğı­nı Mir Cə­lal haq­lı ola­raq “hər iki şai­rin” bə­dii zöv­qün­də­ki, sə­nə­tin­də­ki da­xi­li vəh­də­ti, mə­na səs­lən­mə­si­ni gös­tər­mək üçün” or­taq ədə­bi də­yər­lər ki­mi qiy­mət­lən­dir­miş­dir. Bu­nun­la be­lə, ay­rı-ay­rı sə­nət­kar­lar tə­rə­fin­dən, xü­su­sən də fərq­li ta­ri­xi dövr­lər­də ya­zıl­ma­sı “Ley­li və Məc­nun” möv­zu­sun­da qə­lə­mə alın­mış bu öl­məz əsər­lə­ri bir-bi­rin­dən ayı­ran xü­su­siy­yət­lə­rin də ol­ma­sı­nı zə­ru­ri bir tə­ləb ki­mi irə­li sü­rür. Çün­ki Ni­za­mi Gən­cə­vi Ley­li və Məc­nun möv­zu­sun­da­kı mə­lum ərəb rə­va­yə­ti­ni ey­ni­lə nəz­mə çək­mə­di­yi ki­mi, Mə­həm­məd Fü­zu­li də “təq­lid yo­lu ilə get­mə­miş­dir”. Bu nöq­tə­dən çı­xış edən Mir Cə­lal Pa­şa­yev sə­ləf-xə­ləf mü­na­si­bət­lə­rin­də­ki yük­sək eh­ti­ra­mı gös­tər­mək­lə bə­ra­bər, mə­lum möv­zu­ya ya­ra­dı­cı mü­na­si­bə­tin ori­ji­nal tə­za­hür­lə­ri­ni də zər­gər də­qiq­li­yi ilə mü­əy­yən­ləş­dir­miş­dir. Mir Cə­la­lın təd­qi­qa­tın­da: “Ley­li və Məc­nun” poe­ma­sı­nın Azər­bay­can di­lin­də ya­zıl­ma­sı, Fü­zu­li­də sıx-sıx əh­va­la­tın ye­ri­nə mü­na­sib, gö­zəl və qüv­vət­li qə­zəl­lər ve­ril­mə­si”, Ni­za­mi Gən­cə­vi­də epik təs­vi­rin, Fü­zu­li poe­ma­sın­da isə li­riz­min qüv­vət­li ol­ma­sı, nis­bi fə­al­lı­ğı ilə se­çi­lən Ni­za­mi Ley­li­sin­dən fərq­li ola­raq, Fü­zu­li Ley­li­­si­nin da­xi­li dün­ya­sı­nın zən­gin­li­yi­nin önə çə­kil­mə­si, bə­dii mətn­də bən­zər­siz bə­dii təs­vir və ifa­də va­si­tə­lə­ri­nin yer al­ma­sı Azər­bay­can ədə­biy­ya­tı­nın iki bö­yük dü­ha­sı­nın ey­ni möv­zu­ya mü­ra­ci­ət edər­kən fərq­li bu­caq­dan ya­naş­ma­la­rı­nı nü­ma­yiş et­di­rir. Azər­bay­can ədə­biy­yat­şü­nas­lıq el­min­də Ni­za­mi Gən­cə­vi və Mə­həm­məd Fü­zu­li­nin “Ley­li və Məc­nun”la­rı­nın ox­şar və fərq­li cə­hət­lə­ri mü­qa­yi­sə edi­lər­kən Mir Cə­lal Pa­şa­ye­vin XX əs­rin or­ta­la­rın­da mü­əy­yən et­di­yi mə­qam­lar son­ra­lar əsas ki­mi qə­bul edil­miş­dir.

Əl­bət­tə, Mir Cə­lal mü­əl­lim bö­yük Azər­bay­can şai­ri Mə­həm­məd Fü­zu­li­nin öl­məz sə­nə­ti­nə yal­nız ədə­biy­yat ta­ri­xi­mi­zin or­ta əsr­lər döv­rü­nün zir­və­si ki­mi bax­mır. Ək­si­nə, Mir Cə­lal Pa­şa­ye­vin təq­di­ma­tın­da Mə­həm­məd Fü­zu­li sə­nə­ti özü­nün hu­ma­niz­mi, əbə­di­ya­şar ide­al­la­rı, tər­bi­yə­vi əhə­miy­yə­ti eti­ba­ri­lə” bö­yük mə­nə­vi müa­si­ri­miz” ki­mi təq­dim olu­nur. “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sın­da da­hi sə­nət­ka­rın ya­ra­dı­cı­lı­ğın­da­kı müa­sir­lik an­la­yı­şı­nın bö­yük Azər­bay­can ya­zı­çı­sı Cə­lil Məm­məd­qu­lu­za­də­nin 1925-ci il­də “Mol­la Nəs­rəd­din” jur­na­lın­da çap et­dir­di­yi “Fü­zu­li” ad­lı mə­qa­lə­sin­dən gə­ti­ril­miş aşa­ğı­da­kı müd­rik və uzaq­gö­rən fi­kir­lər­lə ifa­də olun­ma­sı Azər­bay­can­da tən­qi­di rea­lizm ədə­bi cə­rə­ya­nı­nın gör­kəm­li təd­qi­qat­çı­sı olan Mir Cə­lal Pa­şa­ye­vin özü­nün də əsl ədə­biy­ya­tın kəşf edil­miş bə­dii sö­zün əbə­di­li­yi­nə də­rin ina­mı­nın əks-sə­da­sı­dır: “Rəh­mət­lik Fü­zu­li “Mol­la Nəs­rəd­din”in bi­rin­ci nöm­rə­sin­dən baş­la­yıb, bu gü­nə qə­dər məc­muə­miz­də iş­ti­rak et­miş və şe­ir­lər yaz­mış­dır... İnan­mır­sı­nız, gö­tü­rün “Mol­la Nəs­rəd­din” məc­muə­si­nin 20 il­li­yi­ni tö­kün qa­ba­ğı­nı­za, han­sı şei­rə bax­sa­nız, gö­rə­cək­si­niz ki, ora­da Fü­zu­li­dən bir duz var­dır.

... Fü­zu­li azər­bay­can­lı­dır. Çün­ki di­li Azər­bay­can di­li­dir. Onun mək­tə­bi-ədə­bi­si bi­zim şa­ir­lə­rin ba­şı­na gi­rib, bü­tün əsər­lə­rin­də bir Fü­zu­li ru­hu gö­rün­mək­də­dir.

... “Mol­la Nəs­rəd­din” sö­zü­nü qur­ta­rıb de­yir ki, Fü­zu­li di­ri­dir. Fü­zu­li şe­ir döv­rü­mü­zün ha­zır­la­dı­ğı, ye­ni­li­yə məğ­lub ol­maz və sar­sıl­maz bir qüv­və­dir”.

Biz də nə­ti­cə ola­raq onu de­yə bi­lə­rik ki, Mir Cə­lal Pa­şa­ye­vin “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sı Azər­bay­can fü­zu­li­şü­nas­lı­ğı­nın əsas tə­məl ki­tab­la­rın­dan bi­ri­dir. “Fü­zu­li sə­nət­kar­lı­ğı” ki­ta­bı fü­zu­li­şü­nas­lı­ğın poe­ti­ka qo­lu­nun əsas­na­mə­si­dir. Mir Cə­lal Pa­şa­ye­vin bu el­mi əsə­rin­dən son­ra Azər­bay­can el­min­də mey­da­na çı­xan fü­zu­li­şü­nas­lıq əsər­lə­rin­də “Fü­zu­li sə­nət­kar­lı­ğı”ndan “bir duz” var­dır. Bö­yük sə­nə­tin də, bö­yük el­min də əsl mis­si­ya­sı bun­dan iba­rət­dir.

Akademik Həmid Araslının elmi redaktorluğu ilə 1958-ci ildə nəşr edilmiş Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” mo­noqra­fiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”kı tarixi Sərəncamının həyata keçiril­məsi sahəsində akademik elmin hesabatıdır.

Mir Cə­lal Pa­şa­ye­vin “Fü­zu­li sə­nət­kar­lı­ğı” mo­noq­ra­fi­ya­sı ya­şa­yan fü­zu­li­şü­nas­lıq abi­də­si­dir.

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

525-ci qəzet .-  2024.- 14 sentyabr ¹(167).- S.12-13;14.