Azərbaycan gəncliyi və
multikultural dəyərlər: dünyaya örnək
düşüncə tərzi
Şərqlə Qərbin qovuşmasında yerləşən
Azərbaycan dünyada müxtəlif sivilizasiyaların birləşdiyi
ölkə kimi tarixə həkk olunub. Məhz bu səbəbə
və coğrafi mövqeyinin üstünlüklərinə
görə Azərbaycan BMT-nin, ATƏT-in, Avropa
Şurasının, İslam Konfransı Təşkilatının
və GUAM kimi 5 beynəlxalq təşkilatın üzvü
kimi öz mövqeyini inamla nümayiş etdirə bilir.
Azərbaycan dövlət müstəqilliyini yenidən
bərpa etdikdən sonra xalqın əlindən zorla
alınmış milli-mənəvi dəyərlər
özünə qaytarıldı. Milli ruhun, milli şüurun,
milli özünədərkin, milli oyanışın simvolu
olan azərbaycançılıq ideyaları hər bir azərbaycanlı
üçün canından da
doğma və əziz oldu, müqqədəslik qazandı.
İndi Azərbaycandakı millətlər kiçik
yaşlıdan tutmuş böyüyədək, o cümlədən,
gənclər özünün milli-mənəvi dəyərlərini
formalaşdıraraq əsrlər boyu bir-biri ilə sülh və
əmin-amanlıq şəraitində yaşamışlar.
Xalqımızın bir-birindən gözəl multikulturial ənənələri
və bu ənənələri davam etdirərək yaşadan
zəngin təcrübəsi vardır. Bu sahədə
bütün insanlarımızın, xüsusilə gənclərin
fəaliyyəti danılmazdır. Tarixən Azərbaycanda müxtəlif millətlərə
və dinlərə məxsus olan insanlar yaşamış,
onların milli-mədəni
müxtəlifliyi daim qorunub saxlanılır.
"Multikulturalizm" sözü Azərbaycan dilində
"çoxmədəniyyətlilik" kimi başa
düşülür. Multikulturalizm ta qədimdən Azərbaycan
xalqının həyat tərzinə çevirilib. Bu ülvi
və mütərəqqi dəyərlər uzun müddət
xalqla birlikdə fəaliyyətdə olduğuna görə
artıq bu dəyərlər, xüsusilə adət-ənənələr
xalqın canına və qanına hopmuşdur. Bu dəyərləri,
adət və ənənələri xalqın həyat tərzindən
ayırmaq, onu onların yaddaşından silmək artıq qeyri-mümkündür.
Azərbaycanda bu ənənələrin davam etdirilməsində
və uzun illər uğurlu olmasında gənclər də fəallıq
göstərirlər.
Ölkəmiz müstəqillik əldə etdikdən
sonra bu sahəyə dövlət dəstəyinin olması həmin
ənənələrin daha da inkişafına təkan verdi.
Ölkəmizdə fərqli xalqlar dilindən, dinindən
asılı olmayaraq daim mehriban dostluq və qardaşlıq
şəraitində yaşamışlar. Dili, dini, həyat tərzi
fərqli olmasına baxmayaraq, bu millətlər, xalqlar,
xüsusilə gənclər bir-birinə elə qaynayıb
qarışıblar ki, onların arasında nifaq salmağa,
onları bir-birindən ayırmağa heç bir qüvvə
qadir deyil.
Ümumibəşəri xarakter daşıyan multikultural və tolerant dəyərlərə
Azərbaycan daxilində həmişə hörmətlə
yanaşılıb, azsaylı xalqların da bütün mədəni
xüsusiyyətləri, adət və ənənələri,
həyat tərzi dövlət səviyyəsində daim qorunub
saxlanılıb. Yəni bu insanların, o cümlədən,
gənclərin hüquqları daim ölkəmiz tərəfindən
müdafiə olunub və həmin azsaylı xalqlar özlərinin
mənafeyinə uyğun inkişaf yolu keçib.
Azərbaycanda multikulturalizmin, tolerantlığın,
eləcə də dini dözümlülüyün dövlət
siyasəti səviyyəsində inkişafı, xüsusən
gəncliyin bu yöndə təlim-tərbiyə alması, belə
bir düşüncə ilə formalaşması müstəqillik
dövründə yeni güclü vüsət aldı. XX əsrin
90-cı illərində Ümummilli liderimiz Heydər Əliyev
ölkədəki xalqların və dini qrupların mənəvi
dəyərlərini, eləcə də adət-ənənələrini
qoruyub saxlamağı, inkişaf etdirməyi, bütün
bunların gəncliyə ardıcıl
aşılanmasını dövlətçilik işinin
ayrılmaz tərkib hissəsinə çevirdi. Multikulturalizm
və tolerantlığın əsasları Azərbaycan
Respublikasının Konstitusiyasında və digər qanunvericilik
aktlarında, eləcə də Prezidentin fərman və sərəncamlarında
öz geniş əksini tapdı.
Keçən əsrin altmışıncı illərinin
sonunda respublikada siyasi rəhbərliyə gələn Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
xalqımızın azadlığına və
inkişafına, tarixi milli-mədəni dəyərlərinin,
adət-ənənələrinin inkişafına əngəl
törədən ideoloji-siyasi sədlər tədricən
aradan qaldırılmağa başladı. Xalqın milli
özünədərki üçün əlverişli zəmin
yarandı. İlk öncə Ümummilli liderimiz H.Əliyev Azərbaycanda
tolerantlıq və multikulturalizm ənənələrini
hüquqi və siyasi cəhətdən bərqərar etdi.
Uzun əsrlər boyu Azərbaycanda kök salmış
çoxmədəniyyətlilik ənənəsini inkişaf
etdirərək onu keyfiyyətcə daha yüksəklərə
qaldırdı. Bu sahədə mühüm qanunvericilik
bazası yaradıldı. Ulu öndər çıxışlarının
birində bu mövzuda fikirlərini bəyan edərkən
bildirirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir: "Biz Azərbaycançılığı
- Azərbaycan dilini, Azərbaycan mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq". Dahi rəhbər özü də
hər zaman xalqımızın tarixi keçmişi, mədəni
irsi, mənəvi dəyərləri ilə fəxr edir və
onları qoruyub yaşatmağa çalışırdı.
Təsadüfi deyil ki, hazırda Azərbaycanın
multikulturalizm siyasəti və bu sahədə əldə
olunmuş uğurlar, həmçinin gəncliyin bu
düşüncədə yetişdirilməsi dünya
dövlətlərinə, xüsusilə Qərb ölkələrinə
əyani nümunədir.
Dünyada multikulturalizmin müxtəlif modelləri
vardır. ABŞ, İsveç, Avstraliya, Kanadanın bu sahədə
xeyli tanınmasına baxmayaraq, Azərbaycan modeli bir çox
nüfuzlu dövlətlər tərəfindən nümunə
kimi qəbul olunur və tətbiq edilir. Ölkəmizin və
dünyanın bir sıra təhsil ocaqlarında Azərbaycan
multikulturalizmi fənni tədris olunur.
Ulu öndər Heydər Əliyevin multikulturalizmin
qorunub saxlanmasına və inkişafına yönəlmiş
siyasəti hazırda Azərbaycan Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilərək
yeni nailiyyətlərə yol açır. Son 20 ildə digər
istiqamətlərdə olduğu kimi, bu yöndə də
böyük uğurlar əldə edilib. Nəticədə Azərbaycan
multikultural dəyərlərə müstəsna önəm
verən, gənc nəslin bu ruhda yetişdirildiyi ən
aparıcı ölkələrdən biri kimi böyük
nüfuz qazanıb.
Hazırda respublikamızda
azərbaycançılıq məfkurəsi
çeşməsindən qidalanan tolerantlığın, mədəni,
dini, linqvistik müxtəlifliyin qorunub saxlanılması
uğurla təmin edilir.
2010-ci ilin aprelində Bakı şəhərində
"Qloballaşma, din, ənənəvi dəyərlər"
adlı tədbir keçirildi. Bu beynəlxalq tədbirin
keçirilməsində məqsəd respublikamızın
dünyada örnək ölkə kimi tanınması,
tolerantlıq üzrə maarifləndirmə işini genişləndirmək
və inkişaf etdirmək idi. Tədbirdə
respublikamızın gəncləri yüksək fəallıqla
iştirak edirdi.
2011-ci ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü,
diqqət və qayğısı nəticəsində UNESCO,
BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının
Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm
təşkilatının tərəfdaşlığı ilə
Bakı şəhərində Ümumdünya mədəniyyətlərarası
Dialoq Forumunun təşkili çox vacib ənənəyə
çevrilib.
2015-ci ilin noyabrında İslam, Təhsil, Elm və Mədəniyyət
Təşkilatı - İSESCO-nun Baş Konfransının
Bakıda keçirilən XII sessiyasındakı
çıxışındaAzərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev mövzu ilə əlaqədar
son dərəcə mötəbər mövqe bildirərək
demişdi: "Biz tam əminik ki, multikulturalizmin gözəl
gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər,
ictimai xadimlər öz çıxışlarında daha diqqətli
olmalıdırlar. Çünki multikulturalizmin alternativi
yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır,
islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə
aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə
öz siyasətimizlə və təşəbbüsümüzlə
dinlərarası münasibətlərin gücləndirilməsi
üçün çalışırıq və
çalışacağıq".
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar
2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il
"Multikulturalizm ili" elan edildi. Bu çərçivədə
gəncliyin multikultural dəyərləri mənimsəməsinə
də böyük diqqət ayrıldı. 2017-ci ildə Azərbaycanda
bu mövzuya dair 1 müşavirə, 5 elmi-metodiki seminar, 6
konfrans, 7 təqdimat, 13 dəyirmi masa, xarici olkələrdə
respublikamızın təşəbbüsü və dəstəyi
ilə 3 dəyirmi masa, 3 mühazirə təqdimat, 4 konfrans
keçirildi. 2017-ci ilin fevralında
Qəbələ, Qax, Oğuz, Şəki və
Bakıda "Multikulturalizm Azərbaycanda həyat tərzi
kimi: İslam həmrəyliyi bizə nə verir?" devizi
altında IV Beynəlxalq Multikulturalizm Qış və Yay məktəbləri
təşkil edildi.
2018-ci ildə ADU-nun,Yeni Azərbaycan Partiyasının
və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı
ilə "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi
inkişaf", "Heydər Əliyev və türk
dünyası", "ADR-Şərqdə ilk
respublikadır" mövzularını əhatə edən konfranslar həyata keçirildi.
2018-ci ildə respublikamızda və xarici ölkələrdəki
ali təhsil müəssisələrində təhsil alanlar
üçün "Azərbaycan multikulturalizmi" adlı fənn
tədris olunmaq üçün proqramlara daxil edildi.
2019-cu ildə ADU ölkəmizin Braziliyadakı Səfirliyi
və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyilə
multikulturalizmlə bağlı mühazirələr təşkil
etdi.
Ölkəmizdə milli-mədəni dəyərlərin,
dini müxtəlifliyin, dini dözümlülüyün,
multikulturalizmin, eləcə də milli-dini
telerantlığın təbliğində və inkişaf
etdirilməsində, həmçinin gənc nəsilin belə
yüksək ənənələrə hörmət ruhunda
yetişdirilməsində Heydər Əliyev Fondunun xüsusi
xidmətləri vardır. Fondun Azərbaycanda multikulturalizm
ideyalarının, eləcə də milli mənəvi dəyərlərin
təbliği, gəncliyə aşılanması sahəsində
rolu təkcə ölkəmizdə deyil, bir çox ölkələrdə
öz parlaq təsdiqini tapıb. Heydər Əliyev Fondunun təşəbbüsü
və təşkilatçılığı ilə
keçirilmiş "Dini tolerantlıq: Azərbaycanda birgə
yaşamaq mədəniyyəti" mövzulu konfrans buna əyani
nümunədir.
2020-ci ildə 44 gün davam edən Vətən
müharibəsi ölkəmizdə yaşayan müxtəlif
millətlərin nümayəndələri əl-ələ
verib bir yumruq kimi birləşdilər, erməni
işğalı altında olan torpaqlarımızı
düşməndən azad etdilər. Azərbaycanın, dilindən,
dinindən asılı olmayaraq, bütün vətəndaşlarımız
üçün doğma və
əziz olduğu bir daha parlaq təsdiqini tapdı. Vətən
müharibəsindən və pandemiyadan sonra da ölkəmizdə
beynəlxalq və yerli təşkilatların təşəbbüsü
və dəstəyi ilə multikulturalizm, tolerantlıq
mövzusunda müxtəlif tədbirlər keçirilib.
2022-ci ildə "Heydər Əliyev multikulturalizm və
tolerantlıq ideologiyası", "Heydər Əliyev və
Azərbaycan multikulturalizmi", "Prioritet qlobal məsələlər
üzrə multikultural perspektivlər" mövzularında
konfranslar təşkil edilib.
2023-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən xarici
ölkələrdə Azərbaycana aid qədim xəritələr
və kitablar çap olunub.
Heç şübhə yoxdur ki, gəncliyin
multikultural şüura yiyələnməsi naminə indiyədək
atılmış uğurlu addımlar, həyəata
keçirilmiş mühüm işlər gələcəkdə
də inamla davam etdiriləcək. Çünki bütün
bunlar Azərbaycan gəncliyinin multikultural dəyərlər,
çoxmədəniyyətlilik ənənələri əsasında
formalaşması baxımından çox böyük əhəmiyyətə
malikdir.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .- 2024.- 17 sentyabr ¹(168).- S.11.