İnsan gözəlliyin vurğunu
və yaradıcısıdır
Nəsr
(Əvvəli ötən çərşənbə
sayımızda)
Ellinist çarları heykəltaraşlara himayəçilik
edirdilər və onlar da varlı şəhər sakinlərinə
çevrilirdilər. Minlərlə heykəllər
bütün Ellin dünyasına yayılmışdı. Onlar
hətta kiçik şəhərlərdə də bəzək
xatirinə qoyulurdu. Ellin heykəltaraşları geniş səyahət
edirdilər, varlı hamilər tərəfindən onlara maddi
mükafat təqdim edilirdi. Klassik dövrün texniki
bacarığının köməyi ilə ellinist heykəltaraşları
b.e.ə. V əsrin klassisizm ideyalarından, daha emosional və
realist olan incəsənətə keçirdilər. Qoca
qadınların, sərxoşların və oyun oynayan
çox sayda kiçik uşaqların heykəllərini
yaradırdılar. Onlar həm də çılpaq
qadınların təsvirində bədən gözəlliyini
yeni qaydada vurğulayırdılar.
Aleksandr Makedoniyalının Hindistanın qərbinə
yürüşü ilə bəzi yunan təsirləri bu əraziyə
də daxil oldu. Bu xüsusən Ellinistik erada baş verdi. B.e.ə.
I əsrdə hind heykəltaraşları Buddanın heykəllərini
yaratmağa başladılar. Əfqanıstanda, Bamyanda
qoyulmuş Buddanın nəhəng heykəli birinci dəfə
hakimiyyətə gələn taliblər tərəfindən
partladılmışdı ki, islam dininə görə
insanın təsviri qadağandır.
Hind arxitekturası isə məbədləri bəzəmək
üçün erotik səhnələri təsvir edən
heykəlciklərdən ibarət kompozisiyalara böyük
üstünlük verirdi.
Yunanların iftixar mənbəyi olan Akropol
özünün arxitektura inciləri ilə fərqlənir.
Periklin dövründə Akropolun planlaşdırılması
(b.e.ə. V əsr) və tikintisi vahid
düşünülmüş bir qayda üzrə gedirdi.
Tikinti böyük heykəltaraş Fidinin ümumi rəhbərliyi
altında qısa müddətə başa çatdı.
Akropolun əsas tikintisi b.e.ə. 449-421-ci ildə tikilən və
ilahi Afinaya həsr olunmuş Parfenon idi. Parfenon, dorik ordeni
üslubunda olan sütunlarla əhatə olunmuşdu.
İçəridə Fidinin işi olan Afinanın heykəli
dururdu. Binanın xaricini frezlər bəzəyirdi. Parfenon
öz simmetriyası və proporsiyası ilə seçilirdi və
arxitektura incisi olduğundan, bu sənətin etalonu kimi qəbul
olunmuşdur.
Asimmetrik qayda, Akropolda müxtəlif allahların səcdəgahını
yerləşdirməyə imkan verdi. Propiley sarayının
dorik frontonu ion ordeninin proporsiyası ilə əkslik təşkil
edirdi.
Yunanların ən nəhəng heykəllərindən
biri Rodos adasındakı Gelios heykəli idi, o, həm də
Rodos Kolossu adlanırdı. B.e.ə. 304-cü ildə rodoslular
Makedoniya çarı I Demetrinin hücumunu dəf etmişdilər.
Bu qələbənin xatirəsinə görə Rodos
limanına girişdə Günəş allahı Geliosun nəhəng
heykəli qoyulmuşdu. Bu heykəl qədim dünyanın 7
möcüzəsindən biri idi. Bürüncdən
tökülmüş və ayaqları ilə limanın
qapısında iki dayaq üzərində dayanmış heykəlin
üstündə "Koloss" sözü
yazılmışdı.
Digər bir heykəltaraşlıq incisi isə Venera
Miloslu heykəlidir. Parisdə Luvrun girəcəyini bəzəyən
bu çılpaq qadının təsviri gec Ellin
dövrünün heykəlidir. Bu gözəllik simvolu olan
qadın bədəninin heyrətamiz cizgilərini əks
etdirdiyindən, ilahəyə bənzər qadın bədəninin
etalonu rolunu oynayır.
Laokoon heykəl kompozisiyası isə Troya müharibəsində
yunanların "Troya atı" hədiyyəsini qəbul etməyin
əleyhinə çıxan Troya kahini Laokoonun allahlar tərəfindən
cəzalandırılması səhnəsini təsvir edir.
Yunanlar 9 il ərzində Troya ilə müharibə etsələr
də, heç nəyə nail olmamışdılar. Bu vaxt
hiyləgər İtaka çarı Odissey öz həmvətənlərinin
köməyinə gəldi və troyalılara ağac
materialdan olan nəhəng at bağışlamağı təklif
etdi. Atın qarnı yunan əsgərləri ilə doldurulacaq
və at şəhərin qapısından içəri
salındıqdan sonra, gecə həmin əsgərlər
çıxıb, yunanlara bağlı saxlanılan şəhər
qapısını açacaqdılar.
Laokoon bu hiyləgərliyi anladığından,
öz troyalılarına hədiyyədən imtina etməyi təkid
etdi. Lakin şəhərlilər onun xahişinə məhəl
qoymayıb, hədiyyəni qəbul etdilər və Troya məğlubiyyətlə
və dağılmaqla üzləşdi. Bundan əvvəl
yunanlara kömək edən allahlar Laokoonu cəzalandırmaq
üçün ilan göndərdilər, ilan Troya kahinini və
onun iki oğlunu sancıb, məhv etdi.
Yunanlar sonralar Laakonun cəza səhnəsini təsvir
edən heykəltaraşlıq kompleksi yaratmışdılar.
Vatikanda Müqəddəs Pyotr kilsəsi tikilərkən, onun
bünövrəsi üçün torpaq qazılanda həmin
heykəlin Roma kopiyası tapılmışdı və bu
kompozisiya Florensiyanın Uffitsi qalereyasında da nümayiş
etdirilir.
Roma incəsənəti
Romalılar yunan mədəniyyəti ənənəsini
davam etdirib, onu daha da inkişaf etdirdilər. Axı onlar incəsənət
ilhamına görə yunanlardan asılı idilər, həm
də Ellinist incəsənəti üslubunun bir çox cəhətlərinə
uyğunlaşmağı bacarmışdılar. Romalılar
arxitekturada, yüksək praktiki incəsənətdə xeyli
irəli getdilər. Üstəlik, onlar həqiqətən məşhur
yollar çəkdilər, yunanlar isə onlardan fərqli
olaraq, dəniz yollarına üstünlük verdiklərindən
quru yollara o qədər fikir vermirdilər, romalılar həm
də möhkəm körpülər və öz icadları
olan akveduklar tikdilər, tikintidə etrusklardan
götürdükləri alaqapılardan istifadə edirdilər.
Onlar inşaatda ilk dəfə betondan istifadə etməyə
başladılar, bu, onlara nəhəng amfiteatrlar, ictimai
hamamlar və yaşayış binaları tikməyə imkan
verdi. Axırıncı, Romanın zəhmətkeş əhalisini
yaşayış yeri ilə təmin etməyə xidmət edirdi.
Romalılar yunanlarda olan heykəl zövqünə də
yiyələndilər, onlar heykəli təkcə ictimai
binalarda deyil, həmçinin öz evlərində
saxlayırdılar. Orijinal əsərlərlə təchizata
tələb genişləndikdə, yunan heykəllərinin
reproduksiyalarını yaratmaq dəbi meydana gəldi.
Romalıların öz portret heykəlləri realizmin geniş
tətbiqi ilə xarakterizə olunurdu. Romalılar yunan heykəltaraşlığının
yüksək zirvəsinə qalxa bilmədilər. Yunan heykəlləri
mükəmməlliyi və cazibədarlığı ilə
seçilirdi, Roma heykəltaraşlığı isə onun
solğun təqlidi idi.
Erkən Roma imperiyasında incəsənət
Romalılar rəsmlərin və heykəllərin
orijinal olmasına az fikir verirdilər. Çoxlu əsərləri
yunan rəssamları və sənətkarları tərəfindən
yaradılmışdı. Divar rəsmləri və
varlıların evlərindəki freskalar realistik qaydada olmaqla,
təbiət mənzərəsini, portretləri və mifoloji əhvalatların
səhnələrini təsvir edirdi.
Arxitekturada onlar yunanları təqlid edirdilər,
sütunlarda düzbucaqlı quruluşlardan istifadə edirdilər.
Bunlar dorik ordenini xatırladırdı. Romalılar öz
imperiya ərazilərində 50 min millik yol şəbəkəsi
yaratmışdılar. Avropanın müasir yol şəbəkəsi
qədim romalıların tikdikləri yollara əsaslanır.
Romada körpülərlə yanaşı, bir düjün
akveduk tikmişdilər, onlar əhalini su ilə təmin
edirdi.
Roma yunanlardan sonra Avropa sivilizasiyasının
inkişafına böyük töhfə vermişdi. Zaman
keçdikcə qədim romalıların istedadı yenə də
Orta əsrlərin sonunda gur canlanaraq, dünya mədəniyyətinə
əvəzsiz xidmət göstərdi. Qərbi Roma
imperiyası məhv edildikdən min il sonra Renessansın meydana
gəlməsi, Florensiya və Romanın bu sahədəki
töhfələri ölçüyə sığmazdır.
Bu şəhərlərdə yaşayıb, yaradan dahi rəssamlar,
heykəltaraşlar, arxitektorlar bu gün də öz əsərləri
ilə bəşəriyyətin iftixar mənbəyi olaraq
qalırlar.
Kolizey - B.e. 80-ci ilində Romada Flavilərin tikdirdiyi bu
nəhəng amfiteatr istifadəyə verildi, sonralar o, Kolizey
adını aldı. 57 metr hündürlüyündə olan
amfiteatrın göbəyinin eni 524 metrə çatır. Bira
50 min tamaşaçı tuturdu.
Kolizey 4 nəhəng yarusdan ibarət idi, arenanın
altında həm də vəhşi heyvanları saxlamaq
üçün qəfəslər var idi. Birinci yarusdakı
yerlər imperator heyəti və yüksək məmurlar
üçün, ikinci yarus görkəmli alimlər
üçün, üçüncü və
dördüncü yaruslar isə xalq üçün idi.
Kolizeydə Romanın 45 ictimai bayramının hamısı
keçirilirdi, qladiator döyüşləri gedirdi.
Qladiatorlar təkcə bir-birilə deyil, yırtıcı vəhşi
heyvanlarla da vuruşurdular. İlk vaxtlarda döyüşlər
allahların şərəfinə təşkil edilirdi,
sonralar isə romalıların ən sevimli əyləncələrinə
çevrildi.
Panteon. B.e. 115-125-ci illərində imperator Adrian tərəfindən
Panteon bərpa edilmişdi. Bu dəyirmi yunan məbədinə
bənzər sütunları, 43 metr ölçüsündə
olan qübbə tamamlayırdı. Onun yarıqlarından
işıq binanın içərisinə
yayılırdı. Burada digər görkəmli tarixi şəxsiyyətlərin
qəbirləri ilə yanaşı, böyük rəssam
Rafaelin də qəbri vardır.
Bizans imperiyası
Burada şəhərsalma və arxitektura böyük
inkişafa nail oldu. 532-ci ildəki Nika üsyanı
Konstantinopolu çox dağıtdığından, imperator
Yustinian şəhəri yenidən tikdi və ona yeni, tam fərqli
və gözəl görünüş verdi. Buna qədər
də şəhərdə nəhəng saray kompleksi var idi,
İppodrom adlanan nəhəng arena və yüzlərlə
kilsə var idi. İndiki İstanbul da elə bil ki, öz sələfi
olan məşhur şəhərin dini binalar tikmək sahəsindəki
ənənəsini davam etdirir, burada da beş əsr əvvəl
tikilmiş məscidlərə sayı-hesabı olmayan yeniləri
əlavə olunmuşdur. Hava limanından gəlib şəhərə
daxil olarkən məscid minarələrinin nazik karandaşa bənzər
silueti şəhərə əlavə gözəllik verir,
göz oxşayır.
Yustinian çoxlu yeni binalar tikdirdi, yollar çəkdirdi,
körpülər, divarlar, ictimai hamamlar, məhkəmə
binaları tikdirdi. Binaların altında yerləşən nəhəng
rezervuar şəhəri su ehtiyatı ilə təmin edirdi.
Şəhərdə çox sayda xəstəxana, məktəb
binaları, monastırlar və kilsələr meydana gəldi.
Kilsə tikintisinə Yustinianın böyük ehtirası var
idi. 34 yeni kilsə tikdirmiş və ya bərpa etdirmişdi.
İmperatorun ən böyük nailiyyəti isə məşhur
Hagia Sophia - Müqəddəs Müdriklik kilsəsi idi. Onun
tikintisi 537-ci ildə başa çatdırıldı. Kilsə
yunan arxitekturası üslubunda layihələnmişdi, Qərb
arxitekturasının sadə tavanlı bazilikalarından radikal
dərəcədə fərqlənirdi. Onun mərkəzi
dörd nəhəng sütundan ibarət idi, onları isə daha nəhəng qübbə
taclandırırdı. Qübbə elə bil ki, məkanı
əhatə edən səmada üzürdü.
Binanın daxilindəki işıq elə təsəvvür
yaradırdı ki, o heç də möhkəm bünövrə
üzərində qərar tutmamışdır. Elə bil ki,
burada məhəbbət məskunlaşmışdı.
İçəridəki qaranlıq mühit gözə
görünməyən bir işığa qərq olmuşdu,
həm də belə inam yaradırdı ki, dünya, elə
bil ki, özünü gizli saxlanan bir ruhla
işıqlandırır.
Aya Sofiya kilsəsi son 1500 il ərzində zəzələlərə
də təslim olmamışdır, bina isə çox seysmik
aktivliyi ilə seçilən zonada tikilmişdir. Kilsəni VI
əsrdə baş verən zəlzələ, həmçinin
1999- cuildəki olduqca güclü zəlzələ
İstanbula böyük ziyan vursa da, Aya Sofiyanı
dağıda bilməmişdir. Bir cəhəti də qeyd etmək
lazımdır ki, ona qədər belə nəhəng bir bina
tikilməmişdi.
Yustinianın Konstantinopolu abadlaşdırmaq, gözəlləşdirmək
sahəsindəki fəaliyyəti, onun zəngin irsi bu gün də onlara
heyranlıqla tamaşa edənlərdə, ona qarşı
sönməz ehtiram hissləri yaradır. Aya Sofiya öz təyinatını
dəfələrlə dəyişsə də, onun təmin
etdiyi gözəllik ruhu, ona valeh olma, hər şeyi məhv edən,
solduran, yaddan çıxaran zamanın təsirinə məruz
qalmadan, öz monumentallığını və möhtəşəmliyini
qoruyub saxlayır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 18 sentyabr №(169).- S.14.