"Məhəmməd Əmin Rəsulzadə - 140" adlı sərgi hazırlanıb

 

Bu il görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindənMəhəmməd Əmin Rəsulzadə-140” adlı virtual eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan 525.az-a bildirilib ki, virtual sərgidə Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində onun haqqında dərc olunan məqalələr, müəllifi olduğu kitablar, haqqında yazılan kitablar, ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan əsərləri, ictimai-siyasi fəaliyyəti ilə bağlı ədəbiyyatlar Azərbaycan digər dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehemmed_Emin_Resulzade_140/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə o, müstəqil Azərbaycan arzusu ilə yaşamış mübarizə aparmışdır.

XX yüzilliyin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı, M.Ə.Rəsulzadənin inandığı kimi, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində bağrında mühafızə etməkdə olduğunu sübut etdi.

 

525-ci qəzet.- 2024.- 31 yanvar, № 18.- S.9.