AMEA-da Rəsulzadəyə həsr olunmuş elmi sessiya konfrans keçirilib

 

Yanvarın 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik" mövzusunda elmi sessiya olub. Əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin həyat fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidentinin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən, AMEA-da görkəmli ictimai-siyasi xadimlə bağlı silsilə tədbirlərin təşkil edildiyini bildirib. O, Ulu öndər Heydər Əliyev Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti onun yaradıcıları ilə bağlı bir sıra sərəncamların imzalandığını diqqətə çatdırıb.

Qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə Akademiyada müxtəlif konfranslar keçirilir, onun çoxcəhətli fəaliyyəti, mübarizəsi ideyaları, ədəbi-filoloji irsi dərindən öyrənilir, həmçinin alimlərimiz tarixi şəxsiyyətlə bağlı məqalələr nəşr etdirirlər. Akademik İsa Həbibbəyli AMEA üzrə Məhəmməd Əmin Rəsulzadəyə həsr edilən geniş konfransın yanvar ayının 29-da keçiriləcəyini diqqətə çatdırıb.

İ.Həbibbəyli M.Ə.Rəsulzadənin Azərbaycan dövlətinə, azərbaycançılıq ideyalına sədaqətlə xidmət etmiş görkəmli siyasi xadim olduğunu vurğulayıb. Mərhum professor Şirməmməd Hüseynovun Rəsulzadə irsinin öyrənilməsində təbliğindəki xidmətlərini xüsusi qeyd edən İ.Həbibbəyli "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar seriyasının I cildinin Məhəmməd Əmin Rəsulzadəyə həsr olunduğunu xatırladıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsi tərəfindən hazırlanan bu nəşrdə ictimai-siyasi xadimin mühacirətdə olan əsərlərinin bir çoxunun ilk dəfə Azərbaycan ədəbiyyatına təqdim edildiyini söyləyib.

AMEA rəhbəri ölkə başçısı tərəfindən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı imzalanan Sərəncamın mühacirətdə müstəqil Azərbaycan arzusu ilə yaşamış mübarizə aparmış ədibin irsinin yenidən araşdırılmasına işıq salacağını deyərək konfransın işinə uğurlar arzulayıb.

Sonra Məhəmməd Əmin Rəsulzadənin əsərlərini Türkiyə ilk dəfə nəşr edənlərdən biri olan İzmir Ege Universitetinin kafedra müdiri, professor Yavuz Akpınar "Türkiyə mühitinin Məhəmməd Əmin Rəsulzadəyə təsiri" mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Məhəmməd Əmin Rəsulzadə təkcə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banisi deyil, həm türk milliyyətçiliyi fikrini, türkçülük fikrini siyasi həyatda gerçəkləşdirən böyük şəxsiyyətdir.

 

525-ci qəzet.- 2024.- 26 yanvar, № 15.- S.10.