Ağ işığın
qayıtması
İşıq gəmiləri gələndə gizli gəlir.
Hamının gözünə görünmür ki! İsa
Muğanna işıq gəmilərini hamıdan çox
gözləyirdi. Bir dəfə Ağstafadakı evindən məni
ötürəndə gecənin gırt yarısıydı.
Darvazanın küçəyə açılan
qapısının yanında dayandı, göyə
boylandı, dedi:
- Bunlar harda qaldı belə? Niyə gəlib
çıxmadılar, görəsən?
"Kimi deyirsən?" deyəndə,
"İşıq gəmilərini deyirəm dana!" - deyib
mənimlə sağollaşdı.
O, inandığı kimi mən də inanırdım
(və inanıram!) İşıq gəmilərinin
olduğuna, yer üzünə gəldiyinə.
Gəldi o gəmilərdən biri yenə də.
İçindən bir işıqlı, üzü nurlu,
gülərüzlü bir Kişinin
düşdüyünü öz gözlərimlə
gördüm. Tanıdım o saat: o idi, Səməd Seyidov!
Göylərə, çox güman ki, yerlər
üçün işıq yığmağa gedibmiş.
Və əslində yerlərdə, xüsusən, Vətəni
təmsil etdiyi bütün görüşlərdə
çıxış edəndə özündən qabaq
danışan göylərdən əxz etdiyi,
yığıb gətirdiyi o işıqdı, o enerjidi! Ona
görə də harda çıxış etməsindən
asılı olmayaraq çıxışları təsirlidir,
yüksək vətənpərvərlik ruhundadır, milli və
bəşəri dəyərlərə xidmət edir.
Yenilməzdir, 44 günlük vətən müharibəsinin
şəhidlərinin, qazilərinin səsi, sədası kimi!
Çünki adi işıq deyil, Saf Ağ
İşıqdı! İsa Muğanna dediyi Saf Ağ
İnsanın İşığıdı! Nadir
işıqdı! Kamil işıqdı!
Bu işıqdan, əminəm ki, Səməd
Vurğunda da olmuşdu. Necə ki, İsa Muğanna bu
işığın nəinki aşiqiydi, həm də
daşıyıcısı və
yaraşığıydı!
Səməd Seyidov da məhz belə aşiq və
işıqdı. Azərbaycanın böyük
ziyalısıdı, ictimai xadimidi.
Deputatdı - seçiciləriylə görüşə
hər dəfə gələndə həmin Ağ
İşıqla gəlir.
Döyüşçüdü - beynəlxalq səviyyədə
hər dəfə Avropada bizə qarşı olan
hücumları və çıxışları Ağ
İşığıyla -sanki Həzrət Əlinin
haça qılıncıyla doğrayıb tökür.
İsa Muğanna işığa Qardaş demişdi. Mən də
qardaşımızı - belə bir Saf Ağ
İşığı -Saf Ağ Adamı 60 illik yübileyi
münasibəti ilə təbrik edir və ona həsr etdiyim
şeiri də oxucuların, bütün onu sevənlərin
diqqətinə çatdırıram.
Biri şair oldu, o biri alim,
Amma hər ikisi bir dərddə çıxdı.
Biri Strasburqda, biri Londonda
Danışanda eyni xislətdə çıxdı!
Onlardan ötrüymüş tribunalar,
Sanan nahaq özün tribun sanar.
Yanarmış, hər iki tribun, yanar,
Məsləkləri günəş qüdrətdə
çıxdı!
Nə gözəl yurdların var, Azərbaycan,
Çox şükürlər! Qazax adlanan yurddan
Yarandığı zaman, çıxdığı
zaman,
Elm dəyarandı, sənət də
çıxdı!
Tanrım! Qismətinə, payıma qurban,
Xalqımın adına, soyuna qurban!
Hər iki Səmədin boyuna qurban,
Çıxdı, sevincimiz son həddə
çıxdı!
Hər ikisi fəxr, qürurdu bizə,
Heç biri heç zaman gəlməsin gözə!
Hansını axtarsaq, qənşərimizə
Çıxanda ən əvvəl sərhəddə
çıxdı!
Nə vaxt ürək olur cahanda ürək?
Vətənə, torpağa yananda ürək!
Hər biri əlçatmaz ustad, şagirdtək
Ha baxdılar, mələk surətdə
çıxdı!
Namərdlər! Siz kimsiz? Gözü götürməz!
Mən kiməm? Söz gəldi - sözü
ötürməz!
"İki Səməd çıxmaz!" deyirdiniz bəs
Qazaxdan ikinci Səməd də çıxdı!
Barat VÜSAL
525-ci qəzet .- 2024.- 17 yanvar, ¹8.- S.9.