SƏN GÜLDÜYÜN GÜN
Qoxla körpələrini ciyərinə
yayılsın,
Huşsuz hissin ayılsın.
Gözlərində gülüşü cild-cild dərc
elə,
Sat ağrını, xərc elə.
Pəncərən ağlayanda qoşulma buludlara,
Bax çırpınan quşlara.
Xəyalları səfərdə yağan
yağışa baxma,
Axma, yollara axma.
Arzulara ayaq aç, diləklərin üstə get,
Sevinci təsəvvür et.
Saçını daramağa ayna gəzsin həvəsin,
Əllərin inciməsin.
Edam eyləyir məni könlündə düşən
yasın,
Qaşların çatılmasın.
Səni xoşbəxt görəndə unutmuşam o
dağı,
Könlündə daş olmağı
Bil, köksündə
acılar bir gün tufan qoparsa,
Uçar nəyim vardısa...
Gülüşlərin dağların əridər
qarın, qalmaz.
Sən güldüyün güldü yaz.
Ürəyini buz kimi, yuvanı isti saxla,
isin evlə otaqla.
Yad olma bu həyata alış, darıxmayasan,
Bilirəm, deyil asan,
Çalış darıxmayasan.
İllərin yorğ
unluğu gözlərində mürgülər,
Baxışın dərd sərgilər.
Tutub göyə çıxası içində
yağan dolu,
Yanağın Araz qolu.
Günəş də qaşlarına yas saxlayır, bəlkə
də,
Dünya qalıb kölgədə.
Ürəyinin yanğısı ovucumu tərlədir,
Necə də qəribədir...
Əllərin toxunan gül çiçək
açar fasiləsiz,
Barmaqların misilsiz.
Üzündə təbəssümü görmək
arzum səfərbər,
Dodağın ümid kəsər.
Gülsən, zülmət otağa elə bil ki,
gün düşər
Könül açar gülüşlər.
Dəryalar xəfif mehdən dalğalanmaz əzizim,
Sakitləş ay dənizim.
Misralar kəpənək tək işığına
yığışar,
Düşüncələr dağlışar.
Salıb ömürdən belə illəri pərən-pərən,
Axtarma, yoxdur görən.
Bugünlər, gələcəklər zamanla
vidalaşır,
Gün qaynayır, vaxt daşır.
Yorulub çiyinlərin dizlərinə düşməsin,
Yer göyə birləşməsin.
Mücirəddin Mübariz
525-ci qəzet .- 2024.- 26 yanvar, №15.- S.15