Antoni ilə
Kleopatranın gur məhəbbətinin faciəli sonluğu
(Əvvəli ötən şənbə
sayımızda)
Antoni Kleopatradan olan əkiz uşaqlarını
Aleksandr və Kleopatra adlandırdı və onlara soyad kimi
"Günəş" və "Ay" ləqəblərini
seçdi. Bu, romalıların narazılığını
xeyli artırdı. Antoni isə özünün şərəfsiz
hərəkətlərinə daha cazibədar rəng verməyi
bacarırdı. Bir dəfə demişdi ki, Roma imperiyası
tutduğundan daha çox, verdiyi çarlıqlardan ibarətdir
və bu nəcib qanın onun dünyaya yayılması yoludur.
Axı onun öz əcdadları da Herakl nəslindəndir.
Herakl da öz nəsli barədə ümidlərini bir ana
ağuşu ilə hüdudlaşdırmamışdı. Bu
sözlərlə o, özünün Roma mənəviyyatına
və adətlərinə yad olan hərəkətlərinə
bəraət qazandırmaq istəyirdi.
Antoni öz ordusu ilə qışın ən sərt
dövründə, qarlı qasırğalarda böyük ərazilərdə
səkkiz min adam itirdi, Sidonla Beyrut arasında Ağ kənd
adlanan yerə sayca azalmış öz qoşunlarını gətirib
çıxardı. Burada o, Aralıq dənizinin sahilində
Kleopatranın gəlib çıxmasını
gözləyirdi. Onun gəlişinin gecikməsinə dözə
bilməyib, o öz vaxtını darıxmamaq
üçün eyş-işrətdə keçirirdi. Nəhayət,
Kleopatra limana gəlib çıxdı və özü ilə
əsgərlər üçün paltar və pul gətirmişdi.
Antoni isə ondan yalnız paltarları aldı, əsgərlərə
isə öz pulunu Kleopatranın adından payladı. Tezliklə
Midiya çarı ilə Parfiya çarı Fraat arasında
münaqişə başlandı. Midiya çarı Antoninin
yanına elçilər göndərdi və Fraat əleyhinə
müharibə üçün Roma ilə konfederasiyaya girməyi
təklif etdi. Antoni bu xahişi böyük ümidlə qəbul
etdi ki, o, Midiyadan çoxlu at və oxatanlar alacaq və bu
ittifaq Parfiyanın onu məğlub etməsinə mane
olacaqdır. Buna görə də, şimalda, Araz
üstündə yerləşən ərazini də Midiyaya
birləşdirsin və təzə müharibəyə
başlasın. Ancaq Romada olan Oktaviya Antonini görmək istəyirdi
və buna görə qardaşı Oktaviandan xahiş etdi ki, ərinin
yanına getməsinə icazə versin. Oktavian buna
razılıq verdi və onun bu hərəkəti heç də
bacısına olan hörmətdən irəli gəlmirdi, o, əmin
idi ki, Antoni arvadını lazımi hörmətlə
qarşılamayacaq, əslində, ona hörmətsizlik edəcəkdir.
Bu isə Oktaviana öz müttəfiqi olan rəqibinə
qarşı müharibəyə başlamağa yaxşı bəhanə
verəcəkdi. Plutarxın yazdığı kimi, qədim
romalılar, bir qayda olaraq, şərabı su ilə
qarışdırmamış, onu xeyli durultmamış
içmirdilər, şərabı birbaşa
qarışıqsız içən qalları ələ
salırdılar. Onların nəzərində həqiqət
tünd şəraba bənzəyirdi və siyasətdə
ondan birbaşa istifadə etmirdilər. Həqiqəti yalanlarla
qatışdırıb, fayda vermək üçün hissə-hissə
işlədirdilər. Doğrudan, belə şərab siyasət
adlanan qidanın daha yaxşı həzm edilməsinə şərait
yaradırdı. Oktavian pis müttəfiq və qohum, pis sərkərdə
olsa da, mahir siyasətçi idi və öz məqsədlərinə
çatmaq üçün ailə mənafeyini də qurban
verməyə hazır idi, belə münasibətlərindən
də bir vasitə kimi çəkinmədən istifadə
edirdi. Bacısının qarşıdakı səfəri bu
qadının bədbəxtliyinə səbəb olsa da, öz
qorxulu rəqibini sıradan çıxartmaq üçün
çox şey vəd edirdi. Oktaviya tezliklə Afinaya yönəldi,
lakin Antoni məktubla ona bildirdi ki, o, yeni yürüş
hazırlayır və qoy arvadı onu orada gözləsin. Belə
xəbərdən Oktaviya çox pərt olmasına baxmayaraq,
bu hərəkətdə əsaslı səbəb olduğuna
da biganə qalmadı və ərinə yazdı ki, bunun
üçün məqsədəuyğun olan yerə o
özü ilə gətirdiyi şeyləri göndərə
bilər. Bu qadın ərinin əsgərləri
üçün paltar almışdı, çoxlu mal-qara, digər
hədiyyələr və pul gətirmişdi. Bundan başqa,
Oktaviya sərkərdənin dostlarının hədiyyələrini,
silahlanmış iki min seçmə əsgər və zabit gətirmişdi
ki, onlardan Antoni pretorian kaqortası yaratsın.
Kleopatra artıq öz təhlükəli rəqibini
hiss edirdi və o, qorxmağa başladı. O, bütün məftunedici
cəhətlərini işə saldı ki, onu dəf etmək
mümkün olmasın və o, həmişəlik Antoninin əvəzolunmaz
və nadir məşuqəsi olsun. Ona görə də Antoniyə
olan məhəbbətindən o, özünü, guya ölən
kimi göstərdi, xüsusi pəhriz ilə öz
fiqurasını çox incə və qədd-qamətli
etmişdi. Antoni otağa girəndə o, gözlərini heyranlıqla
məşuquna dikirdi, onu tərk edəndə isə, bu anda
kefi xarab olurdu və az qala, huşunu itirirdi. Ona çox
acı gəlirdi ki, Antoni onu göz yaşları axıdanda
görəcək və o, bunu müşahidə etdikdə,
qadın göz yaşlarını silir və geri
dönürdü, elə bil ki, onun bircə arzusu vardı ki,
məşuqu heç nə duymasın. Bütün bu hadisələr
Antoninin Midiyaya yürüşə
hazırlaşdığı bir vaxtda baş verirdi.
Kleopatranın tədbirləri isə
planlaşdırdığı kimi, o qədər də ləng
getmirdi, ondan ötrü ölən bu qadının ruhu
yalnız Antonidən asılı idi. Bu da bir həqiqət idi
ki, Oktaviya onun arvadı idi və ona ərə gələndə
bu iş onun qardaşına lazım idi. Kleopatra isə bir
çox xalqın çariçası olduğu halda, onun məşuqəsi
adı ilə də razılaşmışdı. Bu qadın
onu görəndə istər işıq saçsın, istər
onun xarakterindən zəhləsi getsin, onunla mehriban yaşaya,
onu əyləndirə bilirdi. Əgər o, bunlardan məhrum
olsaydı, bu itkidən bir daha özünə gələ bilməzdi.
Onlar bir-birinə elə nüfuz etmişdilər ki, Antoni onu tərk
edəcəyi halda, bu qadının hökmən öləcəyinə
elə inanmışdı ki, Midiya yürüşünü
gələn yaya təxirə salıb, müharibəyə
getməyi kənara atdı və Aleksandriyaya qayıtdı.
Buna baxmayaraq, bir neçə vaxtdan sonra bu ölkənin ərazisinin
içərilərinə girdi və Midiya çarı ilə
ittifaq bağladı. Kleopatradan olan az yaşlı oğlunu
çarın qızı ilə evləndirdi.
Qayıtdıqdan sonra onun bütün diqqəti vətəndaş
müharibəsinə dikildi.
Romada isə Antoniyə qarşı nifrət və
onunla haqq-hesabı çürütmək həvəsi
güclənirdi. Oktaviya Afinadan qayıtdıqdan sonra Oktavian
öz bacısına qarşı təhqiramiz münasibət
göstərildiyi qənaətinə gəlib, bacısına
ayrı evdə yaşamağı təklif etdi, lakin qadın
öz ərinin evini tərk etməkdən imtina etdi. Oktavian
artıq digər motivlərdən də asılı olmayaraq,
Antoni ilə müharibə etməyi qərara
almışdı. Elə bil ki, bu iki böyük sərkərdə
bir dünyada yaşaya bilmirdilər və Roma xalqını vətəndaş
müharibəsinə cəlb etdilər. Oktaviyanın isə
davranışı onun səmimi insan olmasından xəbər
verirdi. O, Antoninin evində qalmaqda davam edirdi və təkcə
özünün ondan olan uşaqlarına deyil, həm də
onun Fulviyadan olan uşaqlarına nəcib və alicənablıqla
qayğı göstərirdi. O, Antoninin Romaya işlə əlaqədar
gələn bütün dostlarını qəbul edir və
onlara hər cür köməklik göstərirdi. Onun belə
hərəkəti özü istəmədiyi bir halda da,
Antoninin nüfuzuna böyük zərbə vururdu. Antoninin
düzgün olmayan və ağılsız işləri isə
bu qadın tərəfindən ona nifrət bəsləməsinə
gətirib çıxardı.
Antoni oğlanları arasında ali vəzifələr
bölgüsü aparmasına baxmayaraq, onlar Aleksandriyada
heç də az qeyri-populyar deyildilər, bu, elə bil ki,
onların həyasızlığına və
bütünlükdə onların mənsub olduqları ölkəyə
olan nifrəti əks etdirirdi. Gümüşdən düzəldilmiş
yüksəkliyin üstündə Antoni və Kleopatra
üçün iki qızıl tac qoyulmuşdu. Onlardan
aşağıda isə uşaqlar üçün nəzərdə
tutulan alçaq taclar qoyulmuşdu. Antoni Kleopatranı Misirin,
Kiprin, Liviyanın, Kelesuriyanın kraliçası elan etdi, bu əraziləri
o, qadının Yuli Sezardan olan oğlu Sezarionla birlikdə idarə
etməli idi. Kleopatradan olan oğlanlarını - Aleksandrı
və Ptolomeyi çarlar çarı adlandırdı.
Aleksandra o, Midiyanı, guya tezliklə zəbt ediləcək
Parfiyanı, Ptolomeyə isə Finikiyanı, Suriyanı və
Kilikiyanı verdi. Kleopatradan olan böyük oğlu Aleksandr
xalqın qarşısına Midiya paltarında, Şərq
tacında çıxdı, Ptolomey isə makedoniyalı
plaşında, ayaqqabısı və papağında
çıxmışdı, onun da başını
qardaşının tacından fərqli olaraq diadem bəzəyirdi.
Bunlardan biri Böyük Aleksandrın varislərinin, digəri
isə Midiya ənənələrinə uyğun idi. Kleopatra
isə bu vaxt və bundan sonrakı dövrlərdə
xalqın qarşısına ilahə İsidanın qiyafəsində
çıxırdı və Yeni İsida adı altında əhalini
qəbul edirdi.
Bütün bu şeyləri Oktavian Sezar Senata
çatdırırdı və çox vaxt xalqa şikayətlənib,
adamların Antoniyə qarşı pis münasibətini
qızışdırırdı. Antoni də bunları
cavabsız qoymurdu və Oktavianı ittiham edən çoxlu məktublar
göndərirdi. Onun ən kəskin ittihamları ondan ibarət
idi ki, o, Pompeydən sonra aldığı Siciliyanı onunla
bölüşməmişdir və onun borc verdiyi gəmiləri
geri qaytarmamışdır. Nəhayət, Lepid kənarlaşdırıldıqdan
sonra ordunu, dövlətləri və əvvəllər ona
çatan gəliri özünə
götürmüşdür, həmçinin demək olar ki,
bütün İtaliyanı öz əsgərləri
arasında bölmüş və onun üçün
heç nə saxlamamışdır. Oktavian bu ittihamlara gecikmədən
cavab verdi ki, Lepid öz xətalarına görə idarəetmədən
uzaqlaşdırılmışdır, ikincisi, o, müharibədə
əldə etdiyini necə Antoni ilə yarı bölməlidir,
axı Antoni də ona son
yürüşündən heç bir pay
ayırmamışdır, Antoninin əsgərlərinin
İtaliyaya heç bir iddiası yoxdur, çünki onlar
Midiyada və Parfiyada əmlaka və torpağa sahib olmuşlar
və öz generalının başçılığı
altında bu igid əsgərlərin əldə etdikləri də
Roma imperiyasının qüdrətinə əlavə
olunmuşdur. Antoni bu cavabı yürüşdə olanda
aldı və o, saatca on altı legionu Kanidinin
başçılığı altında dənizə tərəf
göndərdi. Özü isə Kleopatra ilə birlikdə
Efesə yollandı. Yük gəmiləri də daxil olmaqla
onun donanması səkkiz yüz gəmidən ibarət idi.
Bunlardan iki yüzünü Kleopatra
qayırtdırmışdı, bundan başqa, o, iyirmi min
talant pul verdi ki, müharibənin keçiriləcəyi
dövrdə ordunu ərzaqla təmin etsin.
Antoni bir çox dostlarının məsləhəti
ilə göstəriş verdi ki, Kleopatra Misirə
qayıdıb, orada müharibənin gedişini izləsin.
Lakin o, Oktavian ilə ərinin təzədən
barışacağından qorxuya düşərək,
Kanidini böyük pul məbləği ilə ələ aldı
və onlar Antonini inandırdılar ki, müharibənin məsuliyyətini
bir adamın daşıması o qədər də
düzgün deyil və bu, çariçanın şöhrət
payından məhrum edilməsi demək olacaqdır. Axı
misirlilər öz hərbi-dəniz qüvvələrinin bir
hissəsini müharibə üçün vermişdilər.
Bundan başqa, o, özü görür ki, Kleopatra
bütün çarlarla necə ağıllı surətdə
əlaqə yarada bilir. Bu qadın uzun müddət ərzində
böyük bir ölkədə təkbaşına
çariçalıq etmişdir və uzun müddətdir ki,
onunla bir yerdə yaşayır və ictimai işlərdə
böyük təcrübəyə malikdir. Bu arqumentlərin
hamısı Antonini inandıra bildi və o, Kleopatra ilə
birlikdə Samos adasına böyük bayram keçirməyə
getdi. Göstəriş verildiyi kimi bütün çarlar,
şahzadələr, valilər, Suriya sərhədlərinin
daxilində olan bütün xalqlar, həmçinin İlliriya
müharibə üçün lazım olan silah və sursat gətirirdi.
Beləliklə, elan edilmişdi ki, bütün səhnə
aktyorları Samosda tamaşa verəcəklər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2024.- 27
yanvar,№ 16.- S.22.