FƏXRİYYƏ
Kükrəyən bir sel kimi bəndi
aşırdıb daşmışıq,
Qəhrəmanlartək ölümlə
"vur-vurum" oynaşmışıq.
Biz şəri taxtdan düşürdüb
küllüyə göndərmişik,
Harda bir parlaq xeyir varsa, gedib dostlaşmışıq.
Bilmişik, haqqın yolu ancaq "Dəmir
Yumruq"dadır!
Rəhbərin ardınca biz elliklə
"Yumruq"laşmışıq.
Biz Vətən uğrunda can vermək işində
mahirik,
Dövlət ilə, millət ilə, xalq ilə
çulğaşmışıq.
Biz vətəndaş adını tutduq hər addan
çox uca,
Xidmət üçün ölkəyə,
torpaqlaşıb daşlaşmışıq.
Can Şuşa eşqilə dağtək həm
qabarmış sinəmiz,
Sarp divartək daşlara "Yallah!" deyib
dırmaşmışıq.
Kimsə dünyada bizə, Teymur, bata bilməz daha!
Çünki Qalib Liderin ətrafına
toplaşmışıq!
06.01.2024
Teymur KƏRİMLİ
AMEA-nın həqiqi üzvü
525-ci qəzet.- 2024.- 9 yanvar,№ 2.- S.9.