Zəngəzur bizi
gözləyir
XX əsrin əvvəllərinə təsadüf edən
xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin
adları Azərbaycan mənşəlidir və biz
yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix
boyu Azərbaycan xalqı yaşayıb.
İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti
Mən Şəmkir rayonunun Əliyaqublu kəndində
yaşayıram. Alitəhsilli Azərbaycan dili və ədəbiyyatı
müəlliməsiyəm. 1984-cü ildən pedaqoji sahədə
çalışıram.
Hər bir azərbaycanlı öz tarixini bilməlidir.
Xüsusən də Rusiya imperiyasının "Parçala,
hökmranlıq et" şüarı altında həyata
keçirdiyi müstəmləkə siyasətinin Azerbaycan
xalqı üçün necə acı nəticələr
verdiyini unutmamalıdır. Ermənilərin azərbaycanlılara
qarşı qəddarlığının, soyqırım
törətməsinin tarixi kökləri var. XIX əsrin əvvəllərindən
ermənilər Rusiya imperiyası tərəfindən
işğal olunmuş Azərbaycan torpaqlarına
köçürülüb.
Məqsədyönlü şəkildə həyata
keçirilimiş soyqırım xalqımızı
ağır məhrumiyyətlərə və məşəqqətlərə
məruz qoyub, əsrlər boyu yaşadıqları
torpaqlardan, dədə-baba yurdlarından didərgin
salınıblar. Xalqımıza məxsus minlərlə
tarixi, mədəni abidə və yaşayış məskəni
dağıdılıb, viran edilib.
Bu iztirab və məhrumiyyətlərə mənim
atam, babam da məruz qalıb. Hər addımda onlar təzyiqlərlə,
hədə-qorxularla üzləşiblər. Ata babam Qafarov Qəni
Zəngəzur rayon Kolanı kəndinin kənd sovetinin sədri
olub. Sonradan həmin rayon və kəndin adı dəyişdirilərək
Masis rayon Rəncbər kəndi adlandırılıb.
Babam 1941-1945-ci illər II Dünya müharibəsinin
iştirakçısı olub, müharibədə həlak
olub.
Təzyiqlərə məruz qalan nənəm Qafarova
Leyli Əkbər qızı 5 övladı ilə Şəmkir
rayonuna köçüb, 1948-ci ildə digər qohumları ilə
birlikdə Əliyaqublu kəndində məskunlaşıb.
Atam Qafarov Telman Qəni oğlu 1939-cu ildə anadan olub. 9
yaşı olmasına baxmayaraq, hər bir hadisəni
xatırlayır və uşaqlıq illərini,
yaşadığı yerləri qəhərlənərək
xatırlayıb bizə danışırdı. Ən
böyük arzusu öz ata-baba yurdlarına dönüb orada
yaşamaq idi. Lakin qismət olmadı, 2012-ci ildə həyatdan
köçdü. Atam təhsilli müəllim, həm də
ixtisasca aqronom idi.
Anamın ata və babası da bu təzyiqlərə məruz
qalıblar. Məmmədov Mirhəsən sayılıb
seçilən seyid nəslindəndir. Anam həmişə
onun söylədiklərini bizə də danışardı.
Ermənilərin vəhşiliyini, heç yerdə
görünməyən hərəkətlərini və onlara
necə əzab əziyyət verdiklərindən söhbət
edərdi. Mən çox sevindim ki, atam bu sevincli günləri
görməsə də, anam bu sevinci yaşayır.
Anam Məmmədova Sima Qafar qızı 1947-ci il
dekabrın 17-də anadan olub, alitəhsilli müəllimdir,
hazırda təqaüdçüdür.
Qəhrəman Azərbaycan xalqı, möhtəşəm
Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi
ilə şanlı Azərbaycan Ordusu 2020-ci ildə 44 gün ərzində
erməni işğalçılarını diz
çökdürdü, düşmən kapitulyasiya aktına
qol çəkmək məcburiyyətində qaldı.
Bu gün Qərbi Azərbaycandan olan həmvətənlərimiz
öz tarixi torpaqlarına - Göyçəyə, Vedibasara, Zəngəzura
və digər mahallarımıza qayıtmağı səbirsizliklə
gözləyirlər. O gün gələcək, sağ
qalanların hamısı geri dönəcək.
Biz hər birimiz Ulu öndər Heydər Əliyevin
dediyi kimi, azərbaycanlı olmağımızla qürur
duymalı, xalqımızın qanı bahasına əldə
olunmuş müstəqil Azərbaycan dövlətini
yaşatmaq və inkişaf etdirmək üçün hər
işdə hər an səfərbər olmalıyıq,
Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx
birləşməliyik.
Ziyafət ASLANOVA,
Şəmkir rayon Əliyaqublu kənd tam orta məktəbin
direktor əvəzi
525-ci qəzet.- 2024.-11 yanvar,№4.- S.7.