Teatrların regionlara qastrol səfərləri davam
edir
Mədəniyyət
Nazirliyi teatrların regionlara təşkil olunan qastrol səfərlərini
2025-ci ildə də davam etdirir. Məqsəd regionlarda mədəni
həyatın fəallaşdırılması, əhalinin,
xüsusilə də gənclərin asudə vaxtının
keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı
kollektivlərlə daha sıx ünsiyyət və faydalı
təcrübə mübadiləsinə şərait
yaratmaqdır. Layihə çərçivəsində Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı "Xurşidbanu Natəvan"
tamaşasını Şəki Dövlət Dram Teatrında
Azərbaycanlıların Soyqırımı Günü ilə
bağlı nümayiş etdirib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Xalq
yazıçısı İlyas Əfəndiyevin
“Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə
qoyulan eyniadlı yaradıcılıq işinin
quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov,
quruluşçu rəssamı Əməkdar mədəniyyət
işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq
artisti Siyavuş Kərimidir.
Səhnə əsərində Xalq artistləri Məleykə
Əsədova, Kazım Abdullayev, Rafiq Əzimov, Hacı
İsmayılov, Əməkdar artistlər Anar Heybətov,
Elşən Cəbrayılov, Elnar Qarayev, Mirzə Ağabəyli,
Kazım Həsənquliyev, Əlvida Cəfərov, Ayşad Məmmədov,
Elşən Rüstəmov, aktyorlar Elçin Əfəndi,
Cavidan Novruz, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Lalə
Süleymanova, Məhsəti Tahirzadə, Rüstəm Rüstəmov
və başqaları iştirak edirlər.
Tamaşa Şəki tamaşaçıları tərəfindən
maraqla qarşılanıb.
525-ci qəzet .- 2025. -2 aprel(№53).- S.9.