Xaricdə təhsilə dair Dövlət
Proqramı: uğurlu addımlar, fərəhli nəticələr
Son illərdə ölkəmizdə gənclərin
xaricdə təhsilalması dövlət bu sahədə siyasətinin
prioritetlərindən birinə çevrilib. Əsas məqsəd
gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsilalma imkanları
yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək
inkişafını təmin edəcək və qlobal
çağırışlara cavab verəcək müasir texnologiyaları
çevik mənimsəyən, praktiki bilik və bacarıqlara
yiyələnən, müasir və gələcək əmək
bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli,
yüksəkixtisaslı peşəkar kadrlar kimi
hazırlanmasını təmin etməkdir.
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022- 2028-ci illər üçün Dövlət
Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr
üzrə kadr potensialının qarşılanması məqsədini
daşıyır.
Ali təhsilin bakalavriat səviyyəsində təhsil
almaq üçün seçimdə beynəlxalq fənn
olimpiadaları qaliblərinə üstünlük verilməsi
Dövlət Proqramı çərçivəsində
istedadlı gənclərin dünyanın qabaqcıl
universitetlərindən məzun olaraq ölkəmizin gələcək
inkişafına əlavə dəyər yaratmalarını təşviq
edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi
və idarəçilik keyfiyyətləri yüksək olan
perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan
ixtisaslara üstünlük verilməsi isə əmək
bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların
sayını artıracaq.
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində
dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin
ilk 10-luğunda yerləşən ABŞ-nin "Stanford
Graduate School of Business"də MBA proqramı üzrə təhsil
alan Anastasiya Zimina Bakı şəhərində anadan olub. O,
paytaxtdakı 160 nömrəli Klassik Gimnaziyanı bitirib, daha
sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə
daxil olub, ali təhsilimi "Menecment" ixtisası üzrə
başa vurub. Ali məktəbi bitirdikdən sonra müxtəlif
sənaye sahələrində çalışıb, ölkənin
ÜDM-nə təsir edən layihələrdə iştirak
edib: "Son bir il yarım ərzində "Boston Consulting
Group"da işləmişəm, texnoloji və transformasiya
layihələrində iştirak etmişəm. Sonra hədəfimdə
dünyanın ən rəqabətli və nüfuzlu MBA
proqramına daxil olmaq dururdu. Bu gün mən Stanford
Universitetindəəldə etdiyim bilik və qlobal əlaqələrdən
istifadə edərək innovativ həllər yaratmağa,
biznesin və vətənimin inkişafına töhfə verməyə
çalışıram. Məktəb illərim 160 nömrəli
Klassik Gimnaziyada keçib. Orada məndə erkən
yaşlarımdan son nəticənin birbaşa öz səylərimdən
asılı olduğuna inam yarandı. Məhz bu ədalətli
mühit və təşəbbüskarlığın təşviqi
məni ən yaxşı seçim etməyə sövq etdi.
Məktəb bazası mənə təkcə akademik bilik
deyil, həm də məqsədyönlü və təşəbbüskar
olmağın nə qədər vacib olduğunu aydın şəkildə
başa saldı. Məktəbdə
çıxardığım bütün bu dəyərlər
və prinsiplər mənim gələcək inkişafımda
böyük rol oynadı: onlar mənə Lomonosov adına Moskva Dövlət
Universitetinə daxil olmaq üçün möhkəm bir təməl
və potensialımı maksimum dərəcədə
açmağa imkan verdilər. Stanford MBA proqramı,
dünyada ən prestijli MBA proqramları arasında ən
aşağı qəbul faizi ilə seçilir. Bu MBA
proqramında hər bir problem həllinə dünya miqyasında
yanaşılır və investorların, eləcə də
startapların əsas məkanı sayılır. Beləliklə,
əsas sual "mənim həllim bu problemi dünya üzrə
bütün ölkələrdə necə həll edəcək?"
olur. Bu cür qlobal miqyasda düşünmə mənim
üçün çox önəmlidir, ona görə ki,
bu, mənə daha geniş düşünməyə kömək
edəcək və bu təcrübəni Azərbaycana gətirməyə
dəstək olacaq. Bu gün Azərbaycanda gənclərə
çox ciddi diqqət yetirilir, çünki ölkənin gələcəyini
məhz gənc nəsil müəyyənləşdirir.
Dövlətimiz gənclərə inkişaf üçün
çox sayda fürsət təklif edir: pulsuz təlimlər
keçirir, perspektivli sahələrdə təhsil
proqramlarını dəstəkləyir, tələb olunan
peşələrin inkişafı üçün şərait
yaradır. Bu dəstəyin mühüm elementi gənclərin
dünyanın aparıcı universitetlərinə daxil
olmasına, təcrübə qazanmasına və sonra əldə
etdikləri bilikləri vətənlərinin rifahı naminə
tətbiq etmələrinə kömək edən Xaricdə Təhsil
üzrə Dövlət Proqramı olub. Bu dəstək sayəsində
biz gənc mütəxəssislər nəinki qabaqcıl tədqiqat
və texnologiyalara çıxış əldə edirik, həm
də qlobal idarəetmə təcrübəsini mənimsəyirik
ki, bu da yeni nəsil liderlərin formalaşmasına kömək
edir. Əminəm ki, təhsil sahəsində dövlət təşəbbüslərinin
davam etdirilməsi və genişləndirilməsi ilə biz Azərbaycanın
inkişafına əhəmiyyətli töhfə verəcək
daha istedadlı məzunları görəcəyik".
O qeyd edib ki, Stanford Universiteti innovativ mədəniyyəti
və sahibkarlıq ruhu ilə məşhurdur və onun MBA
proqramı dünyanın ən rəqabətli proqramı
hesab olunur. Burada tələbələrə daim meydan oxuyan və
qlobal düşünməyə təşviq edilən bir
atmosfer var: "Məni xüsusilə biznes və
texnologiyanın gələcəyini formalaşdıran
güclü təcrübəçilərdən və
akademiklərdən öyrənmək fürsəti cəlb
etdi. MBA-ya marağım uzun müddətdir ki, strateji
düşüncənin böyük layihələrdə
hansı rol oynadığını görəndə
yaranıb. Bir çox ölkələrdə MBA hazırda
karyera inkişafının açarına çevrilir,
çünki geniş əlaqə şəbəkəsi və
hərtərəfli idarəetmə təcrübəsi verir. Mənim
üçün bu proqram üfüqləri genişləndirməyə
və gələcək uğurlara zəmin yaratmağa kömək
edən bir platformadır. Düşünürəm ki, öz
Vətəninə dəstək vermək hər bir vətəndaşın
borcudur. Bu dəstək həm ölkə maraqlarını
qorumaq, həm seçkilərdə iştirak etmək, həm
də iqtisadi sahələrin inkişafını təmin etməkdən
ibarətdir. Bu baxımdan, mən hər zaman Azərbaycanın
inkişafına dəstək verməyə çalışmışam.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə böyük
nailiyyətlər əldə edilib və biz inkişaf etməyə,
ölkəni daha da yaxşılaşdırmağa davam edirik.
Stenfordda təhsil alarkən mümkün qədər çox
təcrübə və bilik əldə etmək istərdim,
daha sonra isə onları həyata keçirərək ölkənin
inkişafına daha çox kömək edə bilərəm.
Həmçinin belə bir universitetdə "networking" və
layihələr, gələcəkdə Azərbaycana
investisiyalar gətirmək üçün kömək edərək,
ölkənin xarici investisiyalar cəlb etməklə
bağlı ümumi iqtisadi siyasətini dəstəkləyəcək.
Misal üçün, AI və rəqəmsal marketinq sahəsində
startup ideyam var - onu Stanford vasitəsilə böyüdüb
Azərbaycana xarici investisiyalar cəlb etmək istərdim.
Çünki Azərbaycan vətənimdir, burada
böyümüşəm, burada bu startup-ı böyütmək
həm mənəvi, həm də iqtisadi baxımdan önəmlidir.
Stanford fikirlərin açıqlığını və bərabər
dialoqu təşviq edir: Tələbələr professorlardan
öyrəndikləri kimi, professorlar da tez-tez öz tələbələrindən
öyrənirlər. Təşəbbüs həmişə
burada qiymətləndirilir: bir araşdırma və ya
başlanğıc üçün bir fikriniz varsa, həyata
keçirmək üçün mentorluq və mənbələr
alacaqsınız. Buradakı beynəlxalq tələbələr
kampus müxtəlifliyinin ayrılmaz hissəsidir və
onların mədəniyyətləri və təcrübələri
sinif müzakirələrini zənginləşdirir. Üstəlik,
laboratoriyalarda vətədqiqat mərkəzlərində
maraqlarınıza uyğun bir layihə tapmaq və müəllimlərdən
fəal şəkildə dəstək almaq asandır. Elmi-tədqiqatlara
cəlb olunma formal olaraq deyil, canlı maraq sayəsində
baş verir: tələbələr özləri iştirak etmək
istəyirlər, çünki öz işlərinin real nəticələrini
görürlər".
Onun sözlərinə görə, azərbaycanlı
tələbələrin ABŞ-dəki mühiti çox
mehribandır: "Biz təcrübə mübadiləsi
aparır və bir-birimizə yeni təhsil mühitinə
uyğunlaşmağa kömək edirik. Eyni zamanda, mənim
mövqeyim bənzərsizdir, çünki Azərbaycandan
"Stanford Graduate School of Business"ə daxil olan ilk
qadın və GSB-də son on ildə ölkəmizdən olan
yeganə tələbəyəm. Bu, vətəni beynəlxalq
səviyyədə təmsil etmək və onun müsbət
imicini təbliğ etmək baxımından mənim
üçün xüsusi məsuliyyətdir. Mən mədəniyyətimizə
diqqəti cəlb etməyə, tədbirlərdə
iştirak etməyə və Azərbaycanın zəngin irsi
haqqında danışmağa çalışıram. Bundan əlavə,
həmvətənlərimi fəal şəkildə dəstəkləyirəm,
onlara qəbula hazırlaşmalarına kömək edirəm
və bu cür nüfuzlu universitetlərdə rəqabətdə
qalib gəlmək barədə məsləhətlərimi
bölüşürəm. Ümidvaram ki, yaxın illərdə
Stanforddakı təmsilçiliyimiz daha da artacaq və biz Azərbaycandan
olan istedadları daha da parlaq şəkildə üzə
çıxara biləcəyik. Xaricə təhsil almağa gedən
qızların sayının artması onların
ambisiyalarının və öz güclərinə
inamlarının artmasını əks etdirir. Öz nümunəmdən
deyə bilərəm ki, əzmkarlıq, ciddi intizam və ailəmin
dəstəyi mənə hər hansı bir stereotipi aradan
qaldırmağa və məqsədimə çatmağa kömək
etdi. Ona görə də Azərbaycandan Stanford Ali Biznes Məktəbinə
(Stanford Graduate School of Business) daxil olan ilk qadın olmaq mənim
üçün təkcə böyük qürur mənbəyi
deyil, həm də inkişafımı davam etdirmək
üçün güclü stimuldur. Mən görürəm
ki, biz qızlar nəinki dünyanın ən yaxşı
universitetlərində rəqabət aparırıq, həm də
bir-birimizi cəsarətlə irəliləməyə və
yeni zirvələrə çatmağa ruhlandırırıq.
Bu nümunə, ümid edirəm ki, digər qızları da
özlərinə inanmağa vəmaneələrdən
qorxmadan hərəkət etməyə sövq edəcək".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.15.