Bir həftə “Mif”
Müasir İncəsənət Muzeyində rəssam
Nərmin Sadıqovanın “Mif” fərdi sərgisi keçiriləcək.
4-11 aprel tarixlərində baş tutacaq sərgidə rəssamın
son illərdə müxtəlif mövzularda
yaratdığı 40-a yaxın rəsm əsəri
nümayiş olunacaq.
525.az xəbər verir ki. sərgi rəssam Nərmin
Sadıqovanın yaradıcılığında yeni səhifə
açır. Sərgidə nümayiş olunacaq əsərlərdə
rəssamın əvvəllər müraciət etdiyi
mövzularla yanaşı, yeni bir istiqamət də
özünü göstərir.
Nərmin Sadıqovanın “Mif” fərdi sərgisi
astrologiya ilə incəsənətin sintezini təqdim edərək
onlar arasındakı dərin əlaqələri
araşdırmaq istəyən sənətsevərlər
üçün unikal təcrübə mənbəyi olacaq. Rəssam
astrologiyanın əsrarəngiz dünyasını rəngkarlığın
estetik ifadə vasitələri ilə birləşdirərək
on iki bürcün özünəməxsus cəhətlərini
- mifoloji mənasını, planetar təsirlərini və
simvollarını kətan üzərində öz bədii
yanaşması ilə əks etdirir. Müəllif əsərlərində
hər bir bürcün özəl xüsusiyyətlərini əyaniləşdirərək
seçilmiş kompozisiya quruluşu, rəng palitrası və
digər bədii ifadə vasitələri ilə onların bədii
obrazını yaradıb. Astroloji biliklərə əsaslanan
bu əsərlərin kompozisiyalarında təsvir olunan elementlər
kosmosla əlaqəni daha dərindən hiss etməyə imkan
yaradacaq. Bu nümunələrdə hər bir detal
bütöv bir sistemin və onlar arasındakı əlaqələrin
simvolik təcəssümüdür. “Mif” fərdi sərgisi təkcə
bədii əsərlərin estetik tərəfini deyil, həm
də onun insan həyatına təsirini və astroloji
simvolların dərin məzmununu əks etdirməklə yaddaşlarda
iz buraxacaq.
Rəssamın yaradıcılıq üslubu müasir
dövrün estetik meyllərini əks etdirərək ənənəvi
formalardan daha çox özünəməxsus və
eksperimental xarakter daşıyır. Rəssam iştirak etdiyi
layihələrdə hər zaman özünəməxsus dəst-xəti
ilə diqqəti cəlb edir. Nərmin Sadıqovanın əsərləri
həm bədii-estetik baxımdan, həm də dərin fəlsəfi
məzmunu ilə zəngindir. Rəssamın portret, mənzərə,
natürmort və başqa janrlarda ərsəyə gətirdiyi
əsərlərin hər biri izləyicilərə fərqli
dünyagörüşü təqdim edərək onları
düşünməyə təşviq edir.
Nərmin Sadıqova uzun illərdir
yaradıcılıqla məşğuldur. O, davamlı olaraq
müxtəlif yerli və beynəlxalq sərgilərdə
iştirak edir. Rəssam Azərbaycan Dövlət Xarici Dillər
Universitetində, Azərbaycan Rəssamlıq Akademiyasında,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində təhsil alıb. 2012-ci ildə onun xeyriyyə
xarakterli ilk sərgisi keçirilib. İki il sonra – 2014-cü
ildə isə rəssam “Gallery-1969”da “Səs” fərdi sərgisi
ilə sənətsevərlərin görüşünə
gəlib. O, 2013-cü ildə “Bakının işıqları”
rəsm müsabiqəsinin qalibi olub. 2016-cı ildə rəssam
Milli İncəsənət Muzeyində keçirilən sərgidə
iştirak edib, 2017-ci ildə onun “Gallery-1969”da “Momentous”
adlı ikinci fərdi sərgisi olub. Nərmin Sadıqova
müxtəlif illərdə ölkəmizi İtaliyada,
ABŞ-da, Latviyada, Birləşmiş Ərəb Əmirliklərində,
Türkiyədə təmsil edib, 2019-cu ildə Parisdə Luvr
muzeyində keçirilən “Karusel” sərgisində
iştirakçısı olub. N.Sadıqova Heydər Əliyev
Fondu və Yarat Müasir İncəsənət Mərkəzinin
təşkil etdiyi müxtəlif layihələridə də
iştirak edib.
Qeyd edək ki, rəssamın sayca 5-ci fərdi sərgisi
olan bu tədbir “Mif” Müasir İncəsənət Muzeyində
baş tutacaq. Tədbir 4-11 aprel tarixlərində, saat
11:00-20:00 arasında gerçəkləşəcək. Biletlərin
qiyməti 5, tələbələr üçün 2 AZN təşkil
edir.
525-ci qəzet .- 2025. -3 aprel(¹54).- S.10.