"Ulduz"lu
görüşlər"in növbəti qonağı
yazıçı Varis olub
Ulduz" jurnalının təşkilatçılığı
ilə Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda
yazıçı Varislə görüş
keçirilib.
Azərbaycan Univerisiteti tələbələrinin
iştirak etdiyi tədbiri "Ulduz" jurnalının
baş redaktoru Qulu Ağsəs açaraq, Varisin
yaradıcılığı haqda geniş məlumat verib.
Jurnalın şöbə redaktoru Taleh Mansur gənc
filoloqları görüşdə aktiv iştirak etməyə
çağırıb. Gənclərlə görüşə
məmnunluqla qatıldığını bildirən
yazıçı Varis, öz təcümeyi-halını
danışıb, jurnalist, naşir və ədib kimi
keçdiyi yola nəzər salıb.
Varis tələbələrə onu da xatırladıb
ki, "Ulduz" jurnalı və "Ədəbiyyat və
incəsənət" portalı dost mətbu orqanlardır,
"Biri ikisində" adlı birgə layihələri illərdi
uğurla davam edir. Öz yazı texnikası və ədəbi
düşüncülərini bölüşən Varis, gənc
filoloqların suallarını cavablandırıb, onlara
imzalı kitablarını hədiyyə edib. Xatırladaq ki, "Ulduz"lu
görüşlər"in növbəti qonağı
yazıçı Əyyub Qiyas olacaq.
525-ci qəzet .- 2025. -3 aprel(№54).- S.9.