Beynəlxalq Muğam
Mərkəzində növbəti konsert
Beynəlxalq Muğam Mərkəzində (BMM)
“Muğamat axşamı” adlı konsert proqramı təqdim
olunub.
"Respublika" xəbər verir ki, böyük
anşlaqla keçən konsertdə Əməkdar artistlər
Babək Niftəliyev, Arzu Əliyeva, BMM-nin solistləri Vəfa
Vəzirova, Səbinə Ərəbli, Rəvanə Qurbanova,
Mirələm Mirələmov, Kamilə Nəbiyeva muğam və
təsniflərdən ibarət proqramla dinləyicilərin qəlbini
oxşayıblar.
İfaçıları BMM-nin solisti Rövşən
Qurbanovun (tar) rəhbərliyi ilə instrumental ansambl – Ceyhun
Muradov (kamança), Əməkdar artist Təranə
Əliyeva (qanun), Rafael Əsgərov (balaban), Amil Mustafayev
(nağara), Vasif Yusublu (ud) və Adəm Zərbəliyev
(balaban) müşayiət ediblər.
Layihənin məqsədi əsrlər boyu davam edən
tədrici inkişaf və təkamül prosesi nəticəsində
yetkinləşmiş, formalaşmış və kamilləşmiş
muğam sənətimizi gələcək nəsillərə
çatdırmaqdır.
525-ci
qəzet .- 2025. -4 aprel(№55).- S.9.