Orta Şərqə güzgü olan
kitab
Şərqi Aralıq dənizi ölkələrində
fərqli milli mənsubiyyətə malik şəxsiyyətlərin
birlikdə yaşamaq praktikası ilə dünyanın qalan hissəsinə
işıq saça biləcək şansı var idi, ancaq bu
şansı düzgün dəyərləndirə bilmədilər.
Şərqi Aralıq dənizində işıqlar
söndü və qalaktikanı qaranlıq bürüdü...
Amin Maalof Adana mənşəli, Katolik misirli bir
ananın və livanlı Məlkit bir atanın oğlu olaraq
1949-cu ildə Beyrutda doğulub. Həyatının 27 ilini
Livanda yaşayıb. Livanın vətəndaş müharibəsindən
sonra 27 yaşında Fransaya köçüb və o tarixdən
bu günə qədər hər biri dünya miqyasında
uğur qazanmış, 40 dilə tərcümə olunmuş
yeddi roman, doqquz essevari tarix kitabı və dörd libretto
yazıb. Təhsili sosioloq, peşəsi ata sənəti olan
jurnalistlik, ən böyük marağı isə, öz diliylə
desək, dünyada baş verənləri müşahidə
etmək, izləmək idi. Zaman keçdikcə o min bir gecə
nağılları yazıçılığından,
mütəfəkkirliyə doğru irəliləməyi
bacardı. Əlimizdəki kitab da bu irəliləyişin nəticəsi
olan dəyərli bir mətndir.
Kitabın ilk fəslində Amin Maalof ilə əl-ələ
tutub 1949-cu ilin Misirinə səyahət edirik. "Müsəlman
qardaşları"nın qurucusu Həsən ƏL Bənnanın
öldürülməsinə, ardınca
Çörçilin sifarişi ilə yerinə yetirilən
İsmailiyyə qətliamına, azad zabitlər
çevrilişi və Ərəb milliyyətçi Camal
Əbdulnəsirin yüksəlişi ilə aftoqratın
güc qazanmasına, dolayı yolla Maaoluf ailəsinin Misirdən
qovulmasının ürək ağrıdan hekayəsinə
şahid oluruq. Misirin bir çox mədəniyyəti əhatə
edən, intellektual olaraq məhsuldar bir ölkədən
milliyyətçilik kölgəsində tək bir
partiyanın dəmir yumruğu ilə idarə edilən təksəsli
bir ölkəyə çevrilməsinin hekayəsidir bu.
Yaxşı bir ədəbiyyatçı tərəfindən
diqqətlə yazılmış, bir dövrün şahidliyi
olan ilk fəsil ifadə dili olaraq sanki mənə İlya
Erenburqun "Xatirələri"ni xatırlatdı.
Mühafizəkar inqilab
Kitabın ikinci fəslində artıq Misirlə əlaqəsi
kəsilmiş, Beyrutda yaşayan Maalouf ailəsi ərəblərin
son böyük ümidi olan Camal Əbdülnəsirin yenilməsinə
şahid olur. Maalof 1967-ci il İsrail müharibəsi və məğlubiyyətinin
ərəblər üzərində böyük bir
ümidsizlik və özgüvən
çatışmazlığı dalğası
yaratdığını və günümüzdə ərəb
dünyasındakı qaranlığın bu duyğulardan
çıxa bilməməyini yazır. Yazıçıya
görə, bu, radikal İslamın hələ də Şərq
ilə etdiyi müharibəsindən qaynaqlanır.
Fəslin sonunda sanki Spilberqin "Münix" filmindən
bir səhnə yaşayırıq. Ehud Barakın
komandanlığı altında olan İsrail komandoları
Beyruta basqın edərək Fələstin xalqını qətlə
yetirir, 1975-ci il Livan vətəndaş müharibəsi
başlayır və Amin Maalof bu ölkədən də
ayrılmaq məcburiyyətində qalaraq Fransaya gedir.
Kitabın üçüncü fəslində 1979-cu
ildəki 4 mühafizəkar inqilabı izləyirik: İran
inqilabı, Tetçer və Reyqanın seçki qələbələri,
antikommunist, Polşa mənşəli 2-ci İohan Pavelin papa
olması və Çindəki mühafizəkar Den Siyaopin
iqtidarı. Maalofa görə, bu mühafizəkar
inqilabları bənzərsizliyin və
arsızlığın normal görüldüyü, mikro
milliyyətçiliyin yüksəlməkdə olduğu,
ağır kapitalizmin hökm sürdüyü bugünkü
nizamı hazırlamışdır.
Dördüncü fəsildə isə
yazıçı dövlət aparatına təriflərini
yağdırdıqdan sonra, öncə kominizmin uğursuz
iqtisadi təqibindən şikayətçi olur, sonra
Amerikadan, Əfqanıstandan antikommunist mücadilə çərçivəsində
silahlandırılıb "Əl-Qaidə"ni qurduqdan sonra
İraqda İŞİD və bənzər qurumların meydana
gəlmə səbəbləri olmağından şikayətlənir.
İnanır ki, həll daha öncələr belə problemlər
yaşayıb və bu problemlərdən dərs almış,
bir-biri ilə mübarizəni başa vuran Avropa Birliyindən
gələ bilər, ancaq bu mövzuda tərəddüd
yaşadığını ifadə edir.
Yaxşı öndər necə olar?
Maalof Ərəb dünyasındakı liderlərin
iqtidarı ələ keçirdikdən sonra illərcə kənar
olduqları iqtidarın köhnə sahiblərinə
qarşı revanşist duyğular hiss etdiklərini, ölkəni
daha məxsusi şəkilləndirməyə
çalışdığını, ancaq bunun işə
yaramadığını və ümumiyyətlə, qalanlara
zərər verdiyindən yazır. Ona görə yaxşı
öndər mikro milliyyətçilik ünsürlü din,
irq, məzhəb siyasəti edən liderlər deyil, ölkəsinin
varlığı üçün özünü həbsə
atdıran və 26 il həbsdə qalmasına səbəb olan
Cənubi Afrika prezidenti Henrix Vervoedin dul xanımını
ziyarət edən Nelson Mandela kimilərdir. Kitabın sonunda
Maalofun gələcəklə bağlı optimist olmaq
üçün səbəbinin qalmadığını, tək
ümidinin hər şeyi düzəldəcək
görünməz bir əlin hərəkətə keçməsi
olduğunu oxuyuruq.
Amin Maalof romançılığından kəşf
etdiyimiz sadə və axıcı diliylə içindən
çıxdığı Ərəb toplumununa dürüst
bir güzgü tutaraq, səbəb-nəticə əlaqələri
ilə gələcəyə olan narahatlığını
ifadə edir. Haqlı bir narahatlıqdı bu.
Yazıçının məsuliyyəti
Lakin bugünkü dünyada cəmiyyətlər ən
kiçik fərqliliklərini belə əsas tutub bir-birlərinə
olan hisslərini nifrətlə ifadə edirlər. Bunu edərkən,
əslində, qloballaşma içində bənzər həyatlar
yaşadıqları və bir-birlərindən çox da fərqli
olmadıqları üçün hələ də cəmiyyətlərin
anlaşa biləcəklərini ümid edirik. Bu kitabı əslən
sosioloq olan bir ədəbiyyatçının intellektual məsuliyyət
ilə çağının və özünün də
içindən çıxdığı ərəb
toplumunun simasında bugünkü qaranlığı,
irqçiliyin və mədəniyyət fərqliliyinin
yaratdığı problemləri ifadə edən essevari tarix
kitabı kimi dəyərləndirə bilərik.
Zövqlə oxunan, oxunmağa və haqqında
düşünməyə, danışmağa layiq olan bir
kitabdır. Bu cür kitabların acgöz oxucusu olaraq
yazıçıya təşəkkür edirəm.
Rəvan CAVİD
525-ci qəzet .- 2025. -5 aprel(№56).- S.17.