Qırğız teatrı Bakıda
“Dədə Qorqud” tamaşasını nümayiş etdirib
Toktobolot Abdumomunov adına Qırğızıstan
Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud”
tamaşası ilə çıxış edib. Tamaşa
aprelin 3-də Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının səhnəsində göstərilib.
Tədbir Qırğızıstan Mədəniyyət,
İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan
Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı
ilə həyata keçirilib.
Səhnə əsərini Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli, Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulova,
Qırğızıstanın Azərbaycandakı səfirliyinin
müşaviri Asılbek İsayev və digər rəsmilər,
mədəniyyət xadimləri, sənətsevərlər izləyiblər.
Tamaşaya gələn qonaqlar qırğız və
Azərbaycan dillərində salamlama nitqi ilə
qarşılanıblar.
Qırğızıstanın Xalq
yazıçısı Kayrat İmanalievin müəllifi
olduğu tamaşanın quruluşçu rejissoru Marat Kozukeev,
səhnə tərtibatçısı Bakıt Tilekmatovdur.
Tamaşanın səsləndirilməsi və musiqisi Abdı
Osmonov, səhnə sistemi isə Daniyar Cancigitov tərəfindən
həyata keçirilib.
Səhnə əsərində aktyorlar Adıl Bolorbek
Uulu, Atay Ömürbekov, Şaygül Alseyitova, Daniyar
Cancigitov, Albina İmaşova, Ercan Osmonov, Aysalkın
Kıyıkbaeva, Arnis Kıdırmışev, Ceniş
Kangeldiyeva, Kaliça Seydaliyeva, Askar Kaçkınbayev, Mahabat
Asanbekova, Kanbolot Atakan Uulu, Cıldızbek Kaseyinov,
Ömürbek İzrail Uulu iştirak ediblər.
Tamaşadan sonra çıxış edən Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri Xalq artisti,
Dövlət mükafatı laureatı Hacı
İsmayılov, Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti Aktotı Raimkulova,
Qırğızıstanın Azərbaycandakı səfirliyinin
müşaviri Asılbek İsayev, Qırğızıstan
Milli Akademik Dram Teatrının bədii rəhbəri, Xalq
artisti Egemberdi Bekboliyev, tamaşanın müəllifi, Xalq
yazıçısı, Ç.Aytmatov adına Dövlət
mükafatı laureatı, professor Kayrat İmanaliyev və
Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar
incəsənət xadimi, Dövlət mükafatı
laureatı Mehriban Ələkbərzadə tədbirin əhəmiyyətindən,
Qırğızıstan və Azərbaycannın mədəni
əlaqələrinin gələcək inkişafından
danışıblar.
Qırğızıstan Milli Akademik Dram Teatrına Azərbaycan-Qırğızıstan
mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə
görə Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının “Milli teatr” mükafatı təqdim olunub.
Azərbaycan tamaşaçılarına təqdim
olunan “Dədə Qorqud” tamaşası Bakı səhnəsində
uğurla oynanıldığına görə Azərbaycan
Teatr Xadimləri İttifaqının diplomu ilə
mükafatlandırılıb.
Əsərin müəllifi Kayrat İmanaliyev
ATXİ-nin “Teatr xadimi” medalına, qonaq teatrın aktyorları
Atay Ömürbekov Qoca Qorqud, Adıl Bolorbek Uulu Cavan Qorqud
rolunun uğurlu təqdimatına görə ittifaqın fəxri
fərmanlarına layiq görülüblər.
525-ci qəzet .- 2025. -5 aprel(¹56).- S.13.