Bakıda Qətər
Mədəniyyəti Günləri başlanır
Aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti
Günləri keçiriləcək.
Bu barədə AZƏRTAC-a Mədəniyyət
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 10-da saat 15:00-dan etibarən
paytaxtımızın sakinləri və qonaqları Dənizkənarı
Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin
milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya
sənəti nümunələri ilə tanış olacaqlar.
Həmçinin sözügedən günlər ərzində
həmin ərazidə Qətərdən təşrif
buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər
keçiriləcəkdir.
Eyni zamanda, aprelin 10-da Heydər Əliyev Mərkəzində
Qətər Mədəniyyəti Günlərinin rəsmi
açılış mərasimi keçiriləcək. Gecədə
Qətərin incəsənət ustaları və bədii
kollektivlərinin iştirakı ilə geniş konsert
proqramı təqdim olunacaq.
Xatırladaq ki, bundan əvvəl ölkəmizdə Qətər
Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında
keçirilib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətərin
paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti
Günləri dost ölkədə mədəniyyətimizin təntənəli
təqdimatı ilə yadda qalıb.
Azərbaycan Respublikası ilə Qətər Dövləti
arasında əlaqələr iki ölkə rəhbərlərinin
qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri
zəminində bütün sahələrdə inkişaf edir.
525-ci qəzet .- 2025. -9 aprel(№58).- S.13.