Havanın çirkliliyi:
ciddi ekoloji problem və onun törətdiyi
fəsadlar
Havanın çirklənməsi atmosferdə
bərk,
maye və
qaz halında olan yad maddələrin insan sağlamlığına,
yaşayış həyatına və
ekoloji tarazlığa zərər verəcək miqdarda,
sıxlıqda və uzun müddət ərzində
olması
deməkdir.
Hava təbəqəsi
insanların müxtəlif
fəaliyyətləri nəticəsində
istehsal və istehlak zamanı əmələ gələn
tullantılarla çirklənir,
yer üzündə canlı həyatına mənfi təsir göstərir.
Atmosferi çirkləndirən maddələr
nəinki insanlara, ekosistemə də mənfi təsir edir. Havaya qarışan çirkləndirici
maddələr isə
müvafiq olaraq kükürd-dioksid, hidrogen-sulfid,
karbon-monoksit, azot oksidləri və digər hissəciklərdir.
Xüsusilə son 100 ildə mineral yanacaqların həddindən
artıq istifadəsi,
istehsal və istehlakın artması atmosferi çirkləndirməyə
davam edir. Hava çirkliliyi ciddi xəstəliklərə yol
açmaqla yanaşı,
miqren kimi xroniki və nevroloji xəstəlikləri
olan şəxslərə
təsir edir. Bundan başqa, son zamanlar ağ
ciyər xəstəliklərinin
yaranmasının əsas
səbəbi kimi orqanizmə daxil olan hava kütləsinin
zəhərli olmasıdır.
Çirklənmənin artması, eyni
zamanda, havanın temperaturunun normadan çox olmasına da səbəb olur.
Hava çirklənməsi
təbii səbəblərlə
yanaşı, müxtəlif
zavodların və sənaye müəssisələrinin
ixrac etdiyi zəhərli qazlardır. Təbii səbəblərə
vulkan püskürmələri,
bataqlıq qazları və mədənlərdə
və ya mağaralarda qaz yığılması nəticəsində
qaz və hissəcik tullantıları
daxildir. Eynilə, təbii
mənşəli meşə
yanğınları da
havaya çirkləndirici
qazlar ötürür.
Viruslardan, bakteriyalardan, göbələk
sporlarından və tozcuq dənələrindən
havanın çirklənməsi
təbii və ya insan fəaliyyətindən
təsirlənə bilər.
"Süni" səbəblərə
gəldikdə, nəqliyyat
vasitələrinin hərəkəti
və sənaye obyektlərinin fəaliyyətindən
yaranan qaz emissiyaları "çirkləndirmə
missiyasını" öz
üzərinə götürüb. Həmçinin fosil yanacaqların qızdırılması və
antropik mənşəli
yanğınların (meşə
və tullantılar) yandırılması da bu qrupa daxildir.
Həm inşaat, həm avtomobil sənayesi və digər sahələrdə səthlərin
rənglənməsi və
laklanması zaman atılmış hissəciklər
də atmosferdə zərərli maddələrin
yaranmasına səbəb
olur. Boyalar, laklar və
lakların bu hissəcikləri əksər
hallarda zəhərlidir.
Bundan başqa,
şəhərlərdə avtomobillərin böyük
konsentrasiyası həm
qazlar, həm də zərərli maddələr havanı çirkləndirir. Avtomobil tıxacı CO2-nin ən böyük mənbələrindən biridir,
bu zaman karbon hissəciklərinin yayılması hava ilə daha sürətli
sintezə girir.
Gündəlik həyatımızda ən
çox rast gəldiyimiz zərərli
tüstülərdən biri
də tütünün
tüstüsüdür. Tütünün siqaretdə və siqarda yandırılması
nəticəsində yayılan
tüstü ətrafa
çox sayda maddə salır, bunların çoxu kanserogen kimi göstərilib. Bu çirkləndiricilər
uşaqlarda sətəlcəmə
səbəb ola
bilər. Həmçinin
tənəffüsdə yaranan
yoluxucu xəstəliklərin
9,3 faizi bu səbəbdəndir.
Ətraf mühitlə əlaqəli
ölümlərin ilk 10 səbəbindən
xroniki tənəffüs
yolları xəstəlikləri
beşinci yerdədir. BMT-yə görə, hava çirkliliyi dünya əhalisinin 90 faizinə təsir edən səssiz bir qatildir. Hər il
təxminən 7 milyon
insanın ölümünə
səbəb olduğu
təxmin edilir, burada ən həssas insanlar yaşlı və uşaqlardır.
Ekoloq Rövşən
Abbasov deyir ki, havanın keyfiyyəti, tozun miqdarı, yerüstü ozon, kükürd və azot oksidləri,
karbon-monoksid və digər indiqatorlardır ki, bunlara hava
keyfiyyəti indeksi müəyyən olunur. Hava keyfiyyəti
indeksi 0-500 arası dəyişir. Əgər rəqəmlər
0-50 arasındadırsa, deməli,
hava keyfiyyəti çox yaxşıdır.
50-100 arası olduqda havanın keyfiyyəti normal kimi qeyd olunur, 100-250 aralığı isə orta keyfiyyətə sahib hava şəraiti olduğunu bildirir.
250-350 arasındadırsa, pis,
350-dən sonrası isə
daha pis olduğuna dəlalət gətirir: "Keyfiyyət
ölçən həm
stasionar, həm mobil cihazlar var. Mobil cihazlar isə müxtəlifdir: kiçik
portativ, əllə daşına bilən cihazlar və ölçüsünə görə
mobildən daha böyük olanlar. Məsələn, çox vaxt
tələbələrimiz sırf
daşına bilən
cihazlarla havanın keyfiyyətini ölçərək
praktika edirlər.
Bu silsilədən olan başqa cihazlar da var
ki, bunları avtomobillərin üzərinə
qoyaraq istənilən
yerdə ölçmək
mümkündür. Stasionar cihazlar
isə təyin edilmiş ərazidə qurularaq daim havanın keyfiyyətini ölçür. Bunlar daha
yaxşıdır, çünki
daim bir yerdə qalaraq daha düzgün və operativ şəkildə informasiya
ötürür. Bu ölçülər də
birbaşa internetə
ötürülür. Bununla da həmin bölgədə
olan hava kütləsinin keyfiyyətindən
xəbərdar oluruq".
Ekoloq Salman Məmmədov deyir ki, havanın çirklənməsi havada
bərk, maye və ya qaz
halında olan yad maddələr insan sağlamlığına,
yaşayış həyatına
və üstəlik, bütün ekoloji tarazlığa zərər
verəcək sıxlıqda
olduqda baş verir. Hava təbəqəsi istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir
və yer üzündəki bütün
canlıların həyatı
üçün ciddi
təhlükə yaradır.
Hava 78 faiz azot, 21 faiz oksigen
və 1 faiz müxtəlif qazlardan və su buxarının
tərkibindən ibarətdir. Atmosferin çirklənməsi
o zaman baş verir ki, havada
zərərli maddələr
toplanıb bu tərkibi korlayır.
Sürətlə artan əhali,
yanlış urbanizasiya,
pestisidlərdən istifadənin
və istifadə olunan kimyəvi maddələrin görünən
şəkildə artması
dedikdə havanın çirklənməsinin səbəbdir.
Nəqliyyat vasitələrinin işlənmiş qazlarından
tutmuş zavod bacalarından çıxan
tüstüyə qədər
nəqliyyatda geniş
spektr var.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, avtomobil
havanı təkcə
mühərrikdən çıxan
qazla zəhərləmir:
"Buraya təkərlərin
tozunu və rezin örtüyün yerlə təması zamanı yaranan zəhərli maddələri
də əlavə etsək, təhlükənin
daha da böyüdüyünü
görərik. Aparılan hesablamalar
göstərir ki, hər avtomobil havaya ildə 10 kq rezin toz
buraxır. Nasaz və
ya köhnə avtomobillərin atmosferə
buraxdığı zəhərli
qazların miqdarı adi hallarla müqayisədə
3-5 dəfə çoxdur.
Buraya, uzun müddətli tıxaclar,
naşı sürücülərin
nəqliyyat vasitəsi
ilə qeyri-peşəkar
davranışı, başqa
sözlə, tez-tez qaz və əyləcdən
istifadəsi və s. kimi hallar daxildir.
Nəzərə almaq lazımdır
ki, yüksək və ya həddən
artıq aşağı
sürətlə hərəkət
edən avtomobillərin
ətraf aləmə vurduğu ziyan da 2-3 dəfə artıq olur. Atmosferi daha çox çirkləndirən isə
benzinlə işləyən
avtomobillərdir (75 faiz).
Siyahıda ikinci yeri dizel mühərrikli nəqliyyat vasitələri
tutur. Traktor və digər
kənd təsərrüfatı
maşınları isə
siyahıda üçüncüdür.
Ən dəhşətlisi
odur ki, zaman keçdikcə qeyd olunan statistik
rəqəmlər durmadam
yüksələn xətt
üzrə artır:
"Ekoloji təmizliyi
və təhlükəsizliyi
qorumaq üçün
sürücülər nəqliyyat
vasitələrini daim
nəzarətdə saxlamalıdırlar.
Avtomobillərini texniki
"müayinədən" keçirməli, aşkarlanan
problemləri isə dərhal həll etməlidirlər. Belə olduqda,
biz atmosferin təmizliyini
qorumuş olarıq".
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən
istifadə üzrə
zəruri infrastrukturun
yaradılması, dövriyyəsinin
stimullaşdırılması, maliyyə əlçatanlığının
artırılması istiqamətində
tədbirlər davam etdirilir. Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat
vasitələrinin dövriyyəsinin
stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə
İşçi Qrup fəaliyyət göstərir.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
Ekoloji siyasət şöbəsinin müdiri
Faiq Mütəllimov qeyd edib ki,
qlobal səviyyədə
iqlim dəyişmələrinin
təsirlərinin yumşaldılması
təşəbbüslərinə töhfə olaraq, ölkəmiz istixana effektli qaz tullantılarının
azaldılması istiqamətində
kifayət qədər
ambisiyalı hədəflər
götürüb.
Onun sözlərinə əsasən,
iqlim dəyişikliyi
ilə mübarizə
tədbirlərindən biri
də nəqliyyat sektorundan atılan istixana qazlarının azaldılması məqsədilə
ekoloji cəhətdən
təmiz nəqliyyat vasitələrinin istifadəsinin
artırılmasıdır: "Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə
ekoloji təmiz nəqliyyat vasitələrindən
istifadənin stimullaşdırılması
istiqamətində tədbirlər
görülür, elektrik
və hibrid mühərrikli avtomobillərə,
eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük
sahəsində güzəştlər
tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində
ölkəyə idxal
olunan elektromobillərin
sayı ildən-ilə
artmaqdadır".
Sevinc QARAYEVA
525-ci qəzet 2025.- 12 aprel(№61).-
S.23.