İki kitab, iki ərməğan

 

Son illərdə Azərbaycan Yazıçılar Birliyi Türkiyənin nüfuzlu  təşkilatı olan Türk Ədəbiyyatı Vaqfı arasındakı qarşılıqlı ədəbi əməkdaşlıq layihəsi çərçivəsində bir sıra yeni kitablar işıq üzü görüb. Layihənin əsas məqsədi Türk ədəbiyyatının ən layiqli nümunələrini Azərbaycan oxucusuna, eləcə Azərbaycan ədəbiyyatının görünməyən tərəflərini türk oxucusuna tanıtmaqdır. Bu yaxınlarda əməkdaşlıq layihəsinin tərkib hissəsi kimi  daha iki kitab çapdan çıxıb. İstanbulda görkəmli Azərbaycan dramaturqu, böyük teatr xadimi, mütəfəkkir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə  Cəfər Cabbarlı. Seçilmiş  pyeslərikitabı  türk dilinə uyğunlaşdırılaraq  türkiyəli oxuculara təqdim edilib. Eləcə Bakıda  tanınmış türk  ədəbiyyatı tarixçisi, alim, Azərbaycan sevdalısı  Əhməd Kabaklının anadan olmasının 100 illiyi münasibətilə 

Azərbaycan ədəbi irsikitabı  oxucuların ixtiyarına verilib.

 

Türk Ədəbiyyatı VəqfininTurayKitab Nəşriyyatında çapdan çıxanCəfər Cabbarlı. Seçilmiş pyeslərikitabına dramaturqunAydın” , “Vəfalı Səriyyə”, “Oktay EloğluƏdirnənin fəthikimi yüksək ədəbi meyarlara  malik olan əsərləri  daxil olunub. Kitabın tərcüməçisi türkiyəli  yazar Atabəy Barışdır.  Məlumdur ki, Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə misilsiz töhvələr vermiş,  Azərbaycan teatrının inkişafında mühüm rol oynamış ən parlaq imzalardan biridir. Onun ictimai ədalətsizliyi, nadanlığı, cəhaləti qamçılayan, milli şüurun oyanmasında,  xalqın maariflənməsi qadın azadlığı uğrundakı mübarizədə böyük rolu olan əsərləri təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası ədəbiyyatı üçün ən qiymətli örnəklərdir. Yaşadığı dövrün  sosial-ictimai mühitinə realistcəsinə işıq tutan dramaturqun dolğun məzmunlu əsərləri türk oxucuna kifayət qədər tanış deyildi bu kitab həm ortaq mədəniyyətimizin, keçmişimizin tanıdılması, həm Cəfər Cabbarlı dühasının təbliği baxımından çox əhəmiyyətlidir.  Azərbaycan ədəbiyyatının görkəmli öncülü, Xalq yazıçısı Anar kitaba yazdığı “Azad bir quşdumadlı ön sözündə Cəfər Cabbarlı şəxsiyyətinə yaradıcılığına üz tutaraq onun yaradıcılıq taleyinin oxuculara məlum olmayan  tərəflərini  özünəməxsus yazı üslubu ilə qələmə alıb  dramaturq haqqında öz təəssürat düşüncəsini  bölüşüb:   Cəfər Cabbarlı daxilən azad insan olaraq doğulmuşdu - azad quş olmuşdu. Öz yuvasından - müstəqil Azərbaycanın mənəvi mühitindən uçaraq, yad yerə - "sovet bağı"na düşmüşdü. Ovçunun - rejimin gülləsinə tuş gəlir, torpağa düşür, həbs olunur. Ancaq bu sadə mahnının bədbin sonluğuna rəğmən Cəfər Cabbarlı torpağa düşsə , nəfəsi kəsilmədi. Antey gücünü torpaqdan aldığı kimi, o ayağa qalxdı, durdu olduqca sərt şərtlər hüdudunda özünün qeyri-adi istedadının qüdrətiylə demək istədiyinin çoxunu deyə bildi”.

 

Böyük türk ədəbiyyatşünası, alim Əhməd Kabaklının əsərlərinin seçmələrindən ibarətAzərbaycan ədəbi irsi  kitabı isə Azərbaycan Yazıçılar BirliyiQobustandərgisinin əlavəsi kimiQanunnəşriyyatında işıq üzü görüb. Kitabı dilimizə Filologiya elmləri doktoru Eşqanə Babayeva çevirib.

 

Azərbaycan ədəbi irsi  kitabına alimin müxtəlif vaxtlarda qələmə aldığı Azərbaycan ədəbiyyatı haqqındakı araşdırma yazıları yer alıb. Kitaba daxil olan hər bir əsər Əhməd Kabaklının  Azərbaycan xalqına, ədəbiyyatına olan sevgisindən onun ədəbiyyatımız, tariximiz haqqındakı geniş bilgisindən xəbər verir.

 

Kitaba ön söz yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa HəbibbəyliƏhməd Kabaklı Azərbaycan ədəbiyyatıməqaləsində türk ədəbiyyatında böyük xidmətləri olan Əhməd Kabaklının yaradıcılıq   fəaliyyətindən geniş söz açır.  İsa Həbibbəyli, KabaklınınTürk ədəbiyyatıçoxcildliyindəki  Azərbaycan ədəbiyyatına həsr etdiyi  araşdırmalara toxunuraq göstərir ki, Əhməd Kabaklı  XX əsrə qədərki Azərbaycan ədəbiyyatının mükəmməl bir elmi salnaməsini yaratmışdır: “ Türkiyədə müxtəlif dərsliklərdə, tədqiqat əsərlərində antologiyalarda Azərbaycan ədəbiyyatının ayrı -ayrı inkişaf mərhələlərindən ya bir çox görkəmli yazıçı şairlərdən bəhs edilsə , ilk dəfə olaraq professor Əhməd KabaklınınTürk ədəbiyyatıçoxcildliyində Azərbaycan ədəbiyyatının bu gün əsas dövrləri həmin dövrləri təmsil edən sənətkarları Əhməd Kabaklı tərəfindən ardıcıl  sistemli olaraq söz açılmışdır.  Buna görə onun tədqiqatları Azərbaycan ədəbiyyatı haqqında əsasən tam ümumiləşdirilmiş elmi təsəvvür yarada bilir”.

 

Azərbaycan ədəbi irsikitabındakı  Dədə Qorqudməqaləsində Əhməd Kabaklı bu qədim türk dastanının yaranmasından, onun bədii xüsusiyyətlərindən söz açır. 90-cı illərdə Bakıya gələn Əhməd Kabaklı buradaDədə Qorqud” (ssenari müəllifi: Anar, rej: Tofiq Tağızadə) filmini izlədiyini təsirləndiyini qələmə alır  tarixə, qədim türk mədənyyətinə olan diqqətə görə filmin yaradıcı heyətinə təşəkkürünü  bildirir.

 

 

 

Nəsimi, Füzuli, Əhməd Cavad, M. Ə. Sabir, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Şəhriyar, Səhənd s haqqında qələmə aldığı araşdırmalarında Əhməd Kabaklı bu qələm adamlarının yaradıcılığını fərqli  fəlsəfi-düşüncə  tərzində araşdırır özünün o taylı-bu taylı  Azərbaycan ədəbiyyatına olan marağını, sevgisini bir daha sərgiləyir.

 

Şübhəsiz ki, Azərbaycan ədəbiyyatının, tarixinin  türk dünyasında tanıdılmasında  Azərbaycan ədəbi irsikitabının əhəmiyyəti böyükdür kitabdan elmi işçilər, ədəbiyyat mütəxəssisləri, tələbələr faydalana biləcəklər. Eyni zamanda  bu kitab  Azərbaycan ədəbiyyatının tədqiqi  yolunda böyük alimin çəkdiyi zəhmət   yorulmaz fəaliyyətinə görə, ona  Azərbaycan xalqının bir ehtiram təşəkkürüdür. 

 

Qeyd edək ki, kitabın həm Türkiyədə, həm Azərbaycanda oxucular qarşısında geniş təqdimatı nəzərdə tutulub.

 

Yaxın gələcəkdə isə Türk Ədəbiyyatı Vəkfi ilə Azərbaycan Yazıçılar Birliyinin arasındakı ədəbi sazişin nəticəsi olaraq bir çox yeni, dəyərli  kitablar oxuculara ərməğan ediləcək.

 

Narıngül Nadir

525-ci qəzet  2025. -12 aprel(¹61).- S.13.