Gəncədə “Musiqidə milli ənənələrin
təcəssümü” ndən danışılıb
Mədəniyyət Nazirliyinin Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
(MEMİM) tərəfindən Gəncədə “Mədəniyyət
rüzgarı” tədbirlər silsiləsi çərçivəsində
Gəncə Dövlət Universiteti (GDU) ilə birgə
“Musiqidə milli ənənələrin təcəssümü”
adlı elmi-praktik seminar təşkil edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Gəncə
Dövlət Universitetinin rektorunun baş müşaviri, tarix
üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və
MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq
üzrə fəlsəfə doktoru Vüqar Hümbətov
dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 140 illiyi çərçivəsində
keçirilən seminarın məqsədinin milli köklərimiz
zəminində formalaşan bəstəkarlıq ənənələri,
Azərbaycan peşəkar musiqi irsinin tədqiqat məsələlərini
gənc nəslə çatdırmasını
vurğulayıblar.
GDU-nun “Musiqi fənləri” kafedrasının
müdiri, Əməkdar müəllim, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva,
kafedranın baş müəllimləri, sənətşünaslıq
üzrə fəlsəfə doktorları Sevinc Rüstəmova
və Nüşabə Seyfullayeva, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının baş müəllimi,
Əməkdar artist, sənətşünaslıq üzrə
fəlsəfə doktoru İlham Nəzərov, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva,
MEMİM-in aparıcı metodisti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Leyla Muradzadə
çıxışlarında mövzularla bağlı
araşdırmalarını təqdim edərək,
videomateriallar və musiqi nömrələri təqdim ediblər.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Səadət Təhmirazqızının
moderatorluğu ilə keçirilən elmi-praktik seminarda
GDU-nun müəllim və tələbələrinin
ifasında musiqi əsərləri səslənib, məruzələr
ətrafında fikir mübadiləsi aparılıb.
525-ci qəzet .- 2025.- 11 aprel(¹60).- S.9.