Mədəniyyət naziri Adil Kərimli Bakıda vətəndaşları qəbul
edib
Aprelin 9-da Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli tərəfindən bir qrup vətəndaşın
müraciətləri dinlənilib.
Mədəniyyət Nazirliyində keçirilən və
nazirliyin məsul əməkdaşlarının iştirak
etdiyi qəbulda vətəndaşların müraciətləri,
əsasən, işlə təmin olunma, əməyin qiymətləndirilməsi,
yaradıcılıqla bağlı layihəyə dəstək
verilməsi və digər məsələlərlə
bağlı olub.
Hər bir vətəndaşın müraciəti diqqətlə
dinlənilib və qaldırılan məsələlər
araşdırılması və qanunvericiliyə uyğun tədbir
görülməsi məqsədilə qeydiyyata alınıb.
Bir sıra məsələlərlə bağlı nazirliyin
müvafiq struktur bölmələrinin rəhbərlərinə
tapşırıqlar verilib.
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.9.