"Düyməcik"
tamaşasının məşqləri yekunlaşmaq üzrədir
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət
Milli Gənc Tamaşaçılar Teatrında danimarkalı
yazıçı Hans Xristian Andersenin eyniadlı əsəri əsasında
"Düyməcik" tamaşası hazırlanır.
Teatrdan bildirilib ki, tamaşanın məşqləri
yekunlaşmaq üzrədir. Premyera aprelin 19-na nəzərdə
tutulub.
Ayla Osmanovanın quruluş verdiyi səhnə əsərinin
rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı
Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır.
Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Rolları Aydan Həsənzadə, Fəridə
Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan
Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb
Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə
Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı,
Gülbəniz Lətifova ifa edirlər.
Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən
nağılı insanlara həyatda baş verən istənilən
çətinlik qarşısında heç vaxt ümidsizliyə
qapılmamağı, xoşbəxtliyə çatmaq
üçün isə təmiz qəlbə, mərhəmətli
düşüncəyə sahib olmağı təlqin edir.
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.9.