"Homay" - türk
xalqlarının birlik himni
Teymur Mərdanoğlu, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat
katibi:
- Gəlin bir anlıq uşaqlığımıza
qayıdaq...
"Evdə tək" filmindəki ev satışa
çıxarılıb" başlıqlı xəbərlərlə
ötən il mətbuatdan yəqin ki, çoxunuz
tanışsınız.
Bir anlıq hər kəs kimi, uşaq vaxtı dəfələrlə
izlədiyim filmin kadrları, evin görüntüsü və
azyaşlının evi qarət etmək istəyən iki
şəxsin başına açdığı oyunlar
gözümün önündən keçdi.
1990-cı il istehsalı olan "Evdə tək"
filminə inana bilmərəm kimsə, bir dəfə də
olsa baxmasın. Qış aylarında, yeni il ərəfəsində
dəfələrlə nümayiş olunan filmi izlədikcə
hər zaman "bizdə də belə qar yağsaydı"
sözlərini bəlkə də, dəfələrlə
demişik.
Filmə sözüm yox, filmin çəkildiyi ərazilərə
gəlin birgə nəzər salaq.
Qeyd edim ki, filmin bəzi səhnələri - Nyu-York
şəhərinin, Manhetten rayonunda yerləşən 341
hektar ərazisi olan "Sentral park"da çəkilib.
İllik orta hesabla 25 milyon ziyarətçi qəbul edən Mərkəzi
Park, Nyu-Yorkun simvollarından biri sayılmaqla yanaşı, ən
çox ziyarətçi qəbul edən şəhər
parkıdır.
Bu yaxınlarda Nyu-Yorkda "Sentral park"da olma
şansım oldu. Elə "Evdə tək" filmini
xatırlayaraq həmin səhnələrin çəkildiyi ərazilərə
daha yaxından baxdım, filmin
fraqmentlərini xatırladım. Məni
uşaqlığıma qaytaran həmin yerlərin
fotolarını sizinlə də, paylaşmaq istədim.
Xaqani Səfəroğlu, jurnalist:
- Başqırdıstanın "Ay Yola" qrupunun
"Humay" ("Homay") mahnısı bir həftədir
bütün dünyanı şoka salıb. Rusiyanın
bütün türk respublikaları, Orta Asiya dövlətlərinin
milyonlarla vətəndaşı bu qədim türk
mifologiyası əsasında elektro-etnik ladında
yazılmış mahnını dəlicəsinə oxuyur, rəqs
edir, mill şüarlar qışqırırlar. Mahnı beynəlxalq
musiqi çartlarında ağlasığmaz sürətlə
irəliləyərək əfsanəvi Ledi Qaqanı geridə
qoyub. Mahnı türk
xalqlarının birlik himninə çevrilməkdədir.
Artıq Qazaxıstan, Qırğızıstan, Özbəkistanda
bu musiqi kult halını almaqdadır.
Ukraynada mahnı bütün musiqi
çartlarını darmadağın edib.
Rusiyada mahnını doğurduğu effekt narahatlıq
yaradıb. Musiqi qrupu mahnının qədim başqırd əfsanəsinin
motivləri əsasında yazıldığını desə
də, "Humay" milli kimlik, azadlıq və müstəqillik
sloqanları ilə müşayiət olunur.
Rusiyanın türk respublikalarında bu mahnı
mill-etnik-mədəni mesajları ilə sürətlə
yayılır.
Mahnını sözləri qədim başqırd əfsanəsi
olan "Ural-Batır"dan götürülüb.
Elxan Şahinoğlu, politoloq:
- Prezident İlham Əliyevin ADA-dakı forumda
çıxışında Azərbaycanın Türkiyə
ilə İsrail arasında vasitəçilik etməsi ilə
bağlı sözləri diqqəti cəlb edib.
Çünki bu dövlət başçısı səviyyəsində
ilk dəfəydi səslənirdi. Əlbəttə, bu haqda
müəyyən ehtimallar mövcud idi, ancaq ilk dəfə
Prezident səviyyəsində rəsmi Bakının iki
dövlət arasında vasitəçi olduğu bildirildi. Bu
vasitəçilik Azərbaycan üçün ona görə
əhəmiyyətliydi ki, ölkəmiz qardaş və
strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız
və dostumuz olan İsraillə münasibətlərin gərgin
olmasını istəməyib və əlini daşın
altına qoyub ki, bu gərginlik ortadan qaldırılsın. Rəsmi
Bakının vasitəçiliyi ilkin mərhələdə
müsbət nəticə verib. Ankara ilə Tel-Əviv
arasında dialoq qurulub, İsrail Prezidentinin Türkiyəyə
səfəri reallaşıb. Ancaq Qəzzada başlanan
müharibə Türkiyə ilə İsrail arasındakı
gərginliyi yenidən artırıb.
Fikrimcə, Azərbaycan bu gərginliyin ortadan
qaldırılması üçün yenə fəallığını
artırıb. Bu mənada qısa zaman kəsiyində Prezidentin
köməkçisi Hikmət Hacıyevin iki dəfə
İsrailə səfərini və sonuncu səfəri
zamanı Baş nazir Benyamin Netanyahu ilə
görüşünü təsadüfi saymıram. Hikmət
Hacıyev daha sonra Türkiyəyə səfər edərək
Ankarada görüşlər keçirib. İsrail-Türkiyə
gərginliyi Azərbaycanın maraqlarına zidd olduğunu
kimi, bu iki dövlətin də maraqlarına cavab vermir.
Türkiyə və İsrail Suriyada toqquşma
ehtimalını azaltmaq üçün dialoq formaları
axtarmalıdırlar. Bu mənada ABŞ Prezidenti Donald
Trampın iki gün əvvəl Benyamin Netanyahu ilə Ağ
Evdə görüşdə Türkiyənin və onun
Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına
söylədiyi müsbət fikirlər İsraili Türkiyə
ilə qarşıdurmadan çəkindirməlidir. Bakı
kimi, Vaşinqton da Türkiyə-İsrail gərginliyinin
azalmasında maraqlıdır. Bu mənada Ankara ilə
Tel-Əviv arasında yenidən dialoq imkanlarının
formalaşmasında Bakı ilə Vaşinqton təşəbbüslərini
birləşdirə bilərlər.
Asif Nərimanlı, jurnalist:
- Sərhəddə atəşkəsin pozulması
hallarının intensivləşməsində Ermənistanın
konkret hədəfləri var. Bu haqda daha öncə də
yazmışdıq:
- İrəvan 17 maddəlik sülh sazişi mətninin
indi imzalanmasını və Bakının digər tələblərinin
arxa plana keçməsini istəyir;
- Buna razı olmayan Bakıya beynəlxalq müstəvidə
çağırışlar/təzyiq kampaniyası təşkil
etməyə cəhd edir;
- Sərhəddə atəşin açılması
da beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb
etmək, "regionda sabitliyin təmin edilməsi
razılaşdırılmış sülh mətninin təcili
imzalanmasından keçir" rəyini yaratmağa
hesablanıb;
Bu kontekstdə İrəvanın atəşkəsin
pozulması planını mərhələli şəkildə
həyata keçirməsi diqqət çəkir.
Birinci mərhələ: "təkzib" və məsuliyyətdən
yayınma cəhdi;
Martın 13-də Azərbaycan və Ermənistanın
sülh sazişi mətni üzərində
razılığa gəldiyi rəsmi şəkildə elan
edildi. İrəvan bəyan etdi ki, "mətn indi
imzalanmalıdır", Bakı cavabında "hələ hər
şey bitməyib" bildirdi. Martın 16-dan etibarən Ermənistan
atəşkəsin pozulması prosesinə start verdi. Əvvəlcə
Azərbaycanın "atəşkəsin pozulması"
haqda açıqlamaları təkzib edən Ermənistan
faktı gizlədə bilmədiyini anlayanda "havaya bir
neçə atəşin açılması atəşkəsin
pozulması məqsədi daşımır" kimi sözlərlə
məsuliyyətdən yayınmağa çalışdı.
Bununla İrəvanın "sülh sazişi indi
imzalanmalıdır" mövqeyinə müəyyən qədər
dəstək də əldə etdi, xüsusilə Avropadan edilən
çağırışlar fonunda. Lakin bu dəstəyin nəticəyə
təsir etmədiyini görəndə yeni mərhələyə
strat verildi.
İkinci mərhələ: "mülki hədəflər"
iddiası;
Ermənistan "Azərbaycan Zəngəzur bölgəsində
yaşayan erməni sakinləri hədəfə alır"
iddiasını irəli sürür. Bu, təkcə atəşkəsin
pozulması faktını Bakının üzərinə
qoymaq məqsədi daşımır, həm də beynəlxalq
diqqəti nəticəyə - sülh sazişi mətninin indi
imzalanması - təsir edə biləcək səviyyədə
çəkmək planının tərkib hissəsidir.
Üçünc mərhələ: esakalasiyanın
böyüməsi;
Ermənistan "mülki hədəflər"
planı ilə istədiyinə nail ola bilməsə -
olacağı çətin görünür, atəşkəsin
pozulması prosesini esakalasiyaya səbəb olacaq həddə qədər
genişləndirə bilər.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun
prezidenti:
- Strategiyada nəzərdə tutulan Süni
İntellekt Akademiyasını hansı qurum yaradır?
Prezident tərəfindən təsdiqlənmiş
"Azərbaycanın Süni İntellekt Strategiyası"
ölkəmizdə rəqəmsal inkişafın və yeni
texnologiyaların geniş tətbiqini sürətləndirmək
üçün mühüm bir mərhələdir.
Strategiyanın əsas məqsədlərindən biri -
Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsidir.
Artıq bu sahədə kadr potensialının gücləndirilməsi
üçün konkret addımlar atılır. Strategiyada bu məqsədlə
Süni İntellekt Akademiyasının yaradılması nəzərdə
tutulub.
Görəsən, hansı qurum bunu yaradacaq?
Artıq görmək olur ki, belə bir bu qurum
formalaşdırılıb. Strategiyanın bu bəndinin
icrası üçün əsas məsul qurum Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyidir. Nazirliyin 3 il bundan öncə fəaliyyətə
başlayan Süni İntellekt Laboratoriyasının (Aİ
Lab) resurslarından görsənir
ki, Aİ Academy (aiacademy.az) Nazirliyin təşəbbüsü
ilə artıq fəaliyyətə başlayıb.
Aİ Lab-ın ən önəmli təşəbbüslərdən
biri də elə yeni yaradılan tədris mərkəzi -
"AI Academy"dir. Burada tam ödənişsiz şəkildə
dərslərin təşkili, yüksək ixtisaslı yerli və
beynəlxalq mütəxəssislərlə əməkdaşlıq
nəzərdə tutulub.
"AI Academy", İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyi və xarici partnyorların
iştirakı ilə dərslərə başlamaq
üçün elanlar verilib.
Tədris proqramına hələlik aşağıdakı istiqamətlər
daxil edilib:
l Süni intellekt üçün riyaziyyat
l Süni intellekt mühəndisliyi
l Menecerlər üçün süni intellekt
"Aİ Academy"yə uğurlar
arzulayırıq!
Yeri gəlmişkən, Süni İntellekt
Strategiyasının hazırlanmasında yaxından iştirak
edən AI Lab hazırda AzİnTelecom tərəfindən elan
edilmiş və ölkə üzrə Süni İntellekt
Laboratoriyasının qurulması ilə bağlı tender
layihəsinin də əsas sifarişçisidir.
Bu laboratoriyanın məqsədi, ölkədə
süni intellekt həllərinin yaradılması və
inkişaf etdirilməsi üçün güclü hesablama və
texnoloji infrastrukturun - Superkompüter Mərkəzinin
qurulmasıdır. Bu resursun gələcəkdə həm
dövlət, həm akademik və özəl sektor, həm də
startaplar tərəfindən istifadə ediləcəyi
gözlənilir.
Xatırladıram ki, bu, artıq ölkədə
ikinci bir Superkompüter Mərkəzidir. Bundan öncə də
İN tərəfindən elan edilən tenderin qalibi olan
"Caspel" şirkəti hazırda böyük bir
Superkompüter Mərkəzinin qurulmasını başa
çatdırmaq üzrədir.
Eyni zamanda müşahidələrimiz göstərir
ki, özəl sektor da RİNN və universitetlərlə
yanaşı süni intellekt sahəsində kadrların
hazırlanmasında aktiv fəaliyyətə
göstərirlər. Tanıdığım bir neçə
belə peşəkar kurslar, tədris mərkəzləri də
fəaliyyətdədir.
Düşünürəm ki, RİNN, ETN və digər
əlaqəli qururmların bu tip peşəkar mərkəzlərə
də dəstək verməsi, xarici partnyorların bu qurumlarla
da əməkdaşlığının təşkilinə
köməklik göstərməsi vacibdir və bu çox
faydalı olardı.
Bütün bu addımlar təqdirəlayiqdir və
düşünürəm ki, Azərbaycanın regional
süni intellekt mərkəzinə çevrilməsi yolunda
strateji və praktiki irəliləyişlərdir.
525-ci qəzet .- 2025.- 11 aprel(№60).- S.8.