Üzeyir Hacıbəyliyə
həsr olunmuş növbəti tədbir
Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın
140 illik yubileyinə həsr olunmuş növbəti tədbir
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş
sözü ilə ev-muzeyin direktoru, Azərbaycanın Xalq
artisti, bəstəkar Sərdar Fərəcov açıb.
O, çıxışında Prezident İlham
Əliyevin Sərəncamı ilə keçirilən yubiley tədbirlərinin
əhəmiyyətini vurğulayıb və Üzeyir Hacıbəylinin
Azərbaycan və dünya musiqi tarixində müstəsna
yerini qeyd edib, onun zəngin yaradıcılıq irsinin
qorunub-saxlanmasının vacibliyinə diqqət yönəldib.
Xor kollektivinin bədii rəhbəri, Əməkdar
müəllim Təranə Yusifovanın rəhbərliyi ilə
təqdim olunan musiqi proqramı çərçivəsində
Beynəlxalq Muğam Mərkəzində fəaliyyət
göstərən və Cahangir Cahangirovun adını
daşıyan xor kollektivi çıxış edib. “Leyli və
Məcnun” operasından bəstələr, “O olmasın, bu
olsun” operettasından duetlər, “Arşın mal alan”
operettasından əsərlər, xalq mahnıları və bəstəkarın
digər əsərləri səsləndirilib.
Tədbirin sonunda sənətşünaslıq üzrə
fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi Səadət Təhmirazqızı Üzeyir
Hacıbəylinin yaradıcılığı, xor kollektivinin
fəaliyyəti haqqında fikirlərini
bölüşüb. Muzeyin Ekspozisiya və kütləvi
işlər şöbəsinin müdiri Vəfa
Bağırzadə xor kollektivinə və onun rəhbəri Təranə
Yusifovaya muzey adından təşəkkürnamə təqdim
edib.
525-ci qəzet .- 2025.- 15 aprel(¹62).- S.9.