Gənclər Kitabxanası yeni sərgilər
hazırlayıb
Kitabxana kollektivi professor
Azad Nəbiyevi və yazıçı Xalidə Hasilovanı
yad edib
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında “Professor Azad Nəbiyev - 80” adlı virtual kitab
sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın rəsmi
saytında yerləşdirilən virtual sərgidə Azad Nəbiyevin
elmi fəaliyyətini, həyatını publisistikaya, ədəbiyyat
tarixinə, nəzəriyyəsinə, onun problemlərinə
həsr etməsi, şifahi xalq ədəbiyyatının
toplanması, nəşri, tədqiqi və tədrisi məsələləri
ilə məşğul olması haqqında məlumat verilir.
Virtual kitab sərgisində alimin elmi rəhbərliyi
altında 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə
doktorunun yetişməsi, 200-dən artıq elmi əsərin,
40-dan artıq monoqrafiyanın müəllifi olması qeyd
edilir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan materialda Azad Nəbiyevin müəllifi olduğu və
onun haqqında qələmə alınan 10-dan çox kitab və
dövrü mətbuat nümunələri sərgilənir.
Belə ki, virtual kitab sərgisində “Azərbaycan xalq ədəbiyyatı”,
“El nəğmələri, xalq oyunları”, “Azad Nəbiyev və
folklor ədəbi irsi”, “Azərbaycan aşıq məktəbləri”,
“Azərbaycan-özbək folklor əlaqələri” kimi
kitabların qısa annotasiyası təqdim edilir.
Əməkdar mədəniyyət
işçisi, yazıçı, dramaturq, nüfuzlu dövlət
və ictimai xadim Xalidə Hasilovanın 105 illik yubileyi tamam
oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına
Respublika Gənclər Kitabxanasında
yazıçının həyat və
yaradıcılığına həsr edilən geniş material
hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına
kitabxanadan verilən məlumata görə, videomaterialda Xalidə Hasilovanın
bədii, publisistik fəaliyyəti, uzun illər “Azərbaycan
qadını” və “Göyərçin” jurnallarında
baş redaktor vəzifəsində çalışması,
Azərbaycan uşaq ədəbiyyatına biri-birindən
gözəl yaradıcılıq nümunələri bəxş
etməsi haqqında məlumat verilir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan materialda Xalidə Hasilovanın tərcüməçilik fəaliyyəti
haqqında da məlumat verilir, onun
türk və rus dillərindən V.Q.Korelenko, N.Tixonov,
İ.P.Soto, Ə.Nesin kimi müəlliflərin əsərlərini
doğma dilimizə tərcümə etməsindən,
yazıçının “Həsrət”, “Həyat özü
bir nəğmədir”, “Bir sahilin adamları”, “Hamı
doğmadır mənə”, “Nəğməli könül”
kimi pyeslərinin müxtəlif teatrların səhnəsində
tamaşaya qoyulmasından bəhs edilir.
525-ci qəzet .- 2025.- 22 aprel(¹67).- S.9.